Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1489
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1345
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 660
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 492
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 341
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 7/1367
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 3/410
_DELI_QIZ_
Xəbər sayı: 2/3
Kimsesiz_Hisler
Xəbər sayı: 2/8
Emrah Babayev
Xəbər sayı: 2/48
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
Reklam
Sayğac


 
Cavabsız sevginin nəticəsi..


Ətrafdan keçənlərə gülümsəyəndə mülayim simaları görmək insanın əhvalını yüksəldir… Kiməsə SMS yazanda cavab almaq səni sevindirir… Etdiyin hansısa gözəl jestə qarşılıq görməyəndə isə narahat olursan. Ən pis hal isə sənə vacib olan hisslərinin həyatda cavabsız qalmasıdır. Narahatlıq, küsülülük, qəzəb – bütün bunlar boğazına tıxanıb, səni nəfəs almağa qoymur. Və düşünürsən ki, əgər sən bu insana lazım deyilsənsə, demək, heç kimə lazım deyilsən. Cavabsız sevgi ilə necə yaşamalı?

Sən eşqə düşmüsən
Uzun müddətdir ki, sevgilin yox idi. Heç kimi bəyənmirdin. Amma qəfildən kiməsə aşiq oldun. İndi sən anlayırsan ki, «sevən kəsin dincliyi yoxdur» ifadəsi heç də məcazi mənada deyilmir. İndi sən saatlarla səhər nə geyinəcəyini düşünürsən, onu görüb-görməyəcəyin isə heç məlum da deyil. Saatlarla Facebook-da onun səhifəsini axtarır, yeni məlumatlar əldə etməyə çalışırsan. Tək qalanda eyvana çıxır, saatlarla ulduzlara baxır və xəyalar qurursan. İndi sən dərslərinə və ya işə uyğunlaşa bilmirsən. Ondan başqa heç nə haqqında danışmaq istəmirsən. İndi sənin hər nəfəsin, addımın, hərəkətin odur: sevgi. Amma nədənsə, sevgin cavabsız qalıb.

Məsləhət: «Sevməyə davam etməli, yoxsa unutmalı»?
«Bəlkə mən onun xoşuna gəlirəm? Bəlkə o, məni heç bəyənmir? Bəlkə nə vaxtsa bəyənər?» - düşüncələri səni məhv edir. Əlbəttə, bu düşüncələr depressiyaya düşməkdən yaxşıdır. Amma əgər sevgin indi cavabsızdırsa və onun reallaşacağına ümidin yoxdursa, onda bu sevgini unutmaq ən yaxşı variant olar. Cavabsız sevgi həm insanı depressiyaya salır, həm də həyatına mane olur. «Onu unutmaq bu qədər asan deyil» fikirlərinə qapılma. Uzun müddətdir aludə olduğun bu haldan xilas olmaq üçün başını seriallara baxmaqla, rəfiqələrinlə harasa getməklə qata bilərsən. Əmin ol, bir gün sən də qarşılıqlı sevgi yaşayacaqsan.

Heç nə baş vermir

Əslində, münasibətləriniz çox yaxşıdır. Amma siz sevgili yox, dostsunuz. O sənə dost gözü ilə baxa bilər. Sənin içində ona qarşı sevgi hissləri var. Vaxt keçir, hisslərin daha da alovlanır. Onun qəlbində isə nələr baş verdiyi hələ də sənə məlum deyil. Səbrlə gözləyirsən, görəsən, o nə vaxt sənin məhz onunçün yaradıldığını anlayacaq? Əminsən ki, o, həqiqətən də sənin ikinci yarındır, siz mütləq bir yerdə olmalısınız.

Məsləhət: «Delete» düyməsini bas
Ola bilsin ki, sən əvvəllər hisslərini gizlətməyə çalışırdın. Bilirdin ki, o, heç vaxt ilk addım atmayacaq. İndi isə hisslərini gizlədə bilmirsən. Elə düşünürsən ki, bunları biləndən sonra o, sənə yaxınlaşacaq və həqiqətən də sevgi münasibəti qurmaq istədiyini deyəcək. Amma ümidlərin boşa çıxır. İndi bu cavabsız hisslərindən xilas yolunu düşün. Sadəcə, onu bir neçə həftə görməməyə çalış. Uzaq bir yerə gəzməyə get. Həmişəki mühitdən kənarlaş. Keçmiş həyatını, düşüncələrini tamamilə silməyə çalış. Beləcə, tezliklə həqiqətən də səni sevən biri ilə qarşılaşacaqsan. Ən əsası isə sənə sevgi etirafı edənlər arasından birini seçmək imkanın olacaq.

Lazımsız sevgi

Çoxdandır sevgilisiniz. Amma onun hərəkətləri, sənə qarşı münasibəti sevmədiyini göstərir. O, saatlarla «Facebook»da oturur, sənə isə bir «salam» da yazmır. Başqa qızlara təriflər yağdırdığı halda, sənin zənglərinə isə cavab da vermir. Şübhələnirsən: yəqin onun həyatında artıq başqa biri var?! Ona ayrılmaq istədiyini bildirəndə isə səni getməyə qoymur. Bir-iki gün münasibətiniz yaxşı olur, onun davranışları müsbət tərəfə dəyişir, artıq hər şeyin yolunda getdiyini düşünməyə başlayırsan. Bir müddət sonra isə hadisələr yenidən təkrarlanır: soyuqluq, diqqətsizlik və xəyanətlər… O, səni çox yaxşı insan hesab etdiyini deyir. Amma bununla yanaşı onun ürəyi titrəmir. Görüş isə… Bu, yalnız onun görüşməyə heç kəsi tapmadığı halda baş verir. Görəsən, bütün gücünü lazımsız sevgiyə sərf etməyə dəyər?

Məsləhət: Bəli, bu, mümkündür
Ürək sevgi ilə dolanda onun cavabsız qalacağını ağlına belə gətirmirsən. «Onun xoşuna gəlirsən, yoxsa yox?» düşüncəsi günlərlə beynindən çıxmır. Amma qəbul etməlisən ki, sevgi həqiqətən də dərin hisslərdir və o da cavabsız qala bilər. Qəbul etmək lazımdır ki, sevgini ilk addımdan tapmaq hamıya qismət olmur. Əsl sevgini tapmaq səhvlərdən və yanlışlıqlardan sonra mümkündür. «Söz vermək – evlənmək demək deyil» filminin qəhrəmanı Aleksin sözlərini xatırla: «Əgər kişi hansısa qadını bəyənirsə, onunla birlikdə olmaq üçün əlindən gələni də, gəlməyəni də edəcək». Əgər onun sənə qarşı olan hərəkətlərinin məcburi olduğunu görürsənsə, özündə onun qərarsızlıqlarına cavab axtarmağa çalışma. Fikirləşmə ki, sən gözəl deyilsən: hətta zövqüncə olmağı belə düşünmə. Və ya… Onun işi çoxdur, sənə vaxt ayıra bilmir… Bunlar hamısı bəhanələrdir. Sənin getməyinə imkan verməməsinin səbəbi isə onun özünəgüvənməməyidir. O, sənin sevginlə güc alır, sən həyatda ona dəyər verən yeganə qadınsan. Səni itirsə, özünü lazımsız əşya kimi hiss edəcək. Buna görə də onun səndən istifadə etməsinə imkan vermə. Onun həyatının sevgisini tapmasını gözləməkdənsə, özünə yeni sevgi tapmaqla məşğul ol.

Gərəksiz sevgi

Onu ilk görəndə səni əsməcə tutmağa başladı: yəqin ilk baxışdan məhəbbət elə budur… Onu tanıyandan dincliyini unutmusan. Dəfələrlə onun e-mail ünvanının parollarını sındırmağa çalışmısan. Hətta gələcək uşaqlarınızın adını, qocalanda harada yaşayacağınızı da planlaşdırmısan. Amma bir şeyi unutmusan: onun sənə qarşı hissləri ciddidir? Ətrafındakı insanların onun haqqında mənfi fikirlərinə aqressiv yanaşırsan. Bütün bunları gələcək xoşbəxtliyinə maneə kimi görürsən. Onu pisləyən hər bir kəsdən uzaqlaşmağı düşünürsən. Bu da azmış kimi, sən bütün qürurunu və fərdiliyini itirirsən. Səncə, cavabsız hisslər bu qədər itkiyə dəyərmi?

Məsləhət: O, nəyə lazımdır?
«Yalnız sevən yaşayır» ifadəsini yəqin ki, eşitmisən. İnsan sevəndə ətrafda hər şeyi başqa cür görməyə başlayır: mehriban olur, hadisələrə müsbət tərəfdən baxır, gördüyü hər işdə bir məna axtarır… Oxumaq, işləmək, bəzənmək və gəzmək üçün stimul yaranır. Bütün bunlara görə, gələcəyini məhv etmə. Ondan əl çəkməkdən qorxursan. Amma cavabsız sevgi sonda səni lap çox incidəcək. Unutma: dahi insanlar sevgidən ilham alıb əsərlər, şeirlər yazırmışlar. Sən də sevgidən ilham ala bilərsən. Amma hazırda yaşadığın bu hisslər sənin məhvinə səbəb olur. Onu unutmaq üçün depressiyaya düşmək də lazım deyil.

Yoruldum, sevgi istəyirəm!
Hərdən, həyatında həqiqi sevdiyin bir insanın olmamasından şikayətlənirsən. Hər dəfə kimisə sevməyə cəhd edəndə uğursuz son səni özündən çıxarıb. «Mən artıq hər şeyi başa düşürəm. Artıq hər şeyi öyrənmişəm» düşüncələri səni yorub. Sənin hisslərini başa düşmək o qədər də çətin deyil, axı sən də əsl sevgi hisslərinin qarşılıqlı olmasını yaşamaq arzusundasan. Qəlbində soyuq qış şaxtasıdır. Bütün bunlar səni «tezliklə sevgilim olmalıdır» düşüncəsinə yönəldir. Görəsən, tənha qalmamaq üçün atılan addım uğurlu alınacaqmı?

Məsləhət: Qətiyyən olmaz!
Sadəcə, əyləncə üçün kiminləsə münasibət qurmağa çalışma.
Əyləncəli gecə partilərinə qoşularaq təsəlli tapma.
Depressiyaya düşüb, başını balışdan qaldırmamaq, işlərini ləngitmək kimi hərəkətlər etmə.
Kiməsə acıq vermək məqsədilə davranma.
İmicini dəyişərək bəyəndiyin oğlanın diqqətini cəlb etməyi düşünmə. Sən olduğun kimi gözəl görünə bilərsən.
Başqasını incidəcək, ən əsası isə özünə ziyan verəcək bir addım atma.
Unutma: bir gün sən də yarını tapacaqsan. Ən vacibi odur ki, özünə olan inamını və güvənini itirməyəsən.
Bütün günü oturub, «niyə mən bu qədər bəxtsizəm?» deməkdən əl çək.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Şərhlər : 1    Baxış: 127167
Tarix: 15-07-2015, 15:28

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#1 Prenses93

8 noyabr 2015 14:49 | Qeydiyyat Tarixi: 12.09.2015
maraqliydi oxudum biraz cox sagol paylaşım üçün


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 243641
Şərhləri:: 4049
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46478
Şərhləri:: 104
кαмкα
Xalları: 42493
Şərhləri:: 1495
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 31584
Şərhləri:: 2167
..::Sirin AyanKa..
Xalları: 29283
Şərhləri:: 945
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 22
_DELI_QIZ_
Şərh sayı: 20
Moonlight
Şərh sayı: 6
Я..
Şərh sayı: 6
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 3
milawkam
Şərh sayı: 3
Ona mexsuz
Şərh sayı: 1
Rihanna
Şərh sayı: 1
AgLaMa_GoZlErIm
Şərh sayı: 1
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2426 İstifadəçimiz Var!