Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1489
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1349
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 660
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 492
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 341
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 7/1367
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 5/414
_DELI_QIZ_
Xəbər sayı: 2/3
Kimsesiz_Hisler
Xəbər sayı: 2/8
Emrah Babayev
Xəbər sayı: 2/48
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
Reklam
Sayğac


 
Oruc: insanı haramdan qoruyan immunitet kimidir


Bismilləhir-Rahmənir-Rahim!
Mübarək Ramazan ayını artıq yaşamaqdayıq. Böyük İlahi ziyafətə daxil olmuşuq. Ramazan ayı sözün həqiqi mənasında həyatımıza daxil olub. Bu ilahi ziyafətin hər saatının, dəqiqəsinin, hətta saniyəsinin də qiymətini bilmək və dəyərləndirmək lazımdır. Əslində insan istəsə, həyatında bir çox şeylərlə Allahı yad edə bilən varlıq ola bilər. Bizim ətrafımızda milyonlarla, milyardlarla səbəblər düzülüb ki, hamısı hazırdır ki, Allahı yad etmək üçün vasitə olsunlar. Amma çox təəssüf ki, biz insanlar bəzən fərqində olaraq, bəzən də olmayaraq, bunları görmürük. Məsələn, hər kəsin bildiyi kimi, yay mövsümüdür və övladları universitetə hazırlaşan valideynlərin bir çoxu maraqlı bir vəziyyət yaşayırlar. Hamı narahatdır ki, görəsən, imtahandan sonra vəziyyət necə olacaq. Pis nəticələr olanda adətən hamı fikirləşir ki, bu vəziyyətə daha öncədən, 5 il, 10 il əvvəldən çalışılmalı idi. Bu, hələ dünya imtahanıdır və insan buna hazırlaşmayanda müsbət bir nəticəyə gələ bilmir və sonda ona peşmançılıq qalır. Amma bunların özündə əslində, bir hikmət var. Biz bunlara baxıb, ibrət çıxarmalıyıq. Bir gün gələcək, dünyadan köçəcəyik, o imtahana hazırıqmı? O imtahandan sonra qarşılaşacağımız duruma hazırıqmı? Dünyadan gedəndən sonra buradakı yaxşı əməllərdən başqa, dərdimizə bir əməl çatmayacaq. Heç bir iş xeyrimizə yaramayacaq. Heç bir təfərrüat məsələ, ikinci, üçüncü dərəcəli məsələ bizim karımıza çatmayacaq. Yalnız bir növ əməl var ki, o, insanın əbədi səadət və bədbəxtliyini müəyyən edən əməldir. Bu, Allaha xatir etdiyimiz əməllərdir.

Təfəkkür insani keyfiyyətləri üzə çıxarır
Qeyd etdiyimiz kimi, o əməllər ki, Allaha xatir olub, Allah rizası üçün olub, həmin əməllərin axirətdə də faydası olacaq. Allahın razılığına səbəb olan əmələ yiyələnmək isə təfəkkür və düşünməkdən keçir. Təfəkkür və düşünmək olmasa, təftiş olmasa, insan əməllərinin Allaha xatir edib-etməməsinin heç fərqinə də varmaz. Bu mənada Ramazan ayının üçüncü gününü duasında keçən mətləblər bir daha bu məsələləri bizim diqqətimizə çatdırır. Duada buyurulur: “Allahım, bu gün mənə yaxşı düşünmək və ayıq fikir əta et. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin ən Səxavətlisi”.
Ramazan ayının gündəlik dualarında çox önəmli xüsusiyyətlər, nöqtələr var ki, həm günümüzə, həm də bütün il boyu yaşantımıza aidiyyəti var. Duadan göründüyü kimi, bizlər Allahdan yaxşı düşünmək və ayıq fikir istəyirik. İnsanın ən böyük müşkülü, düşünmək və təfəkkürlə bağlıdır. İnsan düşündüyü, fikirləşdiyi zaman insani keyfiyyətləri üzə çıxır. İnsan nə qədər təfəkkür edir, nə qədər əqlini işə salırsa, o qədər insani keyfiyyətləri üzə çıxır.


Şeytan (lən) insanın əqlani yanaşmasının düşmənidir
Nəhayətdə, iblis lənətliyin bütün səy və çalışmaları – bizlərin düşünməyimizə mane olmaqdır. Bizi təfəkkürdən ayrı salmaqdır. Şeytan lənətlik insanın heç bir məsələyə əqlani yanaşmasını istəmir. Buna görə də biz bu ayın günlərinin məxsusi dualarında Allahdan yaxşı düşünmək, ayıq olmaq istəyirik. İstəyirik ki, bizi ağılsız və səfeh işlərdən uzaq etsin. Əgər düşünsək, təfəkkür etsək, əqlimizi işə salsaq, boş, mənasız, əbəs işlərdən uzaq olmuş olarıq. Əslində, biz həyatımızın kifayət qədər hissəsini boş və əbəs işlərə sərf edirik. Diqqət etsək, görəcəyik ki, yaşayışımızda da bir çox şeylər elə bunun üçün hesablanıb ki, vaxtımız necə gəldi sərf olunsun. Əgər ətrafdakı mühitə, öz həyatımıza diqqət etsək, nə qədər boş, nə qədər mənasız, nə qədər əhəmiyyətsiz məsələlərə diqqətimizin yayınmasının şahidi olarıq. Çünki düşünmürük, təfəkkürü kənara qoymuşuq, bu barədə fikirləşmirik.
Düşünsək, təfəkkür etsək, ayılarıq. Düşünmək – bütün məsələlərin əvvəlidir. Düşünməyən insanlar əlbəttə ki, qəflətdə olur. Ona görə ayılmaq üçün düşünmək lazımdır. Əgər düşünməsək, boş və bihudə işlərin burulğanında həyatımızı sərf etmiş olarıq. Çünki boş şeylər, mənasız şeylər daha çox yayılandır. Məsələn, son vaxtlar idman adı ilə qumar geniş yayılıb. Adətən insanları “az zəhmətlə çox qazanmaq” kimi cəzbediciliklə tora salırlar. Qumarın rəngi, növü yoxdur. Bu, qumardır və bunun başqa bir adı yoxdur. Qumar yalnızca bəlli, öyrəşilən vasitələrlə oynamaq deyil ki... Artıq idman vasitəsi ilə düşünməyən insanı qumarbaz edirlər və insan bunun fərqinə də varmır. Birbaşa insana “sən qumarxanaya girirsən”, - desələr, fikirləşər. Ona görə də birbaşa deyil, dolayı yollarla, idman adı ilə insanları qumara öyrəşdirirlər.

Az danışmaq, çox düşünmək
Əxlaq ustadları Ramazan ayı ilə bağlı tövsiyə edirlər ki, bu ayda insan az danışmalı, çox düşünməli və öz əxlaq və davranışlarının daha da yaxşı olması üçün səy göstərməlidir. Biz adətən çox danışırıq. Hətta o qədər çox danışırıq ki, bir-birimizi eşitmək də istəmirik. Bu ay - eşitmə fürsəti olan aydır, dinləmə fürsəti, susma fürsəti, düşünmə fürsəti olan aydır. Əxlaq və davranışlarımızın daha yaxşı olması üçün biz gərək təfəkkür edək. Düşünmək lazımdır ki, necə edək ki, əxlaq və davranışlarımız daha yaxşı olsun. Necə edək ki, insanlarla ünsiyyətimiz daha mülayim, daha gözəl, daha səmimi və mehriban olsun.
Ramazan ayıdır, mübarək aydır, insanlararası ünsiyyət baxımından diqqət olunası bir aydır. Bizim dinimiz tərki-dünya dini deyil ki. Hərənin özünü bir kənara çəkib, özü ilə məşğul olduğu bir tərki-dünyalıq deyil ki. Biz deyə bilmərik ki, dünya bir kənara dursun, bunun bizə bir aidiyyəti yoxdur, biz özümüzlə məşğul olmaq istəyirik. Dinimiz nə dünyanı tərk etməyə, nə də axirəti tərk etməyə bizə icazə vermir. Gerçək həyatın içində olmaq, gerçək yaşantının içində olmaq dinimiz tərəfindən tövsiyə olunur. Burada yaşayaraq, həmin o ruzini qazanmaqla, həmin o dərsimizi oxumaqla, həmin o qızmar istini hiss etməklə, həmin o çətinlik və müşküllükləri hiss etməklə, bütün bu reallıqların içində, bunlarla bərabər bir mənəvi yerlərə çıxmağa çalışmalıyıq.


Orucun psixoloji təsirləri
Mübarək Ramazan ayında tutulan orucun müxtəlif istiqamətlərdə faydaları var: cismi, ruhi, psixoloji, ictimai və s. Ramazan ayının ən mühüm faydalarından biri – mübarək orucun insanın psixoloji sağlamlığına olan təsiridir. Keçə dəfə də qeyd etdiyimiz kimi, psixoloji mərəzlərin 3 ən ümdəsi: iztirab - qəlbi narahatlıqlar, vəsvəsə və depressiyadır. Mübarək Ramazan ayının orucunun həm bu mərəzlərin qarşısını almaqda, həm azaldılmasında fövqəladə müsbət təsiri var. Bu barədə İslam Peyğəmbərindən (s) nəql edirlər: “Qəlbində olan narahatlıqların, iztirabın və həyacanın azalmasını istəyirsənsə, Ramazan ayını və hər aydan 3 gün oruc tut”.
Psixoloqların nəzərində narahatlığın və həyəcanın ağlabatan dərəcədə olması bütün insanlarda mövcuddur. Bu nəinki mənfi, əksinə müsbət və qurucu yükə malikdir. Məsuliyyət hissinin artmasına, işdə ciddiliyin artmasına, kreativliyə səbəb olar. Amma hədisdə iztirabın, narahatlığın həddini aşan, davamlı olan, psixoloji potensialı və imkanları zəiflədən, uğursuzluğa aparan və özünəinamı sarsıdan, gücsüzlük, yazıqlıq, biçarəlik halına gətirən anlamından danışılır. Bu, əslində əsrin ən ciddi mərəzlərindən biridir. Bu narahatlıqların əsas mənbəyi - insanın həyatının mərkəzində, nüvəsində Allahın olmamasıdır. O narahatlıqlar, iztirablar, ona görə yaranır ki, insanın həyatında onları həll edə bilən bir varlıq olmur. Allah insanın həyatında mərkəzdə olanda, bu narahatlıqlar da olmur. Çünki o iztirablar insanın həyatında Allahın olmamasından yaranır. Allah həyatın nüvəsində olanda, bu narahatlıqların olması qeyri-mümkündür. Oruc Allahla bağlantı yaradaraq, Onun insan həyatının mərkəzində olmasına səbəb olur.

Oruc, ümidli insanın əməlidir
Orucun ən mühüm psixoloji təsirlərindən biri də insanda ümid yaratmasıdır. Orucda ümid var. Ümidsiz heç kim oruc tuta bilməz. Oruc - ümidli insanın, aqibətə baxışı olan insanın əməlidir. Oruc və ümid - bunlar kifayət qədər bir-birinə yaxın olan mövzulardır. Oruc insanda təvəkkül yaradır, işin aqibətini Allah həvalə etmək xüsusiyyəti yaradır. Təvəkkül insanın qəlbi narahatlıqlarının, depressiyalarının ən gözəl dərmanıdır. Hər gün iftar açarkən dediyimiz dua, əslində, işimizin sonunu Allaha həvalə etməkdir. Yəni, “Mən üzərimə düşəni etdim, bacardığımı etdim, Allahım, Sənə sığınıram, Sənə təvəkkül edirəm, məndən asılı olanı edəndən sonra nə olursa-olsun, mən hər bir şeyi Sənə həvalə edirəm”. Narahatçılıqların hamısının dərmanı buradadır. Oruc insana təvəkkül etməyi öyrədir.


Oruc insanı haramdan qoruyan immunitet kimidir
Oruc insanı səbatlı edir. Başqa vaxtı üç gün ardıcıl eyni işi görə bilməyən insan, mübarək Ramazan ayında otuz gün, günün 16-17 saatını səbat göstərir, davamiyyət ortaya qoyur. İnsan bir gün yox, iki gün yox, on gün yox – otuz gün Allaha xatir, Allah deyib deyə, 16-17 saat bacarıq ortaya qoyur. Burada səbatlılıq, davamiyyət var.
İnsanın narahatlıqlarının aradan aparmaq üçün ən gözəl vasitələrdən biri də bir işdə səbat göstərə bilmək, davamiyyət ortaya qoya bilməkdir. İnsan otuz gün ərzində Allahın buyuruşuna “ləbbeyk!” deyərək, hətta onun halal qıldığı şeylərdən də çəkinir. Otuz gündə halallardan da çəkinmək vərdişlərini formalaşdıran insan, qalan günləri necə haramdan çəkinməsin?! Özünün yaşayışının iki əsas ünsürü olan yemək və sudan 16-17 saat imtina edə bilirsə, haram yeməkdən necə çəkinməsin insan?! Bunu əlbəttə ki, çox rahat edə bilər. Oruc olmanın gizli hikmətləri var. Orucla Allaha Təala insana sanki bunu başa salır: “Sən istəyəndə, iradə ortaya qoyanda hətta halallara nəzarət edə, onları kontrolda saxlaya bilirsən. Mən sənə belə bir istedad vermişəm”. Ona görə də halallardan çəkinməklə, əslində, insan özündə gələcəkdə haramlardan qorunmaq üçün immunitet yaradır. Oruc insanı haramdan qoruyan, günahdan qoruyan immunitet kimidir.

Oruc insanı səbirli edir
Oruc insanı səbirli edir. İki istiqamətdə insana səbir bəxş edir: birincisi, ləzzətlərin cazibəsinə müqavimət mənasında, ikincisi və çox mühüm olanı - o vəziyyətin, o halın özünə səbir etmək mənasında. Bu da insan iztirablarının, narahatçılıqlarını həll edən bir məsələdir. Səbirli insan üçün müşküllər rahat həll olur. Hər hansı bir çətinlikdən panikaya düşmür. Oruc insana başlanğıc və aqibət gerçəkliyini anladır. Oruc insanın iradəsini gücləndirir. Bütün bunlar psixoloji baxımdan sağlamlıq yaradır və durumu gücləndirir.
Oruc tutmaq - insanın bəndə olaraq, bütün vücudu ilə, bütün varlığı ilə Allahı zikr etməsi deməkdir. Bu mənada Ramazan ayının dördüncü gününün duasında maraqlı bir nöqtə var. Duada buyurulur: “İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükür etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey, görənlərin ən bəsirətlisi!”. Göründüyü kimi, bu günün duasında Allahdan onun əmrlərini yerinə yetirmək üçün qüvvət istəyirik. Allah Təala bizə ona itaət etmək üçün, ona bəndə olmaq üçün qüdrət verməsə, bizim özümüzə qalsa, mümkün olmayacaq. Ona görə də Allahdan bu mənada qüdrət diləmək, həm də bunu Onun itaətini yerinə yetirmək üçün istəmək - insanla Allah rabitəsini bir daha gündəmə gətirir. Burada insan anlayır ki, əgər Allah ona iradə versə, qüdrət versə və özünün da səyi olsa, Allaha bəndəlik səadətinə çatmış olar.
Duada keçən “zikrin şirinliyi bizə dadızdır” ibarəsi ilə bağlı Allah Rəsulundan (s) da bir neçə buyuruş var ki, onlara toxunmaqda fayda vardır. Allahın Peyğəmbərindən (s) belə nəql edirlər: «Сənnət bağlarında gəzişin». Dedilər: «Ey Allahın Peyğəmbəri! Cənnətin bağları nədir?». Buyurdu: «Allahın zikr olunduğu məсlislər».
Göründüyü kimi, Allah Rəsulu (s) burada Allahın zikrini cənnət bağları ilə müqayisə edir.


Allahı yad etmək - Onu öz həyatında, yaşantında meyar etmək deməkdir
Bir başqa hədisdə isə Allahın Peyğəmbərinin (s) belə buyurduğunu nəql edirlər: «Məсlislər üç qisimdir: xeyri çox olan, sağlam və ölü. Xeyri çox olan məclis - Allahın zikr olunduğu məclisdir. Sağlam məclis - sakit məclisdir. Ölü məclis isə onda batil işlərin görüldüyü məclisdir».
Bundan başqa Allahın Peyğəmbərinin (s) məntiqində Allaha məhəbbətin nişanəsi - Onu zikr etməkdir: «İnsanda Allah məhəbbətinin nişanəsi - daim Allahı zikr etmək istəyi və Allaha məhəbbətin olmamasının əlaməti - Allahı zikr etməkdən xoşu gəlməməsidir». Yəni Allahı yad etmək insanın vücudən, öz varlığı ilə Allahın dərgahında olmağının fərqinə varmasıdır. Burada zikr, xatırlama təkcə dildə yad etməklə məhdudlaşmır. Burada zikr etmək, yad etmək, daha geniş və əhatəli mənadadır. Allahı yad etmək - Onu öz həyatında, yaşantında, işlərində meyar etmək deməkdir. Allaha məhəbbətin nişanəsi budur ki, sən Onu öz işlərində meyar qərar verəsən.
Allahı zikr etmək barəsində başqa bir yerdə Allahın Peyğəmbərinin belə buyurduğunu nəql edirlər: «Dörd şey kimə verilərsə, dünya və axirət xeyirləri ona verilmişdir: dözümlü bədən, Allahı zikr edən dil, şükür edən qəlb və ləyaqətli zövcə». Bəzən biz bu nemətlərə malik oluruq, amma onun şükrünü doğru-dürüst əda etmirik. Sağlamlıq - ən böyük nemətlərdən biridir. Allahı zikr edən dil - insanın əbədi səadətinin başlanğıcıdır. İnsan Allahı zikr etməsə, başqa işlərinin heç bir anlamı yoxdur. Burada da zikr etmək yalnızca dildə zikr etmək deyil. Allahın zikri insanın əmələn, praktik olaraq, davranışları ilə Allahı xatırlamasıdır.
Allahım, bizlərə zikr edən dillər nəsib et.
Allahım, bizləri az danışan və çox düşünənlərdən qərar ver.
Allahım, bizlərə Sənə bəndə olmağı nəsib et.
Allahım, bizləri boş, mənasız işlərdən uzaq et.
Allahım, bizlərə Öz zikrinin şirinliyi dadızdır.
Allahım, bu ayda tutduğumuz orucların əməl dəftərimizdə Səni xatırlama, Sənə məhəbbət kimi qeydə alınmasını nəsib et.
Allahım, Zəmanə Sahibinin (ə.f) zühurunu təcil et. Amin!

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Şərhlər : 2    Baxış: 23867
Tarix: 19-06-2015, 15:46

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#2 Prenses93

22 noyabr 2015 23:10 | Qeydiyyat Tarixi: 12.09.2015
Allah razi olsun cox sagol


Mikro Blok:
Saytdakı şərh sayı: 1355
Saytdakı xəbər sayı: 95

#1 .::AliCe::.

29 avqust 2015 13:24 | Qeydiyyat Tarixi: 2.08.2015
Allah Razi olsun






Mikro Blok: oɴυ вoş veʀ,вυɴυ вoş veʀ, -вoş veʀə-veʀə çüʀüdüм αʀтıq..!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251651
Şərhləri:: 4049
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42493
Şərhləri:: 1495
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39608
Şərhləri:: 2170
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 22
_DELI_QIZ_
Şərh sayı: 21
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 6
Я..
Şərh sayı: 6
Moonlight
Şərh sayı: 6
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
milawkam
Şərh sayı: 3
Nakam Sevgim
Şərh sayı: 2
Ona mexsuz
Şərh sayı: 1
AgLaMa_GoZlErIm
Şərh sayı: 1
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2428 İstifadəçimiz Var!