Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1499
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1356
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 660
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 492
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 342
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 8/1368
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 7/414
_DELI_QIZ_
Xəbər sayı: 2/3
Kimsesiz_Hisler
Xəbər sayı: 2/8
Emrah Babayev
Xəbər sayı: 2/48
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
Reklam
Sayğac


 
"ən-Nəziət" surəsinin izahı

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ən-Nəziət (Can alanlar) surəsinin izahı
1-5. And olsun kafirlərin canını zorla alanlara! And olsun möminlərin canını rahatlıqla alanlara! And olsun göydə üzdükcə üzənlərə! And olsun ötdükcə ötənlərə! And olsun buyruqları yerinə yetirənlərə!
Burada Uca Allah ölmək istəmədiklərinə görə kafirlərin ruhunu zorla alan və ip paltardan çıxarıldığı kimi möminlərin ruhunu asanlıqla alan mələklərə and içir. Həmçinin, suda yaşayan məxluqlar sürətlə üzdüyü kimi göydə Uca Allahın əmrini sürətlə çatdıran, eləcə də əmri yerinə yetirmək üçün bir-birini qabaqlayan və vəzifəsinə uyğun olaraq əmri yerinə yetirən mələklərə and içir. Belə ki, mələklərdən Allahın vəhy etdiklərini Onun elçilərinə nazil etməyə, yağış yağdırmağa və bitkiləri yetişdirməyə, Qiyamət günü sur üfürməyə müvəkkil olan mələklər vardır. Bunlar Cəbrayıl, Mikayıl və İsrafil adlı mələklərdir. Həmçinin, insanların ruhunu alan Ölüm mələyi, Cəhənnəmin gözətçisi Malik və Cənnətin gözətçisi Rizvan adlı mələklər, əməlləri yazan iki mələk və digər vəzifələri icra edən mələklər vardır. Mələklər xeyirxah məxluqlar olduqlarına görə Uca Allah onlara and içir.

6-14. O gün lərzəyə gələn lərzələnəcək, onun ardınca təkrar lərzələnəcək. Həmən gün qəlblər qorxudan tir-tir əsəcək. Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq. Onlar deyirlər: "Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik? Sümüklərimiz çürüdükdən sonra?" Onlar dedilər: "Belə olduğu halda bu, zərərli bir qayıdışdır". O surun üfürülməsi təkcə qorxunc bir səsdir. O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar.
Qiyamət günü iki dəfə sur üfürüləcək. Birinci dəfə üfürüldükdə insanlar qorxuya düşüb öləcəklər. İkinci dəfə təkrar üfürüldükdə isə bütün insanlar qəbirlərindən bir nəfər kimi yer üzünə çıxaraq Allahın hüzurunda dayanacaqlar. O gün kafirlərin qəlblərinə vəlvələ düşəcək və gözlərinə zillət çökəcək. Qureyş qəbiləsindən olan kafirlər Qiyamət günü yenidən dirilməni inkar edir və bunu özlərinə ziyan hesab edirdilər.


15-19. Musanın hadisəsi sənə yetişdimi? O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi: "Fironun yanına yollan! O, həddini çox aşmışdır. De: "Günahlardan xilas olmaq istəyirsənmi?
Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?"
Burada Uca Allah Peyğəmbərə və ya bu ayələri eşidən hər kəsə müraciət edir. Musa İsrail oğullarına göndərilmiş ən fəzilətli elçidir. Uca Allah Tur dağının müqəddəs Tuva adlı vadisində Musanı səsləyib Allaha qarşı çıxmaqla həddini aşmış Fironun yanına getməyi, ona günahlardan təmizlənərək Allahın dininə gəlməsini və Allahı tanıdıqdan sonra Ondan qorxub çəkinməsini buyurmuşdu.

20-26. Musa ən böyük möcüzəni Firona göstərdi. O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi. Sonra da üz döndərib fəsad törətməyə girişdi. O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək dedi: "Sizin ən uca rəbbiniz mənəm!" Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı. Həqiqətən, bunda Allahdan qorxanlar üçün ibrət vardır.
Musa peyğəmbər Fironun yanına gəldikdə ən böyük möcüzəni, yəni öz əsasını göstərdi. Musa əsanı yerə qoyduqda o, dərhal ilan olub sürətlə sürünməyə başlayır, əlinə götürdükdə isə əvvəlki halına qayıdırdı. Həmçinin, Musa əlini qoynuna salıb əlini oradan başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxarırdı. Uca Allah Musanı sehrbazlara qalib gəlsin deyə məhz əsa və əl möcüzəsi ilə göndərdi. Çünki onun dövründə sehrbazlıq geniş yayılmışdı. Musa bu böyük möcüzəni Firona göstərməsinə baxmayaraq o, bundan ibrət almadı və Musanın gətirdiyi xəbəri yalan sayaraq: “Sən peyğəmbər deyilsən” deyib ona qarşı çıxdı. Sonra o, Musadan üz döndərib insanları toplamağa tələsdi və onları Musadan çəkindirmək üçün hündür səslə müraciət edib özünün ən uca rəbb olduğunu dedi. Belə olduqda, Uca Allah onu suya qərq edib dünya və Axirət əzabı ilə yaxaladı, həm o dövrün, həm də Qiyamət gününədək olan insanlar üçün onu ibrət olaraq göstərdi. Həqiqətən, Allahdan qorxub çəkinənlər bu hadisədən ibrət alar.

27-33. Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi. Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür.
Burada Uca Allah sual verməklə Qiyamət günü insanların yenidən dirilməsinin mümkünlüyünü təsdiq edir. Çünki Allaha şərik qoşanlar Peyğəmbərə: "Çürümüş sümükləri kim dirildə bilər?" deyirdilər. Ona görə də Uca Allah onlara bu sualı verir. Bunun cavabı isə hər kəsə məlumdur ki, göyün yaradılması insanların yaradılışından daha çətindir. Uca Allah göyü qurdu, onu yerdən dirəksiz yüksəltdi və düzəldib kamil vəziyyətə gətirdi. Gecəni qaranlıq zülmət etdi, gündüzü isə Günəşin doğması ilə nurlandırdı. Uca Allah göyləri və yeri yaratdıqdan sonra Yeri döşəyib onda su və otlaq yaratdı. Yer göylərin yaradılmasından əvvəl mövcud idi, lakin onun döşənməsi, onda su və otlağın yaradılması göylərin yaradılmasından sonra baş vermişdi. Həmçinin, Yer məxluqlarla birgə silkələnməsin deyə Uca Allah onun üzərində möhkəm dağları bərkitdi. Bütün bu nemətlər həm insanların, həm də mal-qaranın faydalanması üçün yaradılmışdır. Uca Allah insanlara bəxş etdiyi bu nemətləri xatırlatdıqdan sonra onların qarşısıalınmaz aqibətləri barədə xəbər verərək buyurur:

34-41. Ən böyük fəlakətin gəldiyi zaman – o gün insan törətdiklərini xatırlayacaqdır. Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir. Kim həddi aşmışsa, dünya həyatını axirətdən üstün bilmişsə, həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır. Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq.
Qiyamətin ən böyük fəlakət adlandırılması onun hər şeyi bürüməsinə görədir. O gün insan dünyada etdiyi yaxşı və pis əməllərinin kitaba yazıldığını görüb xatırlayacaq. O gün mələklər Cəhənnəmi gətirəcək. Kim Allaha ibadət etməkdən boyun qaçırıb dünya həyatını Allaha itaət etməkdən üstün tutmuşsa, onun qərar tutacağı məskəni Cəhənnəm olacaq. Kim də Allahın hüzurunda durmaqdan qorxub Allahın və Onun elçisinin əmrinə müxalif olan şeyləri nəfsinə qadağan etmişsə, onun məskəni Cənnət olacaq.

42-46. Səndən o Saat barəsində: "O nə vaxt qopacaq?"– deyə soruşurlar. Sən onu haradan biləsən axı?! Onu kamil bilmək sənin Rəbbinə aiddir. Sən yalnız ondan qorxanı xəbərdar edənsən. Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!
İnsanlar Peyğəmbərdən Qiyamətin nə vaxt qopacağı barəsində soruşurdular. Uca Allah onun barəsində olan elmin yalnız Ona aid olduğunu bildirir. Peyğəmbər isə bu barədə heç bir biliyə sahib deyil, o yalnız iman gətirənləri onun barəsində xəbərdar edəndir. İnsan nə qədər ömür sürsə də, bu dünyada sanki, yarım gün qalmış olacaq. Qiyamət günü gəldikdə insanlar dünyada səhərdən günortaya və ya günortadan axşama qədər yaşadıqlarını biləcəklər. Ona görə də insanı Qiyamətin vaxtı deyil, o gün üçün hansı əməlləri tədarük etmək barəsindəki sualın cavabı daha çox düşündürməlidir.


"ən-Nəziət" surəsinin izahı

Redakə etdi: Azeri qizi


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:LeYLa^_^
Şərhlər : 3    Baxış: 39237
Tarix: 10-12-2015, 21:07

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#3 Prenses93

13 dekabr 2015 21:59 | Qeydiyyat Tarixi: 12.09.2015
tesekkurler Allah razi olsun


Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#2 Nefesim

10 dekabr 2015 23:40 | Qeydiyyat Tarixi: --
elerinze saglig


Mikro Blok:
Saytdakı şərh sayı: 99
Saytdakı xəbər sayı: 3

#1 Zeyno

10 dekabr 2015 21:44 | Qeydiyyat Tarixi: 1.10.2015
bele deyerli xeberler hazirladiqiniz ucun sagolun Allah razi olsun


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251651
Şərhləri:: 4049
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42493
Şərhləri:: 1495
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39613
Şərhləri:: 2170
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 22
_DELI_QIZ_
Şərh sayı: 21
Я..
Şərh sayı: 10
Moonlight
Şərh sayı: 6
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 6
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
milawkam
Şərh sayı: 3
Nakam Sevgim
Şərh sayı: 2
Rihanna
Şərh sayı: 2
Ona mexsuz
Şərh sayı: 1
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2428 İstifadəçimiz Var!