Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1829
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1005
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 678
..::Рианна::..
ICQ: 999
Forum şərhi: 609
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 375
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
KuMsaL
ICQ: Yoxdur
Forum şərhi: 355
❥SeKeRciK...
ICQ: Yoxdur
Forum şərhi: 314
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
A.AxmedLi
Xəbər sayı: 8/17
OrxanXanlaroglu
Xəbər sayı: 1/16
_ULYA_
Xəbər sayı: 1/42
Reklam
Sayğac


 
Zaman çox gec


Başın iki ovcunun arasında, gözün də üfüqlərdə, dizinin üstündəki əsanın dəstəyi də boynunu bükmüş kimi yerə baxır. Uzaq, qədim bir türkünün sözləri oxunur duyğularında:

"Dönülməz axşamın üfüqündəyim,

zaman çox gec,

Bu son fəsildir, ey ömrüm,

nasıl keçərsən-keç".

Ömrünün son fəslini yaşadığına inanmaq nə qədər həzin bir hiss! "Allah!" deyib inləməyin gəlir. Dönüşü olmayan bir səfərin astanasında dayanmaq. Bir azdan, bir azdan... Gələn bahar bəlkə də sənsiz gəldi bu yer üzünə, yenə günəş doğacaq, yenə çiçəklər açacaq, yenə uzaqdakı bir iydə ağacının altındə bir oğlanın dili söz tutmayacaq və eləcə əlində büküb əzdiyi məktubu həyəcandan titrəyən qızın ovcuna basıb, arxasına baxmadan qaçacaq... Çox şeylər yaşanacaq, çox şeylər dəyişəcək. Bu divarın o üzündə çalınan toyun meyvələri görünəcək barının başından, balaca-balaca uşaqlar o həyətdən çıxıb sənin əkdiyin gilas ağaclarına dırmaşacaqlar. Qonşu kənddən bir nəfər İrandakı qohumlarından aldığı məktubu gətirəcək ki, oxutsun, sənin öldüyünü eşidib, sakitcə "Allah rəhmət eləsin!" deyib dönəcək. Qonşunun toyuqları yenə çəpərdən aşıb bu həyətdə dolaşacaq, amma qovmayacaqlar, təkcə qonşunun xətrinə yox, həm də sənin ruhunu incitməmək üçün, çünki o qədər demişdin ki, qonşunun toyuğu qonşunun həyətində gəzər...

"Dönülməz axşamın üfüqündəyim". Amma heç kəsin üfüqü, üfüqdə gözləyən qapısı bir-birinə bənzəməz. Hər halda sən belə düşünürsən. Yaşamaqdan, dünyanın o başından bu başına qədər yeriyib gəlməkdən yorulmuş kimisən. Çiynində ağır bir yük var elə bil. Qalxıb getməyə də həvəsin yoxdur; elə bil hər şeyi burada gözləmək, burada qarşılamaq istəyirsən. Adını çəkməyə qorxursan, amma burada, bu yolun kənarında yıxılıb qalmaq, sonra da evdəkilərə, qonum-qonşuya aval olmağı düşünmək ürəyini sıxır.

Günəş də yavaş-yavaş üfüqə əyilir. Durub getmək zamanıdır. Hava qaralmadan evə çatmalısan, yoxsa yazıq qarı qapının ağzından yığışmayacaq. Onsuz da son günlər ürəyi çox incidir yazığı. Gileylənməyi sevməsə də, aradabir zarafatla vəsiyyətini eləyir sənə: "Heç uşaqları incidib-eləmə, indi qəbir yeri almaq da bir dərddir, aparıb öz camaatımızın arasında basdırın. Amma noolar məni özündən ayırma". Zarafat deyil ee, əlli ildən artıqdır ki, onun dediyi kimi "otaq yoldaşı"sınız. Səni iyindən tanıyır, əlini uzadanda qapı öz-özünə açılır. Daha doğrusu, öz-özünə açılmır, o, içəridən açır. O qədər rahat, könlü tox adamdır ki... Gözü də heç zaman arxada qalmayıb. Səhər-axşam ağzını şükürlə açıb, şükürlə bağlayır. Sənə elə gəlir ki, öləndə də zarafatla öləcək. Eləcə danışa-danışa birdən susacaq, çağıracaqsan, cavab verməyəcək. Yaxınlaşıb görəcəksən ki, keçinib, sözü dodağında, təbəssümü çöhrəsində donub. Bu da bir xəyal, bu da bir təsəvvür idi keçdi başından. Amma o qapıdan qaçış yoxdur... Gec-tez olacaq, mütləq olacaq, ya səndən əvvəl, ya səndən sonra. Bir söz yadına düşür: "Gedənlərə nə var ki, vay qalanın halına".

"Ya Allah!" deyib dikəlirsən, hava qaralanacan evə çatmasan, qarı ürəyini tuta-tuta çöl qapının ağzında qalacaq.








Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Şərhlər : 4    Baxış: 37671
Tarix: 22-12-2015, 15:28

0 Bəyənməyib

Saytdakı şərh sayı: 1072
Saytdakı xəbər sayı: 82

#4 Prosta Sirinka

16 yanvar 2016 21:57 | Qeydiyyat Tarixi: 10.01.2016
Əllərinə sağlıq təşəkkür)






Mikro Blok:
Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#3 Prenses93

22 dekabr 2015 22:18 | Qeydiyyat Tarixi: 12.09.2015
qeweng idi cox sagol)


Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#2 Nefesim

22 dekabr 2015 16:38 | Qeydiyyat Tarixi: --
beyendim elerine saglig


Mikro Blok:
Saytdakı şərh sayı: 2844
Saytdakı xəbər sayı: 15

#1 milawkam

22 dekabr 2015 15:30 | Qeydiyyat Tarixi: 2.08.2015
maraqlı yazıydı ellerine salıq


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 310588
Şərhləri:: 4333
V_L
Xalları: 101380
Şərhləri:: 280
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 61058
Şərhləri:: 127
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 58935
Şərhləri:: 2271
LeYLa^_^
Xalları: 53924
Şərhləri:: 342
Fatmanur
Xalları: 52371
Şərhləri:: 471
кαмкα
Xalları: 44401
Şərhləri:: 1531
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Reklam
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Barbaris
Şərh sayı: 20
LeYLa^_^
Şərh sayı: 7
Sol Meleyim
Şərh sayı: 1
Attention
Şərh sayı: 1
MeLeK_sima
Şərh sayı: 1
Bellada
Şərh sayı: 1
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2810 İstifadəçimiz Var!