Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1761
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1005
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 678
..::Рианна::..
ICQ: 999
Forum şərhi: 609
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 366
❥SeKeRciK...
ICQ: Yoxdur
Forum şərhi: 314
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 18/1622
Weher uWagi
Xəbər sayı: 5/18
Nightmare
Xəbər sayı: 5/5
_ULYA_
Xəbər sayı: 4/41
KuMsaL
Xəbər sayı: 3/3
1337
Xəbər sayı: 2/12
NAYS
Xəbər sayı: 2/60
Seymur Sonmez
Xəbər sayı: 2/63
LeYLa^_^
Xəbər sayı: 2/152
milashka66
Xəbər sayı: 2/2
Reklam
Sayğac


 
Baxmaq, görmək, anlamaq, anladığını yaşamaq


Təsəvvür edin ki, bir dəstə uşaq məktəbdən qaçır. Və siz də yolda onlarla rastlaşıb məktəbin, elmin nə qədər gözəl, gərəkli olduğunu izah edirsiniz. Onlar da hamısı bir səslə dediklərinizi təsdiq edirlər və söyləyirlər ki, elə sənsiz də bunları bilirik. Əgər siz "bir halda ki, bilirsiniz, daha məktəbdən niyə qaçırsınız?" - soruşsanız, hərəsi bir bəhanə gətirəcək. İndi özünüz düşünün: Elmin də, məktəbin də insan üçün çox böyük fayda gətirdiyini bilən şagird məktəbdən qaçırsa, onda elmin nə qədər gərəkli olduğuna inanmasından nə fayda?

İbadət də belədir. İnanmıram ki, bu gün yurdumuzun harasında olursa olsun, bir soydaşımızı yolundan saxlayıb Allah-Təala haqqında bir neçə şey soruşmaq istəsən, heç tərəddüd etmədən "Allaha da qurban olum, Onun kitabına da" deyəcək. Amma Allahın buyurduqlarını yerinə yetirmək məsələsi ortaya gələndə dərsdən qaçan şagird kimi bir şey uydurmağa çalışacaq.

Qurani-Kərim bütün elmlərin açarıdır. İnsan ağlının məhsulu deyil, Allah kəlamıdır. Bütün dərdlərin dərmanıdır. Biz bunu bilirik, amma nə edəsən ki, bu müqəddəs kitab bizə görə ancaq ölü üstündə yasin oxumaq üçündür. Təsəvvür edin ki, birisi xəstələnib və həkimin yanına gedir. Həkim də onun diaqnozunu müəyyənləşdirib resept yazır. Xəstə də həmin resepti cibinə qoyub evinə gedir və həmin reseptdən şəfa gözləyir. Müqayisə edin: cibdə gəzdirilən reseptin o xəstə üçün nə qədər faydası varsa, oxunmayan, kəlmə-kəlmə, hərf-hərf öyrənilməyən, hər sirrin açarı, hər dərdin dərmanı kimi bilinməyib bir küncdə saxlanan Qurani-Kərimin də bizə o qədər xeyri var.

Tez-tez ziyalılardan, ziyalılıqdan danışırlar. Və hətta bunun üçün xüsusi adamlar da var. Yazıçı, şair, alim, nə deyim daha nə kimi məziyyətlər, titullar daşıyan bu adamlar ziyalı etalonu kimi görünür, amma ekrandan millətin gözünün içinə baxa-baxa yalan danışır. Yalanı da elə qətiyyətlə, elə inandırıcı bir üslubla millətə sırıyır ki, adamın matı-qutu quruyur.

Efirlərə diqqət eləsəniz, hər gün neçəsini görə bilərsiniz. Danışığı yalan, baxışı yalan, yazdığı yalan, oxuduğu yalan, sevgisi yalan, nifrəti yalan, döşündə medalı, adının önündə titulu yalan, yalan oğlu. Yaltaq desən, beləsini günün günortasında çıraqla da tapa bilməzsən. Yalan danışandan ziyalı olmaz. Ziyalı olmağın iki şərti var: Bilmək və olmaq. Nəyi bilmək? - yaxşını yamandan, doğrunu yalandan, xeyri şərdən, haqqı nahaqdan ayıra bilmək. Bu işin birinci tərəfi. Amma əsas olan işin ikinci tərəfidir, yəni olmaq tərəfi. Yaxşı bildiyinin, doğru bildiyinin, haqlı bildiyinin tərəfində olmaq. İnanmıram ki, o qədər kitab oxuyan, diplomlar, titullar gəzdirə-gəzdirə kimin haqlı, kimin haqsız olduğunu bilməsin. Bilməyinə bilir, amma nə sərf eləyirsə onu danışır. Adı ziyalı özü ziyanlı. Haqqı nahaqqa satar, bir saat əvvəl öydüyünü bir saat sonra söyər; dəqiqənin, saatın diktəsini oxuyar; danışanda da yarınmaq istədiyini gözünün qarşısına gətirib danışar.

Baxmaq azdır, gərək baxdığını görə biləsən; görmək də azdır, gərək gördüyünü anlayasan; anlamaq da azdır, gərək anladığını həyatına tətbiq edəsən, bildiyini yaşayasan. İnsan doğru bildiyini yaşamırsa, ən yumşaq dillə desək, ikiüzlüdür. Bəşər tarixi haqla nahaqqın savaşından ibarətdir. Yaxın planda nahaq haqqa qalib gəlir, onu öldürür, amma geniş planda, yəni məsələni zamana yayanda məlum olur ki, heç də göründüyü kimi deyilmiş.

Ziyalı dediyin dava adamıdır, ölümünü gözə alıb zülmün üstünə yeriyəndir; ziyalı dediyin üç-beş günlük dünya həyatını deyil, əbədi səadəti istəyəndir; ziyalı dediyin özünə deyil, Allahına güvənəndir. Həqiqi ağıl o ağıldır ki, insanı həqiqi səadətə qovuşdurur, ötəri həyatı tutub, əbədiyə arxa çevirən ağıl qaçaq su kimidir. Kimsə belə beləsinə heyran ola bilər, amma sonu zərər olan bir şeyin nəyinə dəyər verəsən axı?

Quran məntiqi ilə çox şeylər öyrənən, amma öyrəndiyini həyatına tətbiq etməyən birisi kitab yüklü ulaq kimidir. Belində daşıdığı kitabın ulağa nə qədər faydası varsa, başında daşıdığı, amma həyatına köçürmədiyi, daha doğrusu, həyatının ortasına yerləşdirmədiyi elmin də insana o qədər xeyri var. Dərd orasındadır ki, bilənlər belə bildiklərini yaşamaq istəmirlər. Əlbəttə, hər şey fərqli-fərqli dəyərləndiriləcək, eyni cəza eyni suçu işləyən iki adama tətbiq edilməyəcək. Çünki bilən var, bilməyən var. Bir günahı bilə-bilə eləmək var, bir də bilmədən eləmək var. Bilməyən "Allahım, cahilliyimə bağışla" deyib sığınmağa bir yer axtaracaq. Bəs bilə-bilə eləyənlər neyləyəcək görəsən?

Baxmaq azdır, görməyi bacarmalıyıq; bilmək azdır, anlamağı və əməl etməyi öyrənməliyik. Uşaq elmin faydasını bildiyi halda dərsdən qaçırsa, xəstə yatağına uzanıb əlində tutduğu reseptdən çarə gözləyirsə, hər birimiz Allaha və Onun birliyinə inanıb, əmrlərini yerinə yetirmiriksə, demək, qarşıda hələ çox işlər durur.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Şərhlər : 4    Baxış: 18792
Tarix: 1-02-2016, 16:54

0 Bəyənməyib

Saytdakı şərh sayı: 2271
Saytdakı xəbər sayı: 515

#4 ღ ς Կαςτλหßαค ヅ

1 fevral 2016 18:11 | Qeydiyyat Tarixi: 21.01.2016
sozıerin her biri cox gozledi ve her biri ile raziyam ozelikle bu sozle İbadət də belədir. İnanmıram ki, bu gün yurdumuzun harasında olursa olsun, bir soydaşımızı yolundan saxlayıb Allah-Təala haqqında bir neçə şey soruşmaq istəsən, heç tərəddüd etmədən "Allaha da qurban olum, Onun kitabına da" deyəcək.






Mikro Blok:
Saytdakı şərh sayı: 41
Saytdakı xəbər sayı: 0

#3 Kate

1 fevral 2016 17:07 | Qeydiyyat Tarixi: 31.01.2016
Axıracan oxuya bilmedim.çox sağolun


Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#2 Bəy Oğlan :)

1 fevral 2016 17:02 | Qeydiyyat Tarixi: --
Paylaşım üçün təşəkkürlər maraqlıydı


Mikro Blok:
Saytdakı şərh sayı: 1072
Saytdakı xəbər sayı: 82

#1 Prosta Sirinka

1 fevral 2016 16:56 | Qeydiyyat Tarixi: 10.01.2016
Maraqlı xəbər üçün sağol)






Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 310503
Şərhləri:: 4323
V_L
Xalları: 101380
Şərhləri:: 280
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 61045
Şərhləri:: 126
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 58935
Şərhləri:: 2271
LeYLa^_^
Xalları: 53874
Şərhləri:: 328
Fatmanur
Xalları: 52371
Şərhləri:: 471
кαмкα
Xalları: 44401
Şərhləri:: 1531
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
Miss_Vampirka
Xalları: 38982
Şərhləri:: 1075
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
Reklam
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
KuMsaL
Şərh sayı: 149
Nightmare
Şərh sayı: 36
PiNe__APPLE
Şərh sayı: 27
-Anonim-
Şərh sayı: 19
_SWEET_
Şərh sayı: 17
1337
Şərh sayı: 16
Angel_Sema
Şərh sayı: 9
LeYLa^_^
Şərh sayı: 6
Kenann
Şərh sayı: 5
Я..
Şərh sayı: 4
Son şərhlər
Top şərh xəbər/ay

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2751 İstifadəçimiz Var!