Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1667
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1005
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 675
..::Рианна::..
ICQ: 999
Forum şərhi: 609
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 358
❥SeKeRciK...
ICQ: Yoxdur
Forum şərhi: 314
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
V_L
Xəbər sayı: 34/804
Я..
Xəbər sayı: 28/1549
LeYLa^_^
Xəbər sayı: 10/106
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 7/511
AgLaMa_GoZlErIm
Xəbər sayı: 5/126
Vusal-
Xəbər sayı: 3/10
_Joker_
Xəbər sayı: 3/3
Miss_Vampirka
Xəbər sayı: 3/353
Seninem.az.li
Xəbər sayı: 2/2
Gencliyim
Xəbər sayı: 1/20
Reklam
Sayğac


 
Niyə bəzi qəlblər daşdan da bərk olur?


Allah insanı gildən xəlq etmiş və ruhuna da Öz ruhundan üfürmüşdür. İnsanın ruh və cismini təkamülə çatmaq üçün bir vasitə qərar vermişdir. Bu ikisi bir-birindən ayrılmadan hidayət yolunu gedə bilər. Quşların iki qanadına bənzəyir ki, biri olmasa, uça bilməz. Ona görə də insanın həm cismi və həm də ruhu öz həqiqi inkişafına çatmalıdır. Hər biri inkişafdan qalsa, təkamül naqis olacaqdır. Qurani-Kərim insanın ruh və canından bəhs edən zaman qəlbinə işarə edir.

Ürək, qəlb elə bir bədən üzvüdür ki, bədənə qan ötürmə və bədəni qanla təmin etmə vəzifəsi onun üzərinə qoyulmuşdur. Onun əsl işi bədəni qanla təhciz etməkdir. Əgər bu üzv dayanarsa, insan həyatı təhlükəyə düşər.

Ancaq Quranda qəlb belə bir üzv kimi – ürək kimi tanıdılmamışdır. Quran qəlbdən söz açan zaman insanın can və ruhunu nəzərdə tutmuşdur. İnsan qəlbi kimi, ruhu da üç halda ola bilər: sağlam, xəstə və ölü.

Qəlbin əhəmiyyəti

Qəlb insanı ya hidayət edər, ya da yolundan azdırar. Həqiqətdə insanın varlığını təşkil edər. O, insanın haqqın lütfündən bəhrələnməsi və ya məhrum olmasında aparıcı rol oynayır. Bu qəlbdir ki, bədənə hökm edir, bütün pislikləri və yaxşılıqları kəsb edir.

"Allah sizi bihudə və boş yerə içdiyiniz andlara görə cəzalandırmayacaqdır. Lakin qəlblərinizin kəsb etdiyinə (həqiqi and içmək niyyətində olduğunuz şeyə) görə cəzalandıracaqdır. Allah çox bağışlayan və həlimdir”.
("Bəqərə” 225).

Başqa sözlə desək, insanın bütün işləri qəlbindən asılıdır. Nə hökm verərsə, onu da edər. Bütün əməl və rəftarlarımız qəlbimizin halından xəbər verir, onun diri və ya ölü olmasını büruzə edər. Bu ikitərəfli bir məsələdir. Bir tərəfdən qəlbimiz fikir və əməllərimizə təsir qoyur. Həmin əməldən hasil olan nur və ya zülmət də qayıdıb qəlbə təsir qoyar. Onu nurani və ya qaranlıq edər.

Qəlb haqla batili ayırar. Əgər bu üzv günaha batıbsa, işdən düşər və düzgün işləməz.

"De: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən odur. Lakin siz az şükür edirsiniz!»”.
("Mulk” 23).

Qəlb ona görə əhəmiyyətlidir ki, insanın hidayət və zəlalət yolunu təyin edər. Bu da qəlbin dünyadakı mərifəti kəsb etməyindən asılıdır.

İnsanın həqiqi həyatı ruhundan asılıdır. İnsan bədəni bir neçə on ildən sonra aradan gedər, ancaq ruhu cavidan qalar. Çünki ruh Allaha məxsusdur. Qiyamət günü ruhumuz mükafatlandırılar və ya cəzalandırılar.

Qəlblər xəstələnir

İnsan bədəni zəhərli maddələr qəbul edən zaman xəstələnər. Ruh da şəkk, şübhə, riya, dünya sevgisi ilə xəstələnər. İnsan qəlbində olan şəkk və şübhə, iman nurunu aradan aparar. Hər nə qədər şəkki artarsa, xəstəliyi də artar. Nəhayət bu nur sönər və qəlb ölər.

"Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır”.
("Bəqərə” 10).

Qəlb daşdan da möhkəm olar

Qəsavət - qəlb xəsətliklərindən biridir. Bu xəstəlik İlahi ayələrə diqqət etməməkdən əmələ gələr. Yerdə və göydə olanların hamısı Allahdandır. Hər şey Onun qarşısında baş əyir. Hətta daşlar belə Allaha itaət edərlər. Ancaq insan qəlbi itaətsizlikdən o qədər sərtləşər ki, Allah qorxusu onu hürkütməz.

"Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu”.
("Bəqərə” 74).

Qəlblər ölə bilir

İmam Əli (ə) buyurur: "Ey insanlar! Ölülərlə oturub-durmayın”. Bu hədisin şərhində buyurur ki, ölülər dedikdə o kəslər nəzərdə tutulur ki, ruhları Allaha itaətsizlikdən, vacibatları yerinə yetirməməyə və günaha görə ölmüşdür. Onlar yer üzündə gəzən diri ölülərdir. Onlar həyatdan həqiqi bəhrə almazlar.

"Həqiqətən (sənin dəvətinə) yalnız (kəlamı idrak və düşüncə ilə) eşidənlər (müsbət) cavab verərlər. (Bu üz döndərənlər isə ölüdürlər) və ölüləri Allah (Qiyamətdə) dirildəcək, sonra onlar (hesab aparılmaq üçün) Allah(ın hüzurun)a tərəf qaytarılacaqlar”.
("Ənam” 36).

Səlim qəlb

Səlim qəlb - o qəlbdir ki, hər cür xəstəlikdən uzaqdır. İmam Sadiq (ə) buyurur: "O qəlbdə ki, şirk və şəkk olar, süqut edər, dəyərsiz olar”.

Səlim qəlb o qəlbdir ki, dünya məhəbbətindən uzaq olar. İmam Sadiq (ə) "Şuəra” surəsinin 89-cu ayəsini təfsirində buyurur: "Bu, o qəlbdir ki, dünya sevgisindən amanda qalmışdır”.

Səlim qəlb - o qəlbdir ki, Allahdan başqa orada heç kəs olmaz. İmam (ə) başqa yerdə buyurur: "Səlim qəlb - o qəlbdir ki, Allahla görüşər, o halda ki, ondan başqa orada heç kəs olmaz”.

«O gün ki, malın və oğulların bir faydası olmayacaq». «Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!».
("Şüəra” 88-89).

Beləliklə, deyə bilərik ki, qəlbimiz bədənimiz üçün əhəmiyyətli olduğu kimi, ruhumuz və canımız üçün də çox əhəmiyyətli bir üzvdür. Qəlbimizi təmiz və pak saxlayıb, xəstələnməyə qoymayaq. Əks halda bizi cəhənnəmə apara bilər.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:mia
Şərhlər : 5    Baxış: 19140
Tarix: 2-03-2016, 15:02

0 Bəyənməyib

Saytdakı şərh sayı: 2263
Saytdakı xəbər sayı: 511

#5 ღ ς Կαςτλหßαค ヅ

2 mart 2016 20:22 | Qeydiyyat Tarixi: 21.01.2016
dini xeber ucun ALLAH rai olsun bazada olanda diqqetimi celb etmisdi






Mikro Blok:
Saytdakı şərh sayı: 3034
Saytdakı xəbər sayı: 70

#4 menim meleyim

2 mart 2016 19:20 | Qeydiyyat Tarixi: 29.04.2015
Yarisini oxudum gozel xeber idi hovselem olmadi ardinida oxuyam cox sagol paylawdigina gore


Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#3 .:SecreT:.

2 mart 2016 18:39 | Qeydiyyat Tarixi: --
Oxumadim..


Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#2 VaGuE

2 mart 2016 17:15 | Qeydiyyat Tarixi: --
"De: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən odur. Lakin siz az şükür edirsiniz!»”.

çox gözəl sözlərdi,təşəkkür)


Mikro Blok:
Saytdakı şərh sayı: 973
Saytdakı xəbər sayı: 90

#1 _::AşK MeVSiMi::_

2 mart 2016 16:28 | Qeydiyyat Tarixi: 5.09.2015
Gozel sozlerdi oxudum hepsini,ellerive saglixx.






Mikro Blok: Qαdıɴ Öтəʀi Həvəs Deyiʟ, - Lαyiq Oʟαɴα Nəfəsdi.Beybi
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 302482
Şərhləri:: 4274
V_L
Xalları: 101380
Şərhləri:: 280
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 61042
Şərhləri:: 125
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 58891
Şərhləri:: 2263
Fatmanur
Xalları: 52371
Şərhləri:: 471
кαмкα
Xalları: 44389
Şərhləri:: 1527
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
Miss_Vampirka
Xalları: 38967
Şərhləri:: 1070
LeYLa^_^
Xalları: 35422
Şərhləri:: 254
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
Reklam
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
SkolaDnaYa_PecenYa
Şərh sayı: 50
LeYLa^_^
Şərh sayı: 48
_SWEET_
Şərh sayı: 27
1337
Şərh sayı: 24
Ona mexsuz
Şərh sayı: 23
Я..
Şərh sayı: 19
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 11
AgLaMa_GoZlErIm
Şərh sayı: 10
Seninem.az.li
Şərh sayı: 8
ღɴαrιɴ_yαɢιѕнღ
Şərh sayı: 5
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2640 İstifadəçimiz Var!