Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1500
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1361
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 660
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 492
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 342
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 8/1368
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 7/414
_DELI_QIZ_
Xəbər sayı: 2/3
Kimsesiz_Hisler
Xəbər sayı: 2/11
Emrah Babayev
Xəbər sayı: 2/48
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
Reklam
Sayğac


 
Donuz əti niyə haramdı?

Qurani-Kərimdə donuz ətinin haram olması ilə əlaqədar bu ayələr vardır: “O (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqası adına kəsilən heyvanın ətini haram etmişdir. Kim naəlac qalarsa, həddi aşmadan bunlardan yeməsində günah yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!”[1] “Maidə” surəsinin üçüncü ayəsində də donuz ətinin haram olması xəbər verilir. Altmışıncı ayəsində isə belə buyurulur: “De: “Allah yanında cəza etibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır!”[2] “Ənam” surəsi 145-ci ayədə və “Nəhl” surəsi 115-ci ayədə Uca Allah haram olan şeylər arsında donuz ətinin də adını çəkmişdir.

Donuz ətinin zərərləri

Haqqında nəcisul-ayn (tam murdar) hökmü olan bir heyvana “faydalıdır” demək, onda fayda axtarmaq doğru deyildir. Donuz ətinin zərərləri tibbi baxımdan da müəyyən edilmişdir. Numan İgidər “Sızıntı” jurnalında çıxan məqaləsində yazır: “Ottava Universitetinin tədqiqatçıları donuz ətinin yeyilməsi ilə xroniki xəstəlik olan qaraciyər sirrozu arasında əlaqə olduğunu müəyyən ediblər.

On altı ölkənin donuz əti, iribuynuzlu heyvan əti, yağ və spirtli içki istehlakı ilə bağlı statistik məlumatları araşdıran alim­lər donuz ətinin insanı qaraciyər sirrozuna yoluxdurduğunu müəyyən etmişdir.

Tədqiqatı aparan dr. Amiri Nanji və dr. Samuel Frans müəy­yən etmişdir ki, donuz əti ilə spirtli içki qəbul etdikdə sirroza tutulma təhlükəsi daha da artır. Əksinə iribuynuzlu heyvanların ətində belə fəsadlara rast gəlinməmişdir.

İsveçrə, Norveç və Finlandiya kimi ölkələrdə sirrozdan ölüm halları adambaşına düşən donuz əti istehlakı ilə birbaşa əla­qəlidir. Həmçinin Kanadada da sirrozdan ölüm halları spirtli içki ilə yox, məhz donuz ətinin istehlakı ilə əlaqədardır.

Tədqiqatçılar donuz ətinin sirroza necə səbəb olmasının, sirrozu necə ağırlaşdırmasının bir sirr olaraq qaldığını deyirlər. Lakin sirrozdan ölüm hallarının yeyilən donuz ətinin miqdarı ilə birbaşa bağlı olması məsələsində həmfikirdirlər.

Donuz ətinin sağlamlığa bir çox zərəri vardır. Bu zərərlər keçmişdə olduğu kimi, görülən tədbirlərə baxmayaraq, bu gün də aktualdır. Hər şeydən əvvəl donuz fermalarda, təmiz yerlərdə saxlanılsa da, öz nəcisini yeyir. Həm nəcisini yediyinə, həm də bioloji xüsusiyyətlərinə görə, digər heyvanlarla müqayisədə daha çox anticism ifraz edir. Donuz digər heyvanlarla və insanla müqayisədə yüksək dozada böyümə hormonu ifraz edir. Bu yüksək dozalı anticisimlər və böyümə hormonları donuzun or­qa­nizmində dövr edərək əzələ toxumasına keçib orada yığı­lır. Bundan başqa, donuz ətində həddən çox xolesterol və lipid (yağlar) vardır. Elm sübut edir ki, anticisim, hormon, xolestrol və lipidlərlə həddən artıq zəngin olan donuz əti insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Donuz əti (ətindən hazırlanmış məhsullar) ilə qidalananlar həddən artıq böyümə hormonları qəbul etmiş olur ki, bu da əvvəlcə bədəndə artıq çəkinin meydana gəlməsinə, sonra da bədənin deformasiyasına səbəb olur.

Üstəlik, donuz ətində tez-tez rast gəlinən “trişin” paraziti­ də insan sağlamlığı üçün həddən artıq zərərlidir. “Trişin” adlı bu parazit insan bədəninə daxil olandan sonra birbaşa ürək əzələlərində yerləşir. Müasir dövrdə trişin daşıyıcısı olan donuzlar texniki imkanlar vasitəsilə müəyyən edildiyi halda, keçmiş dövrlərdə belə bir şey mümkün deyildi. Buna görə də donuz əti yeyən hər kəsin trişin parazitinə yoluxma və ölümlə üz-üzə qalma təhlükəsi vardı. Göründüyü kimi, bütün bu səbəblər Rəbbimizin donuz ətini qadağan etməsinin bəzi hikmətləridir. Rəbbimizin əmri insanı hər şəraitdə sağlamlığa zərərli olan, ciddi fəsadlar doğuran donuz ətindən çəkindirərək xəstəliklərdən qoruyur.

XX əsrə qədər donuz ətinin insan sağlamlığına zərərlərini müəyyən etmək mümkün deyildi. Zərərləri müasir tibbi cihazlarla, bioloji testlərlə, elmi faktlarla aşkar olunmuş bu heyvanın ətinin cəmiyyətin mikrob, bakteriya, trişin, hormon, anticisim kimi anlayışlardan xəbərsiz olduğu bir dövrdə − VII əsrdə nazil olan Quranda qadağan edilməsi onun Allah-Təalanın kəlamı olduğunu göstərən möcüzələrdəndir.

Donuz ətindən istifadə edən bir restoranda yemək yemək olar?

Qeyri-müsəlman ölkələrdə yaşayan müsəlmanlar üçün ən həssas mövzulardan biri də budur. Harada yaşamağımızdan asılı olmayaraq, halal olduğunu dəqiq bildiyimiz qidaları yeyə bilərik. Dolayısilə, əgər haram olan donuz əti ilə qoyun, inək əti eyni mətbəxdə bişirsə, bu kimi hallar ortaya çıxa bilər:

1. Bu yeməklər hazırlanarkən ola bilsin ki, donuz əti və dana əti eyni bıçaqla doğranır.

2. Ola bilsin ki, ətlər eyni tava və qazanda bişirilir.

3. Restoran sahibi donuz ətindən istifadə məsələsində narahat olmaya, daha ucuz başa gələn donuz ətindən istifadə edə bilər.

Buna görə də belə yerlərdə yemək yemək doğru olmaya bilər. Bununla yanaşı, bir müsəlmanın halallığına əmin olmadığı yer­lər­də yemək yeməyib, halal olan yerə – uzaq da olsa – getməsi bir ibadətdir. Allahın razılığını düşünərək göstərdiyimiz bu cür həssaslıqla, inşallah, mükafat qazanacağıq. Əsas məsələ şübhəli şeylərdən qaçmaqdır.

Donuzdan (ətindən, dərisindən, tükündən və s.-dən) hazırlanmış əşya və maddələrin istifadəsi halaldırmı?

Bu məsələ daha çox kosmetika ilə əlaqəlidir. Bir maddə və ya əşyanın caizliyinin əsas şərti tərkibində donuz yağı, spirt kimi İslamda haram buyurulan maddələrin olmaması və dəstəmaza, qüslə maneə törətməməsidir. İstifadə edilən əşyaların tərkibi, nədən hazırlanması çox mühümdür. Bir əşya və maddənin necə hazırlanması haqqında dəqiq məlumatımız yoxdursa­ və tər­ki­bində donuza aid bir maddənin olma ehtimalı varsa, haramdan qorunmaq üçün ondan istifadə etməməli, araşdırıb halalını tapmalıyıq. Sevgili Peyğəmbərimiz insan və donuz dərisindən başqa, bütün heyvanların dərisindən aşılandıqdan sonra istifadənin halal olduğunu buyurur. Buna görə də əgər çanta, ayaqqabı, dəri gödəkçə kimi əşyalarda donuz dərisindən istifadə olunubsa, onları işlətmək caiz deyildir. Bu kimi əşyaların toxunduğu digər paltarlar da yuyulmalıdır ki, namaz qılmağa mane olmasın.

Donuz tükündən hazırlanmış diş fırçalarını,saç daraqlarını istifadə etmək olar?

Zəruri hallarda tikiş üçün donuz tükündən istifadəyə icazə verilsə də, ideal mömin bunlardan da uzaq olmalıdır. Yuxarıda vurğuladığımız kimi, haramdan qaçınmaq da bir ibadətdir. Təraş və diş fırçalarının hazırlanmasında ucuz və asan tapılan donuz tükündən daha çox istifadə edilir. Hər şeydən əvvəl, firmalar istehsal etdiyi məhsulun üstünə “Donuz tükündən hazırlanmamışdır” qeydini yazmalı və bu məsələyə ciddi yanaşmalıdır. Və unutmamalıdırlar ki, yanlış məlumat yazıb müştərini aldatsalar, axirətdə bu əməllərinə görə cavab verməli olacaqlar. Donuz tükü, əsasən, bir kökdən bir neçə tükün çıxmasından bilinir. Belə fırçalar at tükündən hazırlanmış fırçalardan xeyli ucuzdur.

[1] “Bəqərə” surəsi, 2/173

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Şərhlər : 3    Baxış: 52722
Tarix: 4-05-2016, 16:43

0 Bəyənməyib

Saytdakı şərh sayı: 1046
Saytdakı xəbər sayı: 133

#3 Göz_Yaşı

5 may 2016 15:07 | Qeydiyyat Tarixi: 22.02.2016
Oxudum məndə eşitmişdim ki donuz əti haramdı Allah Razı Olsun






Mikro Blok:
Saytdakı şərh sayı: 973
Saytdakı xəbər sayı: 90

#2 _::AşK MeVSiMi::_

4 may 2016 21:05 | Qeydiyyat Tarixi: 5.09.2015
Biraz oxuya bildim.Allah razi olsun!






Mikro Blok: Qαdıɴ Öтəʀi Həvəs Deyiʟ, - Lαyiq Oʟαɴα Nəfəsdi.Beybi
Saytdakı şərh sayı: 626
Saytdakı xəbər sayı: 19

#1 MisS_

4 may 2016 18:05 | Qeydiyyat Tarixi: 26.04.2016
Oxuya bilmədim rəngi gözümü ağrıtdı.ama yenədə təşəkkürlər


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251668
Şərhləri:: 4053
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42493
Şərhləri:: 1495
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39613
Şərhləri:: 2170
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 32
_DELI_QIZ_
Şərh sayı: 21
Я..
Şərh sayı: 10
Moonlight
Şərh sayı: 6
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 6
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
milawkam
Şərh sayı: 3
Nakam Sevgim
Şərh sayı: 2
Rihanna
Şərh sayı: 2
Ona mexsuz
Şərh sayı: 1
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2428 İstifadəçimiz Var!