Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1515
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1361
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 660
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 504
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 342
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 11/1370
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 7/414
Kimsesiz_Hisler
Xəbər sayı: 5/11
_DELI_QIZ_
Xəbər sayı: 2/3
Emrah Babayev
Xəbər sayı: 2/49
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
1337
Xəbər sayı: 1/2
Reklam
Sayğac


 
Rəcəb ayının bəzi müstəhəb əməlləri



Rəcəb ayının əməlləri iki qismdir.
Birincisi qism: Bu mübarək ayın birinci qism əməlləri o əməllərdən ibarətdir ki, ayın bütün günlərində yerinə yetirmək olar və müəyyən bir günə məxsus deyil. Məsələn bura bəzi dualar daxildir ki, inşallah onları da saytımızda yerləşdirəcəyik.
İkinci qism əməllər Rəcəb ayının hər gün və gecələrinə aid olan əməllərdir.

Rəcəb ayının birinci gecəsinin əməlləri:
1. Ayı gördükdə desin: Allahummə əhilləhu ələyna biləmni vəl imani vəs səlaməti vəl islam rabbi və rabbukəllah əzzə və cəll.

2. Qüsl etmək.
Peyğəmbər (s)-dan rəvayət olunmuşdur ki, Rəcəb ayının əvvəlində, ortasında və axırında qüsl edən şəxs, o aydan çıxanda, dünyaya gələndə pak olduğu kimi günahlardan paklanar.

3. İmam Hüseyn (ə)-ın ziyarəti.

4. Məğrib namazından sonra 20 rukət həmd və ixlas surəsi ilə namaz qılmaq. Bu namazı qılarsa özü, ailəsi, malı və övladı hifz olunar, qəbr əzabından amanda qalar və sirat körpüsündən asanlıqla keçər. (Bu namaz sübh namazı kimi qılınır, -2 rukətli 10 namaz)

5. İşa namazından sonra 2 rukət namaz qılsın, bu namazın birinci rukətində "Həmd"dən sonra bir dəfə "ələm nəşrəh", 3 dəfə ixlas"İxlas" surəsini oxusun. İkinci rukətdə "Həmd"dən sonra "ələm nəşrəh", "İxlas" və "Muəzzətəyn -yəni "Nas" və "Fələq" surələrini oxusun. Namazın salamını verdikdən sonra 30 dəfə "La ilahə illəllah" deyib, 30 dəfə salavat göndərsin.

6. Aşağıdakı duanı oxumaq:

Allahummə inni əsəlukə bi ənnəkə məlikun və ənnəkə əla kulli şəyin muqtədirun və ənnəkə ma təşau min əmrin yəkunu, Allahummə inni ətəvəccəhu iləykə binəbiyyikə Muhəmmədin nəbiyyir rahməti salləllahu ələyhi və alihi ya Muhəmməd ya Rasuləllahi inni ətəvəccəhu bikə iləllah rabbikə və rabbi liyuncihə bikə talibəti, Allahummə binəbiyyikə Muhəmmədin vəl əimməti min əhli bəytihi salləllahu ələyhi və ələyhiməncih talibətih

İmam Sadiq (ə): "Allah yalnız bu ümmətə 3 dəyərli ay əta etmişdir ki, onlar "Rəcəb", "Şaban""Ramazan" aylarıdır. Üç gecə bəxş etdi (ayın 13,14 və 15-ni), həmçinin 3 surə əta etmişdir: "Yasin", "Mulk""Tovhid". Buna görə kim bu üç fəzilətlə cəm olsa bu ümmətin ən yaxşıları arasında olar.
İmamdan soruşdular: "Buna necə nail ola bilərik?"
Buyurdu: "Bu üç ayların yuxarıda qeyd olunan gecələrində namaz qılmaq, belə ki, 13-cü gecədə 2 rukət- hər rukətdə "Həmd"dən sonra bu üç surəni ("Yasin", "Mülk" və "Tovhid") oxumaq, 14-cü gecədə 4 rukətli (hər 2 rukətdə bir salam) namaz, hər rukətdə "Həmd", "Yasin", "Mülk" və "Tovhid" surələrini oxumaq, 15-ci gecədə 6 rukət (hər 2 rukətdə bir salam)həmin qayda ilə namaz qılmaq"
İmam bu namazların fəziləti barədə buyurdu: "Bunlara əməl edən kəs bu ayların fəzilətini qazanmış olar və Allah şirkdən başqa onun bütün günahlarını bağışlayar".

Bu gün Əli (ə)-ın viladət günüdür. Bu gün və sonrakı iki gündə oruc tutmağın böyük savabı var. Kim ki, "Ummu Davud"un əməlini yerinə yetirmək istəyirsə bu gündə oruc tutsun".
14-cü gün
Bu gündə oruc tutmaq savabdır. Allah bu gündə oruc tutana gözlərin görmədiyi, qulaqların eşitmədiyi bir mükafat əta edər".

Bu bir dəyərli gecədir ki, bir neçə əməli var:
1. Qüsl
2. Əhya (Gecəni oyaq qalıb ibadət etmək)
3. İmam Hüseyn (ə)-ın ziyarəti
4. Altı rukət namaz qılmaq (yuxarıdakı qayda ilə)
5. 30 rukətli namaz- hər rukətdə 1 dəfə "Həmd" surəsi, 10 dəfə "Tovhid" surəsini oxumaq (Peyğəmbərdən bunun böyük savabı olduğunu nəql etmişlər)
6. On iki rukət namaz (hər iki rukətdə bir salam) Hər rukətdə 1 dəfə "Həmd" "Surə" deyilir. Namazlardan sonra "Həmd", "Fələq", "Nas", "Tovhid" "Ayətəlkursu", həmçinin "Qədr" surələrinin hər birini 4 dəfə oxu, sonra 4 dəfə de:
سُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ وَ لاَ اِلهَ إِلاَّ اللهُ وَاللهُ اَکْبَر
"Subhənəllahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vallahu əkbər"
Sonra de:
أللّهُ أللّهُ رَبِّی، لا أُشْرِکُ بِهِ شَیْئاً، ما شاءَ اللهُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظیمِ
"Allahu, Allahu rabbi, lə uşriku bihi şəyən, mə şəəllahu və la həvlə və la quvvətə illa billahil əliyyil əzim"

Mübarək bir gündür, bir neçə əməli var:
1. Qüsl etmək
2. İmam Hüseyn (ə)-ın ziyarəti
Məhəmməd ibn əbu Nəsrdən rəvayətdir ki, İmam Rza (ə)-dan soruşur: "Hansı ayda imam Hüseyn (ə)-ın ziyarəti daha yaxşıdır?" Buyurdu: "Rəcəbin ortası, və Şabanın ortası".
3.Cənab Salmanın namazını qılmaq
Bu günün mühüm əməllərindən biri "Ummu Davud" duasıdır. Əllamə Məclisinin dediyinə görə Şeyx Səduq, Şeyx Tusi, Seyyidbin Tavus (r) mötəbər sənədlərlə onu nəql etmişlər. Bu əməl hacətlərin qəbul olunması, qəm-qüssənin aradan getməsi və zalımların zülmündən amanda qalmaq üçün təsirlidir. (Əllamə Məclisinin "Zadul-məad" kitabında dediyinə görə bu dəfələrlə təcrübə olunmuşdur)

Məbəs gecəsi ilin mühüm aylarındandır və çox dəyərlidir. Bu gecə üçün əməllər nəql olunmuşdur:
1. Qüsl etmək müstəhəbdir
2. Şeyx Tusi İmam Cavad (ə)-dan nəql etmişdir ki, o həzrət buyurur:
"Rəcəb ayındakı bu gecə saçan hər bir şeydən yaxşıdır. 27-ci gecənin sübhü Peyğəmbər risalətə seçilmişdir. Həqiqətən bu gecənin əməlini yerinə yetirən şiələrimiz üçün 60 ilin əməli əcrinə bərabərdir"
O həzrətdən sual olundu: "Bu gecədə hansı əməl daha yaxşıdır?"
Buyurdu: "İşa namazını qılıb yatandan sonra, gecə yarısından qabaq istədiyin vaxt yuxudan qalxıb 12 rukət namaz qıl, hər rukətdə "Həmd" və bir kiçik surələrdən oxu. Hər iki rukətdə namazın salamını verdikdən sonra otur və 7 dəfə "Həmd" "Fələq" "Nas", "Tovhid" "Kafirun, "Qədr""Ayətəlkursu"nü hər birini 7 dəfə oxu. O vaxt nə hacətin varsa Allahdan istə.

3. Möminlərin əmiri Əli (ə)-ın ziyarəti bu gecədə ən fəzilətli əməllərdəndir. O həzrət üçün bu gecədə 3 ziyarət nəql olunmuşdur.

İmam Sadiq (ə)-dan rəvayətdir ki, Məbəs günü şərafətli gün kimi qeyd olunmuşdur. Hər halda böyüklər bu gün üçün əməllər zikr etmişlər:
1. Qüsl etmək
2. Oruc. Bu gün ilin dörd günündən biridir ki, həmin günlər oruc tutmağın böyük savabı vardır.
İmam Sadiq (ə)-dan rəvayətdir ki, bu gündə oruc tutan kəsə Allah 70 ilin orucunun savabını verər.
3. Çoxlu salavat göndərmək
İmam Sadiq (ə): "Bu gündə oruc tut və Muhəmməd və onun ailəsinə çoxlu salavat göndər".
4. Peyğəmbər və Əli (ə)-ı ziyarət etmək
5. On iki rukətli namaz
Rəyyan bin Salətdən nəql olunur ki, imam Məhəmməd Nəqi (ə) Bağdadda olanda rəcəb ayının ortası və 27-ci günü oruc tutdu və buyurdu ki, 12 rukət namaz qılaq (hər iki rukətə bir salam), hər rukətdə 1 dəfə "Həmd""Surə" oxumaq. Namazlardan sonra "Həmd", "Tovhid", "Fələq", "Nas" surələrinin hər birini 4 dəfə oxumaq. 4 dəfə belə de:
لا اِلـهَ اِلاَّ اللهُ واللهُ اَکْبَرُ، وَسُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ
"Lə iləhə illəllahu vəllahu əkbər və subhənəllahi vəlhəmdulilləhi və lə həvlə və lə quvvətə illə billəhil əliyyil əzim"
4 dəfə:
اَللهُ اَللهُ رَبِّى لا اُشْرِکُ بِهِ شَیْئاً

"Allahu Allahu rəbbi uşriku bihi şəyən"

Bu gündə Salmanın namazını qılmaq, həmçinin oruc tutmağın çox savabı var. İmam Rza (ə) buyurur: "Hər kəs rəcəbin axırıncı günü oruc tutsa Allah onun günahlarını bağışlayar".

Allah bütün dua və ibadətlərinizi qəbul etsin, inşallah!


Rəcəb ayının bəzi müstəhəb əməlləri


Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:SolniShko
Şərhlər : 7    Baxış: 34891
Tarix: 27-05-2015, 23:24

0 Bəyənməyib

Saytdakı şərh sayı: 1900
Saytdakı xəbər sayı: 159

#7 Uxxx Ti

25 noyabr 2015 00:50 | Qeydiyyat Tarixi: 30.08.2015
Allah razi olsun...)oxudum azda olsada






Mikro Blok: Ən вaнaLı MaкiyaJım güLüşümdü :)
Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#6 Prenses93

22 noyabr 2015 22:58 | Qeydiyyat Tarixi: 12.09.2015
cox tesekkurler


Mikro Blok:
Saytdakı şərh sayı: 705
Saytdakı xəbər sayı: 63

#5 Miss Ağali

18 oktyabr 2015 22:35 | Qeydiyyat Tarixi: 28.09.2015
tesehkurler paylasimcun






Mikro Blok:
Saytdakı şərh sayı: 1355
Saytdakı xəbər sayı: 95

#4 .::AliCe::.

25 avqust 2015 17:16 | Qeydiyyat Tarixi: 2.08.2015
Allah Razı olsjn .saol xəbər üçün.






Mikro Blok: oɴυ вoş veʀ,вυɴυ вoş veʀ, -вoş veʀə-veʀə çüʀüdüм αʀтıq..!
Saytdakı şərh sayı: 3026
Saytdakı xəbər sayı: 70

#3 menim meleyim

2 iyun 2015 13:26 | Qeydiyyat Tarixi: 29.04.2015
ALLAH RAZI OLSUn


Mikro Blok:
Saytdakı şərh sayı: 945
Saytdakı xəbər sayı: 235

#2 ::Sirin AyanKa

28 may 2015 16:15 | Qeydiyyat Tarixi: 30.04.2015
Allah Razı Olsun..)))!).


Mikro Blok: doze .bilmirem!
Saytdakı şərh sayı: 614
Saytdakı xəbər sayı: 129

#1 SolniShko

27 may 2015 23:59 | Qeydiyyat Tarixi: 1.05.2015
Buyrun.......






Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251690
Şərhləri:: 4057
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42493
Şərhləri:: 1495
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39613
Şərhləri:: 2170
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 34
_DELI_QIZ_
Şərh sayı: 23
Я..
Şərh sayı: 14
Rihanna
Şərh sayı: 6
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 6
Moonlight
Şərh sayı: 6
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
Nakam Sevgim
Şərh sayı: 3
milawkam
Şərh sayı: 3
Seninem.az.li
Şərh sayı: 1
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2429 İstifadəçimiz Var!