Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1572
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1453
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 670
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 560
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 345
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 20/1380
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 19/426
Kimsesiz_Hisler
Xəbər sayı: 9/17
Emrah Babayev
Xəbər sayı: 4/50
_DELI_QIZ_
Xəbər sayı: 3/4
cobra_rapper
Xəbər sayı: 2/31
mp3es
Xəbər sayı: 2/69
Rihanna
Xəbər sayı: 1/229
I ♥♥♥ Allah
Xəbər sayı: 1/14
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
Reklam
Sayğac


 
Qohumlug əlaqələri

[center][/centerox bağlı qapılar açıldı, çox açıq qapılar da bağlandı. Yenilənən, gündən-günə dəyişən bu dünyanın içində biz də qloballaşmaya, qloballaşmağa gedirik.
Gedə-gedə də nəyisə qazanır, nəyisə itiririk. Ailəmizin nizamı dəyişir, şəkli, ölçüsü başqalaşır. Bir zamanlar ailədə ən azı 5-6, bəzən 10-dan çox uşaq böyüyərdi, indi ən çox ikisi ilə kifayətlənirik. Rahatlıq istəyirik çünki, “azın qayğısı da az olur” deyirik. Amma əmisiz, dayısız, xalasız, bibisiz nəsillər böyüdürük. Onlar bir tərəfə qalsın, əksər ailələrdə tək uşaq böyüyür- bacısız, qardaşsız. Bu təkliyin o uşaq üçün nə qədər böyük məhrumiyyətlər olduğunu isə düşünmürük. Düşünmürük ki, hər bir tək uşağın tənhalıq qorxusu var.
Hər kəs qohumuna baxsa...
Əgər ciddi araşdırsan, məlum olar ki, hər kasıbın, hər imkansızın müəyyən qədər imkanlı qohumları var. Demək, problem sərvət məsələsində deyil, münasibətlərdədir. Hələ qədimdən ölkəmizdə belə bir ənənə mövcud olub ki, hər el, oba, oymaq öz kasıbına, yetiminə, xəstəsinə, imkansızına sahib çıxıb. Əgər, həqiqətən də, hər kəs öz qohumunu itirib-axtarsa, ona kömək dursa, cəmiyyətdə dərmansız, çörəksiz, evsiz-eşiksiz adam qalmaz. İslam təməl prinsiplərindən olan zəkat məsələsində də qohumluq məsələsinə üstünlük verilir. Cəmiyyətdə yardımlaşma, xeyirxahlıq duyğusu məhz yaxın qohumlara köməklik etmək yolu ilə başlar və getdikcə daha da genişlənər və hər kəsi əhatə edər. Əlbəttə, tanıdığın, bildiyin yaxın bir qohuma əl tutmaq tanımadığın, ilk dəfə gördüyün birinə köməklik göstərməkdən daha asandır. Ona görə də bu cür məsələlər uzaqdan yaxına doğru deyil, yaxından uzağa doğru inkişaf edəndə daha səmərəli və faydalı olur.
Ata-ana qohum deyil
Övlad öz valideyninə nə qədər yaxşılıq etsə, kömək dursa, yenə onların borcundan çıxmış sayılmaz. Daha doğrusu, valideyn borcu bir ömür boyunca ödənməsi mümkün olmayan bir yükdür. Nə qədər fədakarlıq göstərsən, bütün sərvətini onların ayaqları altına səpsən, kifayət etməz. Allahın rəğbəti valideynin rəğbəti, Allahın qəzəbi valideynin qəzəbi ilə birlikdədir. Ona görə də valideynləri qohumlarla eyni cərgəyə qoymaq heç bir qanuna, ədalətə uyğun deyil. Yeri gəlmişkən, bir həqiqəti də xatırlatmaq yerinə düşərdi ki, dinimizə görə, zəkat veriləsi şəxslər arasında ata, ana, baba, nənə, övlad, nəvə yer almır. Bilirsinizmi niyə? - Çünki bu saydıqlarımız bir nəsil xəttidir və bu xəttə hər kəs bir-birinə doğmadır. Doğma olduğu üçün də imkanı yetdiyi qədər yardım etməlidir. Doğrudur, indi kimlərsə fikirləşəcək ki, insan öz övladının, nəvəsinin yükünü, qayğısını nə qədər çəkməlidir axı? Haqlı iraddır, amma gəlin etiraf edək: hansımız onlar üçün hansısa fədakarlıqdan qaçırıq?
Yaxın qonşu, uzaq qohum
İmkan tapdıqca qohumları ziyarət eləmək, münasibətləri hər zaman təravətli saxlamaq, qorumaq lazımdır. Son illərdə ailələrin yerdəyişməsi, bir yerdən başqa bir yerə köç etməsi tez-tez rast gəlinən mənzərələrdir. Bir ocaqdan çıxmış gənclər ölkənin müxtəlif guşələrinə yayılırlar, hərəsi bir işin qulpundan yapışıb yeni mühitə öyrəşir, ata-baba yurdundan, yaxın qohumlarından tədricən soyuyur. Yeni insanlarla qaynayıb-qarışır, hər işini, hər problemini onlarla həll etməyə çalışır. Belə olan halda, əski qohumlarla münasibətlər tamamilə kəsilir. Son dövrün ən böyük nailiyyətlərindən olan mobil telefonlar bu sahədə meydana çıxan problemləri həll etmək üçün çox uğurlu vasitədir. Qonşu nə qədər yaxın olsa da, qohum qohumdur, onu heç nəyə dəyişmək olmaz. Zəng eləmək, internet üzərindən əlaqə saxlamaqla o tellərin qopmamasını təmin etmək üçün bu gün hər cür imkan var, yetər ki, onları qorumağa çalışasan.
İki sərnişin yan-yana
Bir tanışım deyir ki, doğulduğu rayona yaxın bir qohumunun toyuna dəvət alır. Avtobusda 20-21 yaşlarında bir oğlanla qonşu düşür. Əvvəlcə, bir müddət qəzet-jurnalla başını qatır, sonra ötüb-keçdikləri yerlərə tamaşa eləyir, ondan da yorulanda qonşusu ilə ünsiyyət qurub, ordan-burdan söhbət eləmək istəyir. Məlum olur ki, hər ikisi eyni rayona, eyni kəndə gedirlər, daha sonra o da məlum olur ki, hər ikisi eyni adamın toyuna dəvətlidir. Tanışım deyir ki, birdən onun mənə yaxın olduğu ürəyimə damdı və soruşdum ki, sən kimsən, kimin oğlusan? Atasının adını deyəndə quruyub qaldım, doğmaca əmim oğlunun oğlu imiş, həm də böyük oğlu. Bilirdim ki, onun belə bir oğlu var, amma neçə illər idi ki, onların qapısını açmağı fikirləşsəm də, bu addımı atmamaq üçün hər dəfə bir bəhanə tapa bilirdim.
Sən özün hədiyyəsən
Qəribə adətlərimiz var, bir dostu, qohumu ziyarətə getmək istəsən, gərək əlində nəsə payın olsun. Haradan baxsan da bu pay 15-20 manatdan ucuza başa gəlməyəcək. Əgər evin xanımı tədbirlidirsə və yaydan tədarük etdiyi mürəbbədən, kompotdan-zaddan bir şey əlinə alsan, həm daha qənaətli, həm də daha xeyirli olacaq. Çünki mənşəyi, tərkibi məlum olmayan konfet aparmaqdansa bu kimi şeylər aparmaq daha yaxşıdır. Etiraf edək ki, əksər hallarda bu pay məsələsi düşüncələrimizdə əsl əngələ çevrilir. Yəni dostu, qohumu ziyarət haqqında düşünəndə ağlımıza, ilk növbədə, bu cür problemlər gəlir və fikrimizdən vaz keçirik. Bu məsələdə də xanımların müəyyən düsturları, “olar-olmaz”ları var. Amma mənim üçün onlar heç də əhəmiyyətli deyil. Əgər bir dost, qohum, həqiqətən də, səni görmək, hal-əhval tutmaq, üz-üzə oturub bir stəkan çay içmək istəyirsə, əla! Amma gələn bir xərclə gələn, ev sahibi də gələni görən kimi gündəlik ritmini dəyişib, xüsusi xərclə süfrə açırsa, bütün bunlar qarşılıqlı itkidən başqa bir şey deyil. Atalarımızın gözəl bir sözü var: “Dost məni yad eləsin bir çürük qoz ilə”.
Gələndə səmimiyyətinlə gəl, ürəyinlə gəl, dualarınla gəl! Bu gəliş özü hədiyyədir.
Allahın əmri
Qohumluq əlaqələrini qoruyub saxlamaq, xoş günlərdə, ağır anlarda bir-birinə dəstək olmaq Allahımızın bizlərdən istəyidir. Sədəqə verəndə də ən doğru olan budur ki, yaxın ətrafımızdan başlayaq. Qohumluq münasibətlərinin gücləndirilməsi, nəsildən-nəslə ötürülməsi gözəl ənənədir. Amma bir həqiqəti nəzərdən qaçırmayaq ki, ədalət hər şeyin üzərindədir, yəni filankəs bizim qohumumuzdur deyə onun tərəfini tutmaq, layiq olmadıqlarını ona vermək ədalət olmur, zülm olur.
Əgər cəmiyyətdə bütün imkanlılar öz qohumlarını itirib-axtarsalar, əmin olun ki, əksər problemlər həll olub gedər. Qohumluq tellərinin güclənməsi cəmiyyəti ailə halına gətirir, insanlar arasında səmimiyyəti artırır.[center]
[/center]
Redakə etdi: Azeri qizi


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Dreamer
Şərhlər : 11    Baxış: 32165
Tarix: 7-05-2015, 17:04

0 Bəyənməyib

Saytdakı şərh sayı: 604
Saytdakı xəbər sayı: 24

#11 Meleyim

31 iyul 2016 22:15 | Qeydiyyat Tarixi: 9.07.2016
indi qonwu qohumdan yaxindi


Mikro Blok:
Saytdakı şərh sayı: 1496
Saytdakı xəbər sayı: 32

#10 кαмкα

2 fevral 2016 01:47 | Qeydiyyat Tarixi: 9.05.2015
paylasdigin ucun cox sagol axira kimi oxuya bilmedim uzrlu say






Mikro Blok:
Saytdakı şərh sayı: 1900
Saytdakı xəbər sayı: 159

#9 Uxxx Ti

25 noyabr 2015 00:30 | Qeydiyyat Tarixi: 30.08.2015
eslinde qohumluk bow sohbetdi agli olan qohumla evlenmez






Mikro Blok: Ən вaнaLı MaкiyaJım güLüşümdü :)
Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#8 Prenses93

20 noyabr 2015 13:29 | Qeydiyyat Tarixi: 12.09.2015
indi cox uzaqlawibe hami( cox sagolun


Mikro Blok:
Saytdakı şərh sayı: 705
Saytdakı xəbər sayı: 63

#7 Miss Ağali

12 oktyabr 2015 21:41 | Qeydiyyat Tarixi: 28.09.2015
ha ha ha bu zamanede belke camat qhumunun 60% tanimir kendimden goturrem






Mikro Blok:
Saytdakı şərh sayı: 4068
Saytdakı xəbər sayı: 1380

#6 Я

7 may 2015 21:48 | Qeydiyyat Tarixi: 29.04.2015
xəbərə gore sagolun






Mikro Blok: Время ответит на все вопросы
Saytdakı şərh sayı: 143
Saytdakı xəbər sayı: 32

#5 _SeVgiLiM_

7 may 2015 18:47 | Qeydiyyat Tarixi: 7.05.2015
oxudum maraqli idi tewekkurler


Mikro Blok:
Saytdakı şərh sayı: 316
Saytdakı xəbər sayı: 26

#4 SEHRI

7 may 2015 17:58 | Qeydiyyat Tarixi: 6.05.2015
oxudum.maraqlı xəbər idi .əllərinizə sağlıq.


Mikro Blok:
Saytdakı şərh sayı: 182
Saytdakı xəbər sayı: 0

#3 wirin

7 may 2015 17:47 | Qeydiyyat Tarixi: 3.05.2015
maraqli.idi cox sagol oxudum


Mikro Blok:
Saytdakı şərh sayı: 614
Saytdakı xəbər sayı: 129

#2 SolniShko

7 may 2015 17:10 | Qeydiyyat Tarixi: 1.05.2015
Oxudum maraqli idi tewekkur xeber icin






Mikro Blok:
Saytdakı şərh sayı: 3026
Saytdakı xəbər sayı: 70

#1 menim meleyim

7 may 2015 17:09 | Qeydiyyat Tarixi: 29.04.2015
xebere gore cox sagol


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251776
Şərhləri:: 4068
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
V_L
Xalları: 51403
Şərhləri:: 251
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42496
Şərhləri:: 1496
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39735
Şərhləri:: 2188
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 60
_DELI_QIZ_
Şərh sayı: 33
Я..
Şərh sayı: 26
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 24
1337
Şərh sayı: 23
Rihanna
Şərh sayı: 10
Moonlight
Şərh sayı: 7
:Peri:
Şərh sayı: 5
milawkam
Şərh sayı: 5
Kate
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2437 İstifadəçimiz Var!