Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1508
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1361
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 660
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 492
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 342
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 9/1370
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 7/414
Kimsesiz_Hisler
Xəbər sayı: 5/11
_DELI_QIZ_
Xəbər sayı: 2/3
Emrah Babayev
Xəbər sayı: 2/49
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
Reklam
Sayğac


 
Qırmızı rəng bizi necə cəzb edir? - SƏBƏBLƏRİ



Biz əcdadlarımız on min illər bundan əvvəl ilk dəfə əllərinə təbii rəngləri alıb, öz bədənlərinin şəklini çəkəndə beyinlərindən keçənləri bəlkə də heç vaxt bilməyəcəyik. Lakin bəlkə də ən əhəmiyyətlisi budur ki, onlar qanımızın rəngi, həyat və ölümün canlı yaddaşı olan qırmızı oxranı – qırmızı rəngi seçiblər. Bu gün Britaniya kraliçasının şahanə əlbisələrindən tutmuş, Amsterdamın gur qırmızı fənərli məhəlləsinədək – qırmızının çalarları bir qayda olaraq qüdrət, təcavüz və seksi simvolizə edir.

Elmin yeni sahəsi olan “rəng psixologiyası” aşkar edib ki, qırmızı rəng bizim əhvalımıza, düşüncə və hərəkətlərimizə güclü təsir göstərir. Qırmızı paltar geyinmək hətta sizin psixologiyanızı, hormonlarınızın balansını, futbol matçındakı oyununuzu təsirləndirə bilər. Elə isə qırmızının çalarları olan yaqut rəngini, al qırmızını belə təsirli edən nədir?

Xəbərdarlıq rəngi

Qırmızı rəng bizi necə cəzb edir? - SƏBƏBLƏRİ


Şübhə yoxdur ki, bizim qırmızını qavramamız təkamül tarixindəki mühüm hadisələrdən biri ilə bağlı olub. İtlər kimi bir çox məməlilər qırmızı ilə yaşıl arasındakı fərqi görmürlər. Lakin bizim erkən primat əcdadlarımız cəngəlliklərdəki həyata uyğunlaşarkən onların gözlərindəki buynuz qişasında qırmızı parlaq meyvələri yarpaqlardan fərqləndirə bilən hüceyrələr yaranıb.Bu təkmilləşmiş qavrama sonralar sosial xəbərləşmə sistemimizdə kara gəlib. Dərinin yaxınlığından keçən qan damarlarının bədənə verdiyi qırmızılıq bir çox primatlar üçün dominantlığın işarəsidir. Mandril meymunları bu mənada bəlkə də ən bariz nümunə ola bilərlər. Onların üzlərindəki və arxalarındakı parlaq rəng sərt tabeçilik sistemində fərdin mövqeyindən xəbər verir. Fərd nə qədər güclüdürsə, deməli o qədər də qırmızıdır.

Başqa fərdlərin rəqiblərinin gücünü bu şəkildə “oxuya” bilmələri, onları aşkar uduzacaqları döyüşlərdən çəkinməyə vadar edir. Lakin yalnız 2004-cü ildə Durham Universitetindən iki psixoloq – Russell Hill və Robert Barton insanların da eyni şəkildə davranıb-davranmayacaqlarını öyrənməyə başladılar. Əlbəttə biz Mandril meymunları kimi qırmızı rəng siqnallamasaq da, bəzən hirsimizdən alışıb yanırıq. Odur ki, qırmızı paltarlar müəyyən mənada aqressiya və dominantlıqla əlaqələndirilə bilər. Hill və Barton bu ideyanı tədqiq etmək yolları məsələsində vurnuxurdular, lakin 2004-cü ilin Olimpiya Oyunları onlara mükəmməl imkan yaratdı.

Qırmızı köynəkli qapıçıya qol vurmaq

Qırmızı rəng bizi necə cəzb edir? - SƏBƏBLƏRİ


Boks və taekvandu kimi təkbətək yarış növlərində idmançılar püşk yolu ilə ya qırmızı, ya da mavi formada çıxış edirlər. Alimlər məhz bu məqamdan istifadə etdilər. Onlar eyni idmançının hansı rəngi geyinəndə necə yarışdığına diqqət yetirdilər. Bu idmançıların nailiyyətlərini yarış boyu izləyən Hill aşkar edib ki, qırmızı rənglə çıxış edən idmançıların qələbə şansı 5 faizədək artıq olub. “Sadəcə olaraq qırmızı forma geyinmək səni əla idmançıya çevirmir – deyir Hill – lakin bu rəng qüvvələrin nisbi bərabərliyi şəraitində qələbə ilə məğlubiyyətin nisbətinə təsir göstərir”.

Bu “al rəngin araşdırılması” nəticəsində buna bənzər başqa eksperimentlər yer alıb. Məsələn futbolda 11 metrlik cərimə zərbələrinin vurulması tədqiq edilərkən bəlli olub ki, qırmızı geyinmiş qapıçıya qol vurmaq daha çətindir.

Cavan elm

Qırmızı rəng bizi necə cəzb edir? - SƏBƏBLƏRİ


Tezliklə rəng psixologiyası müstəqil və mötəbər elm sahəsinə çevrilib. Nyu York ştatındakı Rochester Universitetindən Andrew Elliot deyir ki, həmin araşdırmadan sonra rənglərə və onların mümkün effektlərinə maraq yüksəlib.Lakin müxtəlif təsirlərin səbəbləri hələlik müzakirə mövzusu olaraq qalır. Elliot diqqəti qırmızı rəngli forma geyinənlərin özlərini daha güclü hesab etdiklərinə və bunun onların ürək döyüntüsünə, testosteron hormonun artmasına səbəb olduğuna və daha yaxşı idman nəticələrinə imkan yaratdığına yönəldən elmi işlərdən danışır.

Qırmızı rəng mandrilləri öz qırmızısifət başçılarına yaxınlaşmaqdan qorxutduğu kimi, rəqibi də qorxuda bilər. “Əgər siz qırmızı rəng görürsünüzsə, öz zəifliyinizi, daha aşağı statusunuzu dərk edirsiniz” – deyir Elliot.

Qırmızı qalstuk uğur gətirir

Qırmızı rəng bizi necə cəzb edir? - SƏBƏBLƏRİ


Digər tərəfdən yarışda çox şey hakimlərdən asılı olur. Məsələn, bir alman komandası peşəkar hakimlərə göstərməzdən əvvəl taekvandu yarışlarının videosundakı idmançıların formalarının rəngini dəyişdirmişdi. Sadəcə olaraq rənglərin dəyişdirilməsi hakimlərin zərbələri hesaba almasını dəyişdirib. “Qırmızı geyinənlər bir qayda olaraq hakimlərin rəğbətini qazanırdılar” – deyir Hill.

İdman yarışları bir yana qalsın, eyni düşüncə tərzi kazinoda pul uduzmaqla nəticələnə bilər. Təcrübə göstərib ki, qırmızı poker kartları ilə oynayanlar mavi və ya ağ kartlarla oynayanlardan daha çox riskə gedirlər, çünki bu rəngdə kartlar qalib kartlar kimi görünür. Lakin qırmızı rəngin xeyir verdiyi məqamlar da var. Qırmızı rəngli paltar geyinənlər iş müsahibələrində daha yaxşı nəticə göstərirlər. Bəzi moda ekspertlərinə əsasən, qırmızı qalstuk nüfuz və dominantlığı təcəssüm etdirir.
Qırmızını ağ-qara fotoda da “görmək” olur

Qırmızı rəng bizi necə cəzb edir? - SƏBƏBLƏRİ


İdman nəticələrindən göründüyü kimi burada sirr həm qırmızı geyinəndə, həm də ona tamaşa edəndədir. Çox ağıllı bir eksperimentdə iştirakçılara adamların polis axtarış fotoları verilib. Bu fotolar ağ-qara olsa da, adamlar qəribə bir şəkildə qırmızı geyinmiş şəxsləriin fotolarını daha yüksək qiymətləndiriblər.

“Ola bilsin ki, paltarlarının rəngi onların simasına və duruşuna daha cazibədar görkəm verib” – deyir Elliot. Lakin qarderobunuzu və ya divarlarınızın rəngini dəyişməyə tələsməyin. Bəzi şəraitlərdə qırmızı rəng başqa, bəzən xoşagəlməz emosiyalara səbəb ola bilər. Dominantlıq ifadə etməsi ilə qırmızı rəng insanın cazibəsini artıra bilər, lakin bunun əks-təsiri də var. “Əgər rəng al qırmızıdırsa, aqressivlikdən xəbər verə bilər – deyir Elliot, – bu isə əlbəttə, mənfi cəhət sayılır”.

Qırmızı qələmləri ləğv etmək tezdir

Qırmızı rəng bizi necə cəzb edir? - SƏBƏBLƏRİ


Alim deyir ki, imtahan otağında zehni tapşırıqları yerinə yetirən iştirakçılara sualların qırmızı zərfdə verilməsi onların göstəricilərini aşağı salır. Bununla belə, rəng psixologiyasının heç də bütün tapıntıları tamamilə etibar ediləcək dərəcədə işlək deyil. Psixoloqlar öz nəticələrini dəqiqləşdirməlidirlər ki, rəng hansı effekti hansı şəraitdə verir. “Biz hələki inkişafın erkən mərhələsindəyik – deyir Elliot – son nəticədə biz rəng psixologiyasından daha məhsuldar iş mühiti yaratmaq üçün istifadəni öyrənəcəyik. Lakin idman üçün hansı rəngin daha səmərəli olması və ya qırmızı qələmlərin qadağan edilməsi kimi qərarlar barədə nə isə demək hələ çox tezdir”.

Bu rəngə rəng çatmaz

Qırmızı rəng bizi necə cəzb edir? - SƏBƏBLƏRİ


Elliot deyir ki, göy qurşağının başqa rənglərinin də araşdırılmasına həsr olunmuş tədqiqatlar görmək istərdi. O aşkar edib ki, qırmızı rəng fəaliyyəti təsirləndirirsə də, bəzi intellektual söz oyunlarında yaşıl və mavi rənglər yaradıcılığa həvəsləndirir. Lakin hətta bu halda da Elliot inanır ki, yaşılla mavinin təsir imkanları qırmızı rəngin davranışımıza təsir imkanları ilə müqayisədə xeyli məhduddur. “Qırmızı rəngin qavranması mühüm hadisə və təcrübələrdə təkamülə uğrayıb – deyir Elliot – qırmızı dəymiş meyvənin, qəzəbli sifətin və seksual şəhvətin rəngidir”.

Belə olduğu halda, bu rəng həmişə həyat mübarizəsi, damarımızdakı qan qədər dərin düşüncə və təsirlərlə əlaqələndiriləcək. Ola bilsin ki, biz əlinə ilk dəfə rəng alıb öz bədəninin şəklini çəkən əcdadımızın anladığını, yalnız indi təsdiq edirik: Bu rəngə bənzəyən rəng yoxdur.


Qırmızı rəng bizi necə cəzb edir? - SƏBƏBLƏRİ

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Royayam
Şərhlər : 3    Baxış: 12963
Tarix: 4-03-2016, 13:37

0 Bəyənməyib

Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#3 Balaca_Sahzade

12 mart 2016 14:12 | Qeydiyyat Tarixi: --
Maraqli xeberdi sagol gozel bacim


Mikro Blok:
Saytdakı şərh sayı: 3026
Saytdakı xəbər sayı: 70

#2 menim meleyim

12 mart 2016 12:44 | Qeydiyyat Tarixi: 29.04.2015
Melumata gore cox sagolun


Mikro Blok:
Saytdakı şərh sayı: 4053
Saytdakı xəbər sayı: 1370

#1 Я

4 mart 2016 14:14 | Qeydiyyat Tarixi: 29.04.2015
Ozəl gunlərcun isdifadə etmək dogrudu məncə gunluk sadə dodaq boyasindan isdifadə olunsa daha yaxşi olar..məsləhət ucun tşk)






Mikro Blok: Время ответит на все вопросы
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251678
Şərhləri:: 4053
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42493
Şərhləri:: 1495
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39613
Şərhləri:: 2170
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 34
_DELI_QIZ_
Şərh sayı: 23
Я..
Şərh sayı: 10
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 6
Moonlight
Şərh sayı: 6
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
milawkam
Şərh sayı: 3
Nakam Sevgim
Şərh sayı: 2
Rihanna
Şərh sayı: 2
Seninem.az.li
Şərh sayı: 1
Son şərhlər
  • Seninem.az.li
    Müəllif: Seninem.az.li
  • _DELI_QIZ_
    Müəllif: _DELI_QIZ_
  • _DELI_QIZ_
    Müəllif: _DELI_QIZ_
  • Kimsesiz_Hisler
    Müəllif: Kimsesiz_Hisler
  • Kimsesiz_Hisler
    Müəllif: Kimsesiz_Hisler
  • Kimsesiz_Hisler
    Müəllif: Kimsesiz_Hisler

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2428 İstifadəçimiz Var!