Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
yuklenir...
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1648
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1005
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 675
..::Рианна::..
ICQ: 999
Forum şərhi: 609
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 355
❥SeKeRciK...
ICQ: Yoxdur
Forum şərhi: 314
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
V_L
Xəbər sayı: 35/765
Я..
Xəbər sayı: 27/1515
LeYLa^_^
Xəbər sayı: 12/88
AgLaMa_GoZlErIm
Xəbər sayı: 12/119
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 7/489
Miss_Vampirka
Xəbər sayı: 6/349
plagiat.94
Xəbər sayı: 2/2
anar2012
Xəbər sayı: 1/25
Yaqubzade
Xəbər sayı: 1/1
ღɴαrιɴ_yαɢιѕнღ
Xəbər sayı: 1/981
Reklam
Sayğac


 
Günahkar dünyada heç kəsin günahı yoxdur

Yer kürə formasındadır. Daim fırlanır. Davranış və hərəkətlərində narsistlik əlamətləri müşahidə olunur. Nə təhər özünə vurulubsa bir yerdə qərar tuta bilmir, başı gicəllənir. Bu gedişlə çətin ki, dayana. Zatən dayansa axırımız olacaq. Dayanmayacaq. Bizə görə yox, özünə görə. Narsizmdən əziyyət çəkir. Nə qədər ki başı öz xəstəliyinə qarışıb, dayanmayacaq. Deməli, bu cəhətdən özümüzü şanlı hesab edə bilərik, yaxud bilərdik. Dünənə qədər. Çünki, günümüzdə bu xəstəlik artıq biz insanlara da sirayət edib. Birbaşa da olmasa dolayı yolla. Xüsusən insanın özü haqqında informasiya vermək imkanının bol olduğu müasir dövrdə.

Cəmiyyət sürətlə dəyişir. O cəmiyyətdə yaşayan insanlarda. O insanların daxili ruh halı da sürətlə dəyişir. Sadəcə bu dəyişmə o dəyişmədən deyil. Bu dəyişmə uşaq vaxtı bir yerdə fırlanıb sonra dayanıb, başımızın gicəlləndiyindən "zövq” aldığımız gicəllənməyə oxşayır. Ürək bulanma verir. Analogiyanı başqa formada da aparmaq olar; yaxşı yeyib-içəndən sonra baş fırlanması kimi. Sadəcə etik olmadı deyə detallı yazmadıq. Ancaq doğrudan adamın ürəyi bulanır. Informasiya çoxluğundan, insanların laqeydliyindən, özgələşməyindən, yadlaşmağından. Bəli, informasiya bizi işğal etdi. Istəmədən onun köləsinə keçirildik. Sosial şəbəkədə, internetin özündə belə daim yeni nələrsə eşitmək istəyirik, gözləyirik. Öncələrdə bunu məqsədli şəkildə, nəyisə öyrənmək üçün edirdiksə, bugün internet özü bunu sənə istədiyi formada, hazır şəkildə təqdim edir. Sənə isə o informasiyanı sadəcə beyninə yükləmək qalır. Istəməsək belə reallıq budur. Ruh halın pozulur, yaxud yaxşı olur. Bizə yalnız ona "münasibət” bildirmək qalır. Əslində baş verənlər bizə primitiv, dayaz bir hadisə kimi görünə bilər. Ancaq inanın həqiqət elə özü bu dayazlıqdadır. Görürük, ancaq özümüzü görməmizliyə qoyuruq. Heçnə olmamış kimi davranırıq. Özümüzdən başqa sanki hərkəs günahkardır. Bizdən başqa hərkəs pisdir. Ramiz Rövşənin bir şerində deyildiyi kimi;

Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.......
Hamı günahkardır dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdur.


Bir deyim var; "Axırımız necə olacaq?” Hər şey sürətlə keçir. Tutub saxlamaq olmur. Deyirik, gülürük, ağlayırıq, əsəbiləşirik. Kənardan baxan olsa, kütləvi psixozdan əziyyət çəkdiymizi də düşünə bilərlər. Şəhərdə müşahidə kameralarının özünü müşahidə edənlər bu durumu yaxşı anlayacaqlar.

Ətrafımızda bütün baş verənlər bizdən bir daha ruh halımızı sağlam saxlamağı tələb edir. Insanın tapındığı dəyər olmalıdır. Elə bir dəyər ki, ona inanıb yaşaya bilsin. Həyat hər addımda düşüncəmizə əks arqumentlər qoyur. Bəlkə bunu biz özümüz edirik, sadəcə məsuliyyəti həyatın, başqalarının üzərinə atırıq. Inanmaq istəyirik; sevdiklərimizə, dəyər verdiklərimizə, hər şeyə. Tutub saxlamaq istəyirik. Sürüşür, axıb gedir. Hara qədər? Bilinmir. Bütün hallarda doğru bildiklərimizə, insana, insanlığa ziyan verməyən şeylərə inanmağımız lazım. Önəmli olan inanmaqdır. Təəsüf ki, bugün insanı daha çox şübhələri, qorxuları idarə edir. Insan nəyəsə tapına bilmir. Istər mənəviyyat, istərsə də yaşamla bağlı ziddiyətli fikirlər hər zaman olub. Problem bütün zamanlarda olub. Istər mənəvi, istərsə də maddi baxmından.

Ailə, problem hər zaman olub. Sadəcə insanlar problem həll etməyə, onu aradan qaldırmağa, bu mümkün olmadıqda ən azında susmağa çalışırdılar. Bugün isə "Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı”nın şahidi oluruq. Dünən gizli etdiyimizi, bugün aşkar edirik, dünən içimizdə sevdiklərimizi, bugün aşkar sevirik. Insan psixologiyası mürəkkəbdir, ziddiyətlidir. Yazıldığı qədər də yazılmayan, araşdırılmayan kifayət qədər istiqamətləri var. Insan hər şey düşünə, xəyal edə bilər. Yetər ki, zərərli olmasın, kimsənin həyatına zərər verməsin.

Fərqlənmək istəyi az qala axırımıza çıxıb. "Like” lardan asılı qalmışıq. Daha çox təəcübləndirmək istəyirik, təəcüblənmək istəyirik. Nəticədə hər sahədə ifrat yanaşma ortaya çıxır. Qatil də qəddardır, sevən də, sevilən də. Orta xətt sanki itib. Sevəndə də dəli kimi sevirik, ayrılanda da...

İnsan xoşbəxt olmaq istəyir. Nəzərə almaq lazımdır ki, "xoşbəxtlik” insanın tələbatlarının ən optimal dərəcədə ödənilməsi ilə bağlı bir etik kateqoriyadır. Insan idealı axtarır. Bu elə bir haldır ki,bütün imkanların gerçəkləşmiş olur. Insan özünü axtarmalıdır. Özünü axtaran insan xoşbəxtliyi də tapmış olar, bəxti xoş olur.


Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Я
Şərhlər : 3    Baxış: 29699
Tarix: 30-06-2015, 12:50

0 Bəyənməyib

Saytdakı şərh sayı: 117
Saytdakı xəbər sayı: 4

#3 Sweet_Angel

3 mart 2016 02:16 | Qeydiyyat Tarixi: 27.02.2016
axira qeder oxumadim.cox sagol xebere gor

Tesekkurler...


Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#2 VaGuE

2 mart 2016 18:46 | Qeydiyyat Tarixi: --
Hamı günahkardır dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdur.


bu cümlələri bəyəndim,çox saq ol)


Mikro Blok:
Saytdakı şərh sayı: 3034
Saytdakı xəbər sayı: 70

#1 menim meleyim

30 iyun 2015 15:26 | Qeydiyyat Tarixi: 29.04.2015
hovselem catmadi axira qeder oxuyam.cox sagol xebere gore


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 287195
Şərhləri:: 4235
V_L
Xalları: 87314
Şərhləri:: 258
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 58511
Şərhləri:: 118
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 54215
Şərhləri:: 2242
Fatmanur
Xalları: 52371
Şərhləri:: 471
кαмкα
Xalları: 44386
Şərhləri:: 1526
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
Miss_Vampirka
Xalları: 37944
Şərhləri:: 1069
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Reklam
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
LeYLa^_^
Şərh sayı: 27
Я..
Şərh sayı: 20
papat_ya
Şərh sayı: 14
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 11
AgLaMa_GoZlErIm
Şərh sayı: 8
Miss_Vampirka
Şərh sayı: 6
V_L
Şərh sayı: 4
_SWEET_
Şərh sayı: 4
Ferqane.001
Şərh sayı: 3
_RengaReng_
Şərh sayı: 3
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2592 İstifadəçimiz Var!