Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1535
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1385
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 665
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 508
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 342
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 14/1373
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 14/426
Kimsesiz_Hisler
Xəbər sayı: 5/11
Emrah Babayev
Xəbər sayı: 2/49
_DELI_QIZ_
Xəbər sayı: 2/3
I ♥♥♥ Allah
Xəbər sayı: 1/14
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
1337
Xəbər sayı: 1/2
Reklam
Sayğac


 
Məhərrəm ayı: olar-olmazlar


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında bildirilir ki, oktyabrın 15-də Məhərrəm ayı daxil olub. Həmin gün İslam təqvimi ilə ilin günü hesab olunur. Belə ki, ötən gün hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatdı, yeni hicri 1437-ci il başlandı. Məhərrəm ayının 10-u - Aşura günü isə 2015-ci il oktyabr ayının 24-nə təsadüf edəcək.

Məhərrəm ayı və Aşura gününün mahiyyəti barədə Milli.Az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, QMİ-nin Qazilar Şurasının üzvü hacı Sədi Axundzadə deyib ki, Şuranın fətvasında da qeyd edildiyi kimi, Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseynin (ə.s) əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.

QMİ sədrinin səlahiyyətli nümayəndəsi bildirib ki, "Muhərrəm" sözü haram sözündən götürülüb. Allah-təala Qurani-Kərimdə 4 haram ay qərar verib ki, həmin aylarda müharibə etmək, münaqişə etmək, ağır işlər görmək haram sayılır: "Bu aylarda aha çox ibadət etmək, Allaha itaətlə məşğul olmaq, Allahı zikr etmək, daha çox Allahın rəva bildiyi məsələləri müzakirə etmək məqsəduyğundur. Haram sözü isə qadağa deməkdir. Məhərrəmlik ayı təkcə Həzrəti İmam Hüseynin (ə.s) şəhid olması ilə bağlı deyil. Bu ay Hz.Hüseynin (ə.s) şəhadətindən əvvəl də, hətta İslamdan əvvəl qeyd edilib. Eyni zamanda, Məhərrəmliyin Aşura günü ona görə müqəddəsdir ki, həmin günü İmam Hüseyn şəhid olub. Belə ki, cahiliyyə dövründə qüreyş ərəbləri Kəbədəki qara daşa təzim edər, Məhərrəm ayında oruc tutar, qırmızı libas geyib bayram edər. O cahillik indi də bəzi ərəb ölkələrində qalır. Məsələn, həmin günü oruc tuturlar. Bəziləri isə deyir ki, həmin guya Nuh peyğəmbər (ə.s) nicat tapıb, İbrahim peyğəmbər (ə.s) oddan qurtulub. Bunların hamısı xülyadır. Əslində bununla öz fikirlərinə, məqsədlərinə don geyindirirlər.
Hz. İmam Hüseynin (ə.s) şəhadəti bu aya təsadüf edir. Hz. İmam Hüseyn (ə.s) isə birbaşa Muhəmməd peyğəmbərin (s.ə.a.s) qızından olan nəvəsidir, yəni əhli-beytdəndir. Əhli-beyt isə 5 nəfərdən ibarətdir - Məhəmməd peyğəmbər (s.ə.a.s), qızı Fatimə (s.ə), əmisi oğlu və kürəkəni olan Hz. İmam Əli (ə.s) və onların iki övladı Hz. İmam Həsən (ə.s) və Hz. İmam Hüseyn (ə.s)".

S.Axundzadə bəzilərinin İmam Hüseynin (ə.s) adının Quranda olmadığını iddia etmələrinə də münasibət bildirib: "Qurani-Kərimdə Əhli-beyt barəsində "Ali-İmran" surəsinin "mübahilə" ayəsini nazil edib. Allah-təala Hz.Peyğəmbər (s) Nəzran xristianları ilə Hz. İsa peyğəmbər (ə.s) barədə mübahiləyə gedəndə Pəyğəmbər (s) öz sözlərinin doğruluğuna əmin olduğuna görə, ailəsi ilə getmişdi. Mübahilə iki dəstənin bir-birinə qarşılıqlı nifrin, qarğış etməsi deməkdir. Mübahiləyə isə dualarının Allah tərəfindən qəbuluna əmin olan şəxslər gedər.
Həmin ayədə deyilir: "(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!"
Sünni və şiə alimlərinin əksəriyyəti qeyd edir ki, burada peyğəmbər özümüz deyəndə Hz.Əlini (ə.s) nəzərdə tuturdu, çünki onu özü kimi qəbul edirdi. Qadınlarımızı deyəndə qızı Fatimeyi-Zəhranı (s.ə) nəzərdə tuturdu. Çünki həmin vaxt onun yanında qızı idi. Oğlanlarımızı deyəndə isə nəvələri Həsən (ə.s) və Hüseyni (ə.s) nəzərdə tuturdu və onları oğulları hesab edirdi. Çünki peyğəmbərimiz "Hüseyn məndəndir, mən də Hüseyndənəm" demişdi".

Qazilar Şurasının üzvü bəzilərinin bu ayl bir dəstə ərəbə yas saxlanılması kimi dəyərləndirməsinin də əleyhinə çıxıb: "Bəziləri deyir ki, nədir e, azərbaycanlılar bir dəstə ərəbin ölıməsinə yas saxlayır. Əvvəla, peyğəmbərin oğlu kimi hesab etdiyi həmin şəxsiyyətn şəhid olmasının növbəti ildönümüdür. Biz İmam Hüseynin (ə.s) və 72 səhabələrinin şəhadətinin ildönümü həm də ona görə qeyd edirik ki, bu, haqqın batillə mübarizəsinin təcəssümüdür. Biz İmam Hüseyn (ə.s) ən yüksək dəyərlərə malik humanist şəxsiyyət kimi tanıtdırmalıyıq".

Hacı S.Axundzadə Məhərrəm ayı ilə bağlı xalq arasında yayılmış batil inanclara da münasibət bildirib: "Bəziləri deyir ki, Aşurada çimmək, yuyunmaq olmaz. Bu, boş söhbətdir. Yuyunmaq nəinki Aşurada, həmişə vacibdir. Təmizlik İslamın təməlində duran məsələlərdən biridir.
Bu ayda ev tikmək, evin təməlini atmaq, eləcə də digər xeyirli işlər etməyin heç bir ziyanı və ya qadağası yoxdur.
Toy-nişan məsələsinə gəlincə, bunu etmək olar, lakin halal-haramı gözləmək şərti ilə. Amma bu ayda biz şənlənməyə üstünlük vermirik. Adicə bir adamın evində yas düşəndə o evdə toy olur? Bu ayda da İsma ümmətinin, Allahın sevimli peyğəmbərinin əziz nəvəsi və onun səhabələri şəhid olub. Bu məsələdə insan öz ürəyinin səsinə qulaq asmalıdır. Məhərrəm ayında bütün müsəlmanların şəhid İmam Hüseynə (ə.s.) yas tutmaları bu ayın matəm ruhunu müəyyənləşdirir. Məhz bu səbəbdən toy, nişan və s. məclislərin düzənlənməsi, bayram tədbirləri və konsertlərin keçirilməsi məsləhət görülmür".

QMİ-nin nümayəndəsi bədənə zəncir vurmaq məsələsinə isə tamam fərqli prizmadan yanaşıb: "Zəncir vurub qan çıxarmaq bəyənilmir və nöqsan sayılır. Lakin zəncir vurmaq, sinə vurmaq haram deyil. Bu gün dünyada elə insanlar var ki, bədənlərini yandırma, döymə ilə müxtəlif şəkillər çəkdirirlər. Özük yarışları, pomidor keçirirlər. Dünya bundan danışmır. Amma insanlar sinə, zəncir vuranda deyirlər ki, müsəlmanlar bədənlərinə xəsarət yetirirlər. Bunu dünyaya bu cür bayağı formada çatdırmaq düzgün deyil. Bu sadəcə insanın öz içindən gələn hisslərin biruzəsi, əməlidir".

O, həmçinin bildirib ki, Aşura günündə bədəndən qan çıxarmaq əvəzinə ehtiyacı olan xəstələr üçün qan yardımı etmək, özünə əzab verməkdən dəfələrlə savab işdir: "Yaxşı olar ki, sağlamlığı imkan verən bütün müsəlmanlar bu günlərdə qanvermə aksiyalarında iştirak etsinlər.
Biz bu ayda Kərbəla şəhidləri ilə yanaşı öz şəhidlərimizi də yad etməli, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrundan canlarından keçmiş insanları da unutmamalı, gənclərimizi vətənpərvər ruhda tərbiyə etməliyik".

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Taleh
Şərhlər : 5    Baxış: 24340
Tarix: 16-10-2015, 19:24

0 Bəyənməyib

Saytdakı şərh sayı: 705
Saytdakı xəbər sayı: 63

#5 Miss Ağali

21 oktyabr 2015 15:38 | Qeydiyyat Tarixi: 28.09.2015
ALLAH RAZI OLSUN






Mikro Blok:
Saytdakı şərh sayı: 4061
Saytdakı xəbər sayı: 1373

#4 Я

17 oktyabr 2015 14:47 | Qeydiyyat Tarixi: 29.04.2015
Bəzi şeylər varki onlari Mərərrəmlik ayinda etmək olmaz xəbərdəd də qeyd olunub az cox biliridim
Allah Razi Olsun






Mikro Blok: Время ответит на все вопросы
Saytdakı şərh sayı: 2805
Saytdakı xəbər sayı: 15

#3 milawkam

17 oktyabr 2015 12:04 | Qeydiyyat Tarixi: 3.08.2015
xebere gore cox tewekurler


Mikro Blok:
Saytdakı şərh sayı: 778
Saytdakı xəbər sayı: 47

#2 N4N4

17 oktyabr 2015 01:16 | Qeydiyyat Tarixi: 15.08.2015
Allah razi olsun






Mikro Blok: Və Qardan adam Günəşə aşiq olmuşdu...
Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#1 Prenses93

16 oktyabr 2015 20:01 | Qeydiyyat Tarixi: 12.09.2015
cox tesekkurler melumatlarcun ALLAH razi olsun


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251707
Şərhləri:: 4061
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42496
Şərhləri:: 1496
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39694
Şərhləri:: 2181
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 40
_DELI_QIZ_
Şərh sayı: 23
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 19
Я..
Şərh sayı: 18
Moonlight
Şərh sayı: 6
Rihanna
Şərh sayı: 6
:Peri:
Şərh sayı: 5
1337
Şərh sayı: 5
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
milawkam
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2430 İstifadəçimiz Var!