Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1530
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1380
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 665
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 508
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 342
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 13/1371
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 12/426
Kimsesiz_Hisler
Xəbər sayı: 5/11
_DELI_QIZ_
Xəbər sayı: 2/3
Emrah Babayev
Xəbər sayı: 2/48
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
1337
Xəbər sayı: 1/2
Reklam
Sayğac


 
İntihar etmək günahdır



Sual: İntihar etmək günahdır? hansı səbəbləri var? hansı ölüm halları intihar sayılır?

“Boğazı kəsmək” mənasını verən intihar sözü “bir insanın öz canına qəsd edərək həyatına son qoyması” deməkdir. Quran və hədislərdə intihar sözü işlədilməsə də, “özünü öldürmək” mənasına gələn kəlmələrə yer verilmişdir. “Allahın möhtərəm buyurduğu cana haqsız yerə qəsd etməyin”.[1] Ayədə qadağan edilən “öldürmək” felində həm başqasını öldürmək, həm də öz canına qıymaq nəzərdə tutulur.İntihar bütün inanclarda çirkin bir əməl hesab olunmuşdur. Müasir dünyada belə mübahisə obyektinə çevrilən evtanaziya (bir adamın hansısa xəstəliyə görə və ya çarəsizlikdən öldürülməsini istəməsi) belə bir çox dövlət tərəfindən qəbul edilmir. İntihar əqli cəhətdən yetkin bir insanın öz istəyi ilə birbaşa və ya dolayı yolla öz həyatına son qoymasıdır. Qədim dövrlərdə insanlar dözülməz ağrılardan, dərdlərdən xilas olmaq üçün, yaxud da qəhrəmanlıq hislərinin təsiri ilə intihar edirdi. Çağdaş dünyamızda intihar halları ən inkişaf eləmiş toplumlarda belə geniş yayılmışdır. İnkişaf etmiş iqtisadiyyata malik Skandinaviya ölkələrində intihar hallarının sayı sürətlə artır. 1957-ci ildə Los Ancelesdə aparılan araşdırmaların nəticəsinə görə, intihara cəhd edənlərin 69%-i qadınlar, 31%-i isə kişilər olmuşdur. İngiltərədə ildə 60.000, Amerika Birləşmiş Ştatlarında isə 200.000 intihara cəhd halları qeydə alınır. Digər ölkələrdə də intihar hadisələri get-gedə artır. Bu problemin səbəbləri ciddi araşdırılmalıdır.

Həyat insana Allah tərəfindən verilmiş ən böyük nemətdir. O, ilahi bir sirdir, mahiyyətini də, ancaq Haqqın sirlərindən agah olanlar bilir. Həyat Allah-Təalanın insana verdiyi ən nurani və ən gözəl möcüzələrdəndir. İnsan digər varlıqlardan fərqli mahiyyətdə yaradılmışdır. Qurani-Kərimdə buyurulur: “Biz insanı ən mükəmməl biçimdə yaratdıq!”[2]


Dinimizə görə, əsas haqlar müəyyən şərtlər çəçivəsində istifadəsi insana əmanət edilən haqlardır. İnsanın bu haqları istədiyi kimi, istədiyi yöndə dəyərləndirmək haqqı yoxdur. Həyat haqqı da belədir. İslam dini millətindən, irqindən və ictimai mövqeyindən asılı olmayaraq, hər bir insanın həyatını toxunulmaz hesab edir; insan həyatına yönəlmiş hər cür hücum və təhlükənin qarşısını almağa çalışır. Müharibə, qətl, üsyan, qiyam, evli şəxsin zinası kimi cəmiyyətin nizamını və asayişi pozan, əmin-amanlığın kökünü qazıyan hallar istisna, İslamiyyət insanların həyat haqqına müdaxiləni qadağan edir. Dinimizdə inancsızlıq öz-özlüyündə müharibə və ölüm səbəbi sayılmır ki, bu da İslam anlayışının bir nəticəsidir. Məhz buna görə də İslamiyyət insana intihar haqqını verməmiş, bunu böyük günahlardan saymışdır. İntihar edən bir insanın inanc və əməlindən asılı olmayaraq, sırf intihar etdiyinə görə, axirətdə böyük cəzaya düçar olacağını bildirmişdir.


Çətinliklərə sinə gərmək, iztiraba, kədərə səbir etmək, şərait nə qədər ağır olsa da, Allaha inamı itirməmək müsəlmanın xarakter və prinsipi olmalıdır. Üstəlik, bu yolda göstərilən səbri, aparılan mübarizəni Allah qatında böyük mükafatlar gözləyir. Allah-Təala başımıza gələn bəla və müsibətlərin, problemlərin imtahan olduğunu dəfələrlə xatırladır və insanları səbrə, mətanətə səsləyir: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!”[3]

Bütün bu həqiqətləri əsas götürən İslam alimləri intiharı böyük günahlar arasına daxil etmişlər. “İntihar edənin aqibətini yalnız Allah bilir” deməklə yanaşı, məsələ ilə bağlı bəzi izahlar vermişlər.


Məsələn, ölümə yol açan bəzi yanlış əməllərin də intihar olub-olmaması məsələsi. İslam alimləri yaşamağa kifayət edəcək qədər yeyib-içmək fərz olduğu halda, “ölüm orucu”nu intihar kimi qəbul etmişlər. Belə ki, İslamiyyət aclıqdan ölüm təhlükəsi ilə üzləşən müsəlmanların haram qidalardan ehtiyac qədər yeməsini və içməsini caiz görmüşdür. Bu da o deməkdir ki, İslam dinində insan həyatını xilas etmək və qorumaq çox önəmlidir. İnsanın düşdüyü ağır vəziyyətdən xilas olmaq üçün heç bir cəhd göstərmədən ölümü istəməsi də bir mənada intihar sayılmışdır. Ona görə də hər şeydən əlini üzən və əziyyət çəkən bir xəstənin evtanaziya ilə öldürülməsi dinin prinsipləri ilə bir araya sığmır.


İntihar edən insana cənazə namazı qılınır?

İntihar edən müsəlman vəfat etmiş digər müsəlmanlar kimi yuyulur, kəfənlənir, cənazə namazı qılınır və müsəlman qəbiristanlığında dəfn olunur. İslam hüquqşünaslarının əksəriyyəti bu hökmdə həmfikirdir. Çünki hər bir müsəlman sağlığında da, öləndə də müsəlman kimi rəftar görməlidir. Bundan sonrası isə Allahın hökmünə aiddir. İslam alimlərindən bəziləri isə Peyğəmbərimizin intihar edənin cənazə namazını qılmadığını əsas götürərək, “İntihar edənin cənazə namazını dövlət başçısı qıldıra bilməz, ancaq camaat arasından bir nəfər qıldıra bilər” şəklində hökm vermişlər. Peyğəmbərimiz (s.a.s.) borclu olaraq ölənlərin də cənazə namazını qıldırmamışdır. Bununla bir məqsədi də intiharın və borclu ölməyin nə qədər ciddi məsələ olduğunu müsəlmanlara göstərmək və möminləri belə əməllərdən çəkindirmək idi.

İntihar hadisələrinin hamısı iradi şəkildə, bilərəkdən edilmir. Belə hallar, yəni insan qeyri-iradi – ağılını, şüurunu itirdiyi vaxtlarda intihar edibsə, dində günah sayılmır. Onun hökmünü ancaq Allah-Təala verəcəkdir. Buna görə də, “İntihar edənin cənazə namazını qılmaq olmaz”, – şəklində qəti və ümumi hökm vermək doğru deyildir.

Peyğəmbərimiz intihar haqqında nə buyurur?

Peyğəmbərimiz hədislərində intiharı qadağan edir. Bu hədis­lərdə intiharın bağışlanmaz dərəcədə böyük günah olması həqiqəti çatdırılır. İnsan hansı üsulla intihar edirsə, Cəhənnəmdə sonsuzadək həmin üsulla cəzalandırılır. Əbu Hüreyrə (r.a.) Allah Rəsulunun (s.a.s.) belə buyurduğunu nəql edir:

“Kim özünü dağdan atıb intihar edərsə, Cəhənnəmlik olar. Orada əbədi olaraq özünü dağdan atmaqla cəzalandırılar. Kim zəhər içib intihar edərsə, Cəhənnəm odunun içində əlində zəhər tutub onu əbədi içər. Kim də özünə bir dəmir (bıçaq, qılınc) saplamaqla intihar edərsə, Cəhənnəmdə əbədi olaraq o dəmiri qarnına soxar”.[4]

Əbu Hüreyrə nəql edir: “Allah Rəsulu ilə birlikdə Xeybər döyüşündə idik. Peyğəmbərimiz müsəlman olduğunu deyən bir adam barəsində:

– O, od sakinlərindəndir, – buyurdu.

Həmin şəxs döyüş başlayanda cəsurcasına vuruşdu və yaralandı. Bəzi səhabələr:

– Ey Allahın Rəsulu! Bir az əvvəl “od sakinlərindəndir” dediyiniz adam igidcəsinə döyüşdü və öldü, – dedilər.

Allah Rəsulu bir daha:

– Cəhənnəmə getmişdir, – buyurdu.

Sən demə, həmin o adam döyüş meydanında ölməyib, ağır yara­lanıbmış. Gecə yarasının ağrılarına dözə bilməyib qılıncı­ ilə intihar edib. Baş verən bu hadisə Peyğəmbərimizə xəbər verildikdə:

– Allahu Əkbər, – dedi və sözünə davam etdi, – Şəhadət edirəm ki, mən Allahın qulu və Rəsuluyam.

Sonra da Bilala (r.a.) əmr etdi ki, camaatın arasına girib bu sözləri car çəksin:

– Cənnətə yalnız müsəlmanlar girəcək. Şübhəsiz ki, İslamın lehinə işlənən əməllər insanın müsəlman olmasına dəlil deyil. Allah bu dini, facir (günah işləyən) bir şəxslə də qüvvətləndirər”.[5]

Unutmaq olmaz ki, intihar etmək dində qadağandır. Bununla yanaşı, psixoloji problemlərin intihara səbəb olduğunu nəzərə almaq lazımdır. İntihara meyilli insanlarda aşağıdakı xüsusiyyətlər müşahidə olunur:

1. Ailə və dostlarından uzaq qalmaq istəyir.

2. Sevə-sevə və həvəslə gördüyü işlərdən bezir və sıxılır.

3. Hər hərəkətinə görə təqsirkar olduğunu düşünür, qüsuru həmişə özündə görür və bunu həddən artıq böyüdür.

4. Xüsusən, gənclərdə diqqət dağınıqlığı olur, tək qalmaq istəyirlər.

5. Belə insanlar özləri üçün əhəmiyyətli olsa belə, dəyərli əşyalarını hədiyyə edib özlərindən uzaqlaşdırırlar.

Bu ruhi əlamətlər depressiya əlamətləri ilə paralellik təşkil edir. Onsuz da, intihar depressiv hadisədir.

İntihar etmək günahdır

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Şərhlər : 9    Baxış: 48981
Tarix: 26-02-2016, 16:30

0 Bəyənməyib

Saytdakı şərh sayı: 1046
Saytdakı xəbər sayı: 133

#9 Göz_Yaşı

9 mart 2016 10:17 | Qeydiyyat Tarixi: 22.02.2016
cox cox gunahdi ozune qiymaq






Mikro Blok:
Saytdakı şərh sayı: 3026
Saytdakı xəbər sayı: 70

#8 menim meleyim

1 mart 2016 11:31 | Qeydiyyat Tarixi: 29.04.2015
Intahar etmek gunahdi duzdu ama bezen insan her weyden bezir oleyi onun ucun en yaxwi secim kimi gorur


Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#7 .:SecreT:.

28 fevral 2016 12:47 | Qeydiyyat Tarixi: --
Bilirdim tesekkurler


Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#6 Bəy Oğlan :)

27 fevral 2016 21:47 | Qeydiyyat Tarixi: --
maraqlı məqalədi geniş şəkildə anladılıb


Mikro Blok:
Saytdakı şərh sayı: 117
Saytdakı xəbər sayı: 4

#5 Sweet_Angel

27 fevral 2016 03:15 | Qeydiyyat Tarixi: 27.02.2016
Xebere gore sagolun ALLAH razi olsun!


Mikro Blok:
Saytdakı şərh sayı: 61
Saytdakı xəbər sayı: 0

#4 Bakili oglan

27 fevral 2016 01:25 | Qeydiyyat Tarixi: 15.01.2016
Elbette gunahdi.Allahin verdiyi cani yalniz Allah ala biler.


Mikro Blok:
Saytdakı şərh sayı: 4061
Saytdakı xəbər sayı: 1371

#3 Я

26 fevral 2016 19:18 | Qeydiyyat Tarixi: 29.04.2015
Xəbər cox geniş şəkildədi ona gorə cox oxuya bilmədim ama onuda qeyd edim ki, Allah verdiyi cana qiymaq gunahdir bəli..Allah Razi Olsun






Mikro Blok: Время ответит на все вопросы
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#2 Balaca_Sahzade

26 fevral 2016 16:55 | Qeydiyyat Tarixi: --
Buyurun crying
................


Mikro Blok:
Saytdakı şərh sayı: 2182
Saytdakı xəbər sayı: 426

#1 ღ ς Կαςτλหßαค ヅ

26 fevral 2016 16:41 | Qeydiyyat Tarixi: 21.01.2016
biraz melumatim var idi xeberdende genis izahi ile anladim beli intihar boyuk gunahdi ALLAHin verdiyi cana qesd edirsen demey halbuki o sene emanetdir






Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251707
Şərhləri:: 4061
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42496
Şərhləri:: 1496
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39694
Şərhləri:: 2181
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 40
_DELI_QIZ_
Şərh sayı: 23
Я..
Şərh sayı: 18
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 18
Moonlight
Şərh sayı: 6
Rihanna
Şərh sayı: 6
1337
Şərh sayı: 5
:Peri:
Şərh sayı: 5
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
milawkam
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2430 İstifadəçimiz Var!