Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
yuklenir...
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1637
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1582
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1005
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 675
..::Рианна::..
ICQ: 999
Forum şərhi: 609
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 352
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
V_L
Xəbər sayı: 75/595
ღɴαrιɴ_yαɢιѕнღ
Xəbər sayı: 67/938
Я..
Xəbər sayı: 40/1447
LeYLa^_^
Xəbər sayı: 36/57
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 11/453
Emrah Babayev
Xəbər sayı: 7/59
Attention
Xəbər sayı: 5/206
Miss_Vampirka
Xəbər sayı: 4/340
_DELI_QIZ_
Xəbər sayı: 3/
.::Murad::.
Xəbər sayı: 1/1
Reklam
Sayğac


 
Həya insanın bəzəyidir ..


Ərini adı ilə çağırmağa utanırdı, qayınanası ilə danışanda "sizin oğlunuz", uşaqları ilə danışanda "atanız" deyirdi. Bəziləri onu danlayırdılar, bu davranışını geri qalmışlıq, cəhalət adlandırırdılar. Amma o heç də cahil deyildi, xeyri-şəri bir-birindən yaxşı ayırırdı. El-obanın hər işinə qatılırdı, qonşuları onun nə qədər mehriban, xeyirxah insan olduğuna şahid idilər. O isə başını qaldırıb yad kişilərin üzünə dik-dik baxa bilmirdi. Başqa qız-gəlinlərdən seçilirdi, səsini yüksəltdiyini eşidən olmamışdı. "Utananın oğlu olmaz" deyirlər. Amma bu utancaq xanım bir-birinin ardınca üç oğul dünyaya gətirmişdi, hamısı da bir-birindən gözəl, həyalı.
Bir dəfə ağzını açıb danışdı. Danışdı deyəndə ki, məhlədə gəlinlər yığışıb söhbət edirdilər. Onu da çağırdılar qayınanasından icazə alıb, onlara qatıldı. Danışdı, çox şeylər dedi. Qonşular məəttəl qaldılar və bu vaxta qədər onu tanımadıqlarından üzüldülər. Nələr demədi. Dedi ki, həya qəlbi pozan günahlara qarşı bir müdafiədir; həya insanın imanının gücünü və ədəbin ölçüsünü müəyyən edər. Həya xeyrin dirəyi, qarışdığı hər bir yaxşılığın təməl ünsürüdür. Bəd əməllərə, günahlara göz yuman həya sahibi ola bilməz. Həya sahibi Haqqın sözünü deyər, günahlara göz yummaz; çünki Allahdan utanar, günah eləməz; çünki Allahdan həya edər. O gün qonşu gəlinlər Münəvvərin simasında yeni bir dünya kəşf etdilər.
Bəziləri həyanı acizlik kimi qəbul edir. Həya acizlik deyil; "həya ilə iman bir-birini tamamlayar, biri gedincə o birisi də orada qalmaz" buyurulub. Dünya və axirət səadətinə qovuşmaq istəyən şəxs ədəb və həya sahibi olmalıdır. Ədəbi və həyası olmayan bir kəsdən xeyir gözləmək mümkün deyil. Allah-Təala Qurani-Kərimdə həyanı müsbət bir keyfiyyət kimi mədh etmiş və bu davranış tərzini müsəlmanlar üçün ölçü olaraq buyurmuşdur.
Həya iki cür olur: insan var ki, insanlar arasında günah işləməyə həya etdiyi kimi, insanların görmədiyi yerdə də "Allah görür" düşüncəsi ilə əlini haramdan çəkər, həyasına sığınar. Bu, müsəlmanda aranan əsl həyadır, mənəvi kateqoriyadır. İnsan da var ki, insanlar arasında utansa da, xəlvətə düşəndə əlindən gələni əsirgəmir. Bu da bir növ kor həyadır. İnsanlardan həyadır, Allahdan həya deyil. Əsl həya isə Allahdan çəkinməkdir. Allahdan həya edən insan onun Peyğəmbərindən də, mələklərindən də, insanlardan da həya edər.

Elə qəlbimöhürlülər, elə bədbəxtlər var ki, nə bəndədən həya edir, nə Allahdan utanır. Beləsinin nə ədəb kateqoriyasında, nə İslam anlayışında yeri var.
Həya insanı hiylədən, riyadan, məkrdən, aravuruşdurmadan, bədxahlıqdan uzaq tutar. Peyğəmbərimiz Həzrəti-Muhamməd (s.ə.s.) belə buyurub: "Ehsan Allah-Təalanı qarşısında görürmüş kimi Ona itaət, ibadət etməkdir". Təbii ki, ehsan şüuru çox yüksək bir səviyyədir və imanın gücü ilə o mərhələyə yetişmək mümkündür. Ehsan şüurunu daşıyan insan özünü hər an Allah-Təalanın hüzurunda görür; əlini harama uzatmaz, qeybdən uzanmış bir qılıncmı, bir ağacmı əlinin üstünə vuracaqmış kimi qorxar, hürkər. Başqa bir hədisində Peyğəmbərimiz belə buyurub: "İlk baxış yararına, sonrakı isə zərərinədir". Bu hədisdə buyurulduğu kimi, insan qeyri-iradi olaraq harama baxdığı halda, Allahdan utanaraq gözünü çəkirsə, bu, iradi addım qarşılığında mükafatını alacaq. Yox, əgər nəfsinə uyaraq harama baxmaqda davam edərsə, o baxışın əvvəli də zərərinədir, sonrası da. Allah-Təala buyurur ki, harama baxmaq şeytan oxlarına təslim olmaqdır. Əgər bəndəm sırf Məni düşünərək gözünü haramdan çəkərsə, bunun qarşılığında mən onun qəlbinə elə bir nemət qoyaram ki, zövqünü bu dünyada da hiss edər.
Bəli, həya Allah qarşısında qulun təslimiyyət duyğusunun bir təzahürüdür. Peyğəmbərimiz buyurur ki, gerçək həya başının içini belə pis düşüncələrdən, əxlaqa zidd fikirlərdən qorumaqdır.
Şeytanın insana qalib gəldiyi məqamlar məhz onun nəfsinə uyaraq harama meyil etməsi ilə mümkündür.
İnsanda yaradılışdan olan bir həya hissi var ki, ona fitri həya deyilir. El arasında buna arlanmaq da deyirlər. Bir də yuxarıda dediyimiz kimi, imandan gələn həya var ki, bu həya İslam dininin önəmli bir dərinliyini təşkil edir.
Həya ilə qorxu arasında fərqlər var. Ən başlıca fərq odur ki, həya Allahı düşünərək çəkinməkdir, qorxu isə insanı düşünərək çəkinmək. Ola bilsin ki, insanı düşünmək də elə Allahı düşünmək anlayışı içərisində olsun, yəni kiminsə haqqını tapdalamamaq üçün çəkinirsən. Əslində bu düşüncə də elə həyadır.
Qurani-Kərimdə dəfələrlə bildirilir ki, Allah-Təala gizli və aşkar olan hər şeyi bilir. Bizim hər işimiz Ona əyandır, ondan gizli heç bir şey yoxdur, hər şey Onun bilgisi daxilindədir.

Bu qədər həqiqət açıq-aşkar ortada ikən insanın həya duyğusundan məhrum olmasını anlamaq mümkün deyil. Həya İlahi bir əxlaq və Allah sirridir. Əgər həqiqi həya duyğusunun insanı hansı ünvana aparacağını bilsəydik, insanlar o yoldan bir addım belə yayınmazdılar.
İnsanın özündən həya etməsi də çox önəmli faktordur. Özündən həya əslində Allahdan həya hissinin bir parçasıdır.
Həya gözəllikdir, acizlik deyil; həya məzlumluq deyil, qətiyyətdir, iradədir; həya mübarizədir, əzəmətdir; həya yoldur, əbədi səadətə aparan yol.
Belə görmüşük, belə eşitmişik, belə görmək istəyirik. Gəlin qayınatası ilə danışanda həyat yoldaşının adını çəkmirsə, "sizin oğlunuz" deyirsə, bunu ehtiram kimi, həya kimi, hörmət kimi qəbul etmək lazımdır, elə o gəlin kimi.


Həya insanın bəzəyidir ..

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:.:SecreT:.
Şərhlər : 6    Baxış: 18531
Tarix: 24-03-2016, 15:18

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3034
Saytdakı xəbər sayı: 70

#6 menim meleyim

25 mart 2016 01:33 | Qeydiyyat Tarixi: 29.04.2015
ALLAH RAZI OLSUN


Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#5 VaGuE

24 mart 2016 20:52 | Qeydiyyat Tarixi: --
İnsanın özündən həya etməsi də çox önəmli faktordur. Özündən həya əslində Allahdan həya hissinin bir parçasıdır.

Düz..Təşəkkür


Mikro Blok:
Saytdakı şərh sayı: 1517
Saytdakı xəbər sayı: 32

#4 кαмкα

24 mart 2016 18:16 | Qeydiyyat Tarixi: 9.05.2015
cox hissesin oxudum cox gzel hekaye ve fikirler vardir dogru sozlerdi. ALLAH razi olsun bizlerle paylasdigin ucun . ela






Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#3 .:SecreT:.

24 mart 2016 18:11 | Qeydiyyat Tarixi: --
Sitat: ZeYNo
Təsəkkur bu aralar dini xəbərlər atırsan Allah razi olsun

Bahem. Sende geseng redakte edirsen.


Mikro Blok:
Saytdakı şərh sayı: 4158
Saytdakı xəbər sayı: 1447

#2 Я

24 mart 2016 16:35 | Qeydiyyat Tarixi: 29.04.2015
Xəbər uzundu oxuya bilmədim ama xəbərin adi tamamilə duzdu nə yaziq ki həya hər insanda olmur ;)






Mikro Blok: Время ответит на все вопросы
Saytdakı şərh sayı: 2205
Saytdakı xəbər sayı: 453

#1 ღ ς Կαςτλหßαค ヅ

24 mart 2016 15:29 | Qeydiyyat Tarixi: 21.01.2016
Təsəkkur bu aralar dini xəbərlər atırsan Allah razi olsun






Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 264328
Şərhləri:: 4158
V_L
Xalları: 63401
Şərhləri:: 252
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 47239
Şərhləri:: 109
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 45421
Şərhləri:: 2205
кαмкα
Xalları: 43859
Şərhləri:: 1517
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
Miss_Vampirka
Xalları: 35346
Şərhləri:: 1053
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Reklam
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
LeYLa^_^
Şərh sayı: 75
Я..
Şərh sayı: 57
_DELI_QIZ_
Şərh sayı: 42
1337
Şərh sayı: 14
кαмкα
Şərh sayı: 11
Ezabin.qadini
Şərh sayı: 10
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 8
Pozitif_
Şərh sayı: 8
Miss_Vampirka
Şərh sayı: 7
ღɴαrιɴ_yαɢιѕнღ
Şərh sayı: 5
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2490 İstifadəçimiz Var!