Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1552
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1409
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 670
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 517
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 345
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 16/1376
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 15/426
Kimsesiz_Hisler
Xəbər sayı: 5/11
Emrah Babayev
Xəbər sayı: 3/49
mp3es
Xəbər sayı: 2/69
cobra_rapper
Xəbər sayı: 2/31
_DELI_QIZ_
Xəbər sayı: 2/3
I ♥♥♥ Allah
Xəbər sayı: 1/14
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
1337
Xəbər sayı: 1/2
Reklam
Sayğac


 
İbrətamiz hekayə

İbrətamiz hekayə

Bir gün qədəhə şərab süzdüm, içmək istəyirdim. Ancaq qızım toxunaraq, onu yerə dağıtdı. Sanki ona bunu etdirən Allah idi...

Fatimə böyüyürdü. 3 yaşına çatdı. Ancaq çox yaşamadı. Elə 3 yaşında ikən Allahın dərgahına qovuşdu…

Qızım öldükdən sonra vəziyyətim əvvəlkindən də betər oldu. Artıq ətrafımdakılara qarşı hədsiz səbirsiz olmuşdum. Hər şey get-gedə pisləşirdi. Şeytan dayanmadan mənimlə oynayırdı. Bir gün mənə yaxınlaşdı və vəsvəsə verdi:
“Sən bu gün elə içməli, elə sərxoş olmalısan ki, heç ayaq üstə durmağa taqətin qalmasın”…

Elə də oldu. Bütün gecəni şərab içməklə keçirdim. Hətta elə bir vəziyyətə düşdüm ki, məni yalnız bu sərxoşluqdan uzun və dərin yuxular xilas edə bilərdi. Yuxuya getdim. Yuxularım bir-birini əvəz edirdi. Ancaq gördüyüm sonuncu yuxu çox dəhşətli idi...

Yuxumda məhşər ayağında idim. Bütün insanlar dəstə-dəstə hesab verməyə axışırdılar. Mən də həmin insanların arasında idim...

Kimsə insanlara səslənirdi: “Ey filankəs! Haydı, Allaha hesab verməyə...”.


Çağrılan kəslərin simaları qorxudan qaralmışdı. Bir çox insan sorğu-suala çağrıldı… Nəhayət növbə mənə gəldi; həmin səs məni çağırırdı. “Haydı, Allaha hesab verməyə tələs!”

Ətrafıma nəzər saldım. Bayaqkı insan izdihamından əsər-əlamət qalmamışdı. Qiyamət günü... Məhşər yeri bom-boş qalmışdı…

Elə bu an qarşımda siçovula oxşar bir canlı gördüm. Olduqca böyük və qorxunc idi…


Birdən siçovul mənə hücum etdi. Özümü müdafiə etmək üçün qaçmağa başladım. Qaçarkən yolda qarşıma bədəncə zəif bir qoca çıxdı. Ondan kömək etməsini istədim.

Qoca ah-nalə çəkərək səsləndi:
“Oğlum, mən güczüz bir adamam. Səni bu heyvandan xilas etməyə gücüm yetməz. Ancaq bu istiqamətdə hərəkət etsən, ola bilsin ki, xilas olarsan”…

Qocanın dediyi istiqamətə qaçdım. Siçovul hələ də arxamca qaçırdı. Qarşımda cəhənnəm atəşini gördüm. Sifətimdə alovun istisini hiss etdim...

Sıxışıb qalmışdım. Nə edəcəyimi bilmirdim. Öz-özümə dedim: “Cəhənnəm oduna düşməklə siçovuldan qurtarmaq?!”

Yenidən həmin qoca tərəfə qaçmağa başladım. Siçovul arxamca qaçmaqda davam edirdi. Qorxu məni bürümüşdü. Nəhayət qocanın yanına çatdım: “Allah xətrinə, məni bu heyvanın əlindən xilas et!”...

Təəccübləndim. Qoca halıma acıyaraq göz yaşı tökürdü...

Mənə sarı çevrildi: “Görürsən ki, çox zəifəm, səni xilas edəcək taqətim də yoxdur. Ancaq bu dəfə oraya qaç. Əminəm ki, xilas olacaqsan”…


Qocanın göstərdiyi yolla qaçmağa başladım. Siçovul da ara vermədən arxamca qaçırdı. Birdən qarşımda bir dağ peyda oldu. Dağın ətəyində çoxlu uşaq var idi və hamı ağlayırdı. Hamı eyni sözü təkrar edərək ağlayırdı. “Ey Fatimə, atana bax! Atana bax!” - deyə fəryad edib ağlayırdılar...

Bu zaman qızım Fatiməni gördüm. 3 yaşında ikən dünyadan köçüb Cənnətə qovuşan qızımı gördüyüm zaman çox sevindim. Məni cəhənnəm odundan xilas edərək, cənnətə girməyimə vəsilə olacağına ümid edirdim. Bu vaxt qızım əlini uzatdı və məni siçovuldan xilas etdi…

Onu qucağıma oturtdum. Qızım mənə: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!” ayəsini oxudu…

Qızımdan arxamca düşən o əcaib heyvan haqda soruşdum. Dedi: “Atacan, gördüyün bu əcaib heyvan dünyada işlədiyin günahlarındır. Onu sən bəslədin, böyütdün və səni çətin vəziyyətə salacaq bu həddə onu sən çatdırdın. Atacan, məgər dünyada işlənən əməllərin axirət günündə təcəssüm edərək qarşına çıxacağını bilmirsənmi?”

Ondan mənə yol göstərən yaşlı kişi haqda soruşdum Belə cavab verdi: “O yaşlı və zəif insan sənin gözəl əməllərin idi. Sən onu elə zəif, elə gücsüz və çarəsiz etdin ki, sənə kömək edəcək gücü belə qalmamışdı. Atacan, əgər mən dünyaya gəlməsəydim və kiçik yaşda rəbbim məni öz dərgahına aparmasaydı, səni bu dəhşətdən heç kim xilas edə bilməyəcəkdi”...

Bu an yuxudan oyandım. Ağlayırdım. Öz-özümə: “Allaha qul olmağın vaxtı yetişib!” - dedim. Dərhal qüsl aldım. Tövbə etmək və cənnət yolunu seçmək üçün məscidə yollandım. Məscidə daxil olduğum zaman imam qızımın yuxuda mənə dediyi ayəni oxuyurdu: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!”…

Haqqında söhbət açdığımız bu şəxs tabein imamlarının ən hörmətlisi və abidi Malik bin Dinardır.

O, gecələr ağlamağı ilə tanınırdı. Həmişə belə deyirdi: “Allahım! Kimin cənnətə, kimin də cəhənnəmə girəcəyini yalnız Sən bilirsən. Görəsən, mən hansılardanam? Rəbbim, məni cənnət əhlindən et, cəhənnəm odundan qoru!”

Malik bin Dinar səmimi qəlbdən tövbə etdi və bu tövbəsi ilə insanlar arasında məşhur oldu.

O, daima məscidin qapısı önündə durar və insanlara səslənərdi:
“Ey günhkar insanlar! Rəbbinizə dönün! Ey qafil insanlar! Sizi yaradanın yoluna qayıdın! Rəbbiniz hər gecə sizə səslənir, sizi çağırır. Bəs, siz haraya gedirsiniz? Allah sizə: “Mənə bir qarış yaxınlaşana, mən on qarış yaxınlaşaram. Mənə sarı yürüyənə tərəf isə qaçaram”,
- deyir. Məgər bu, sizə kifayət etmirmi?”

İbrətamiz hekayə

Redakə etdi: ❥SeKeRciK...


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Fearless
Şərhlər : 3    Baxış: 17835
Tarix: 28-01-2016, 12:53

0 Bəyənməyib

Saytdakı şərh sayı: 221
Saytdakı xəbər sayı: 0

#3 Sarishinim

28 yanvar 2016 13:57 | Qeydiyyat Tarixi: 22.01.2016
Tesirlendim)) Ibretamiz bir hekaye olmasi ile yanashi hemde tesirlidi. Allah sheytana nehlet etsin. ️️Rebbim qelbimizde bizlere pis yolu gostersen sheytana nehlet etsin. Her birimizin uzune cennet qapilari acilsin. Allah gunahlarimizi baqishlasin. Allah sonsuzadek razi olsun sennen. Yaziya gire teshakkur edirem.






Mikro Blok:
Saytdakı şərh sayı: 2183
Saytdakı xəbər sayı: 426

#2 ღ ς Կαςτλหßαค ヅ

28 yanvar 2016 13:17 | Qeydiyyat Tarixi: 21.01.2016
Cox gozəl hekayedi muselman qilinc muselmandida gerey neyinse ezabin cekece qorxaki donub haqq yolun tapa...ALLAH razi olsun deyerli xebercun






Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#1 Bəy Oğlan :)

28 yanvar 2016 13:05 | Qeydiyyat Tarixi: --
Təsirli maraqlı ibratəmiz hekayədi tövsiyyə edirəm sizdə oxuyun


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251744
Şərhləri:: 4065
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
V_L
Xalları: 51403
Şərhləri:: 251
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42496
Şərhləri:: 1496
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39715
Şərhləri:: 2183
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 43
_DELI_QIZ_
Şərh sayı: 25
Я..
Şərh sayı: 22
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 19
1337
Şərh sayı: 12
Rihanna
Şərh sayı: 8
Moonlight
Şərh sayı: 6
:Peri:
Şərh sayı: 5
milawkam
Şərh sayı: 5
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2435 İstifadəçimiz Var!