Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1489
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1352
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 660
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 492
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 341
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 7/1367
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 5/414
_DELI_QIZ_
Xəbər sayı: 2/3
Kimsesiz_Hisler
Xəbər sayı: 2/8
Emrah Babayev
Xəbər sayı: 2/48
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
Reklam
Sayğac


 
Özümüzü necə canlandıraq?


Bir vaxtlar “din” deyəndə ilk ağla bizim dinimiz gələrdi və hər ağla gəlişdə də vicdanlar ehtiramla ürpərərdi. Hər şeydən əvvəl, onun sağlam vicdanlarda buraxdığı iz çox dərindi və hər cür əsassız inqilaba meydan oxuyacaq qədər də güclü idi.

Onun hədəfində dünya sülhü və insanlığın əbədi səadəti vardı. Vəd etdiyi şeyləri həyata keçirmək üçün elə güclü arqumentləri vardı ki, onu dəlili və göstərdiyi örnəklərlə tanıyanlar dünyada ən əlçatmaz zirvələri fəth etmiş sayılardılar. O, Allahdan gəlmiş, bəşəri Allaha dəvət edən elə güclü və inandırıcı səda idi ki, bu sədaya qərəzsiz qulaq verənlər bir daha onun təsirindən xilas ola bilməzdilər; xilas ola bilməzdilər, çünki bu sədada dünya və axirət səadətinin əks-sədası və insanları mələkləşdirmənin sirləri gizli idi. Bu səs səmaların səsi-sədası idi və qurduğu sistem də İslam dini idi.

Bu din sayəsində bəşər iç-içə ən bərəkətli yeniliklərlə tanış oldu və ən həyati təbədüllərə (dəyişmələrə) şahid oldu. O idi mütləq sülhə gedən yolları göstərən və o idi əsrlərdən bəri üst-üstə yığılmış bəşəri problemlərə ən son həll yollarını vəd edən. Təsəvvür edin ki, əsrlər boyu onun nurlu çöhrəsini qaraltmaq və önünü kəsmək istəyən bu qədər təcavüzkara baxmayaraq, o hələ də yeganə ümid mənbəyi olma mövqeyini qoruyur və ona sığınanlara ölümsüzlük iksiri təqdim edir…

Qaranlıq bir dövrdə ondan qopub uzaqlaşanlar və ya bir inad uğruna ona qarşı çıxanlar öz bəxtinə qəsd edir-etsinlər, o həmişə ən təravətli və könüllərə əmniyyət və rahatlıq aşılayan bəyanları ilə yol gedənlərə yeganə işıq mənbəyi və güvən böhranı yaşayanlara da əmniyət qaynağı oldu və olmağa da davam edir. Kim nə deyir-desin, bu dinin həqiqi təmsilçiləri sayəsində bütün dünya bir gün bu böyük gerçəyi mütləq anlayacaq və onun sərin-sərin hüzur əsən iqliminə can atacaqdır. Kim bilir, bəlkə də, o ilk diriliş çağlarında olduğu kimi, bu din bir daha hamımızı bağrına basacaq və bu can çəkişən dünyaya yeni bir həyat bəxş edəcək!.. Yetər ki, bu dinin mənsubları öz tərəddüd və ziqzaqları ilə ona ümid bağlayanları sarsıntıya məruz qoymasın və cəmiyyətin vicadınında onun haqqında meydana gəlməyə başlamış etibarı itirməsinlər.

Bu din bir zamanlar boğazına qədər qəflət, cəhalət və sapqınlıq içində boğulan kütlələri bir həmlədə bu durumdan qurtararaq, onları ağlasığmaz üfüqlərə yüksəltdiyi kimi, bu günün dağınıq və hədəfsiz kütlələrinə də mütləq, ilham qaynağı olacaq və onlara insan olmanın fərqliliyini hayqıracaqdır.

Bəli, bir gün bu din bünövrəsi möhkəm olan səmavi quruluşu ilə bu dövrün ipə-sapa yatmayan kütlələrinə də həqiqi insanlığa göz açdıracaq və mayasındakı ilahiliyi hər kəsə duyuracaq. Duyuracaq, çünki bu din bəzi mücərrəd ölçü, prinsip və nəzəriyyələrdən ibarət, içi boş bir sistem deyil; o, insan təbiəti ilə bütünləşmiş, onun maddi-mənəvi ehtiyaclarına cavab verə biləcək zənginliyə sahib sistemlər məcmuəsi; fərd, cəmiyyət, qısacası, hər kəsə nurlu bir gələcək vəd edən lahuti aləmlərin səsi-sədasıdır.. və hal-hazırda o özünə xas şivəsi və hər kəsə təsir edən əfsunu ilə bir zamanlar bəşəriyyəti yüksəltdiyi səmaviliyə bir daha yüksəltməklə ona dünya və üqba (əbədi aləm, axirət) qapılarını açacaq sirli bir açar təqdim edir.

İndiki dövrdə olduğu kimi o, bəzi vəfasız müntəsibləri (təəssübkeşləri) və ən böyük rəqibləri üzündən özünü tam ifadə edə bilməsə də, şərəfli bir saat və şərəfli bir zaman dilimində qəlb və ağıl izdivacına müvəffəq olmuş bəxtiyar şagirdləri sayəsində bir daha səsini səmalara və mənəvi aləmlərə çatdıracaq və o günün insanlarına iç-içə “şəbi-ərus”lar yaşadacaqdır.

Bütün bunlar ən qaranlıq dövrlərdə reallaşdığına görə niyə yenə həyata keçməsin ki?! Əslində öz kəramət və ruhani dəyəri etibarilə oyandırıldığı təqdirdə insan yenə eyni insandır.., keçmişdə olduğu kimi, bu gün də hədəf dünya və üqba səadətidir. Bu məqsədi reallaşdırmaq üçün nizam-intizam yenə eyni nizam-intizamdır. Geriyə yalnız iman, ümid və əzmlə şahlanmış təmsilçilərin “Vira Bismillah” deyib işə başlamaları qalır… Qəlblər Allahın əlindədir, inşaallah bir gün o da olar.

“Haqq təcəlli eyləyincə hər işi asan edər
Xəlq edər əsbabını bir anda ehsan edər.” (İbrahim Haqqı)

Qaldı ki, günümüzdə bu keyfiyyətə sahib təmsilçilərin olmadığını deyə bilmərik. Şübhəsiz ki, bir az həyəcan, yorğunluğumuz və ahəstəliyimiz var, lakin bu da danılmaz bir həqiqətdir ki, bu günə qədər bir çox əhəmiyyətli layihələrin altına imza altıldı, atdırıldı.


Hər şeydən əvvəl, bu gün dünyanın hər yerində bizə məxsus o qədər qiymətli şeylər həyata qaytarıldı ki, bunları görməzlikdən gəlmək nankorluq, görüb hələ də bədbin olmaqsa, bir bədbəxtlikdir. Axı son dövrlərdə neçə hadisə göstərilə bilər ki, bu qədər sürətlə həyata keçsin!.. neçə dirçəliş var bu qədər ardıcıl təsdiqlənmiş! Və neçə düşüncə və dünya görüşü var bu qədər qısa müddətdə kütlələrin mənimsədiyi! Beləliklə, yer üzü eyni yer üzü, insanlıq eyni insanlıq, məfkurə eyni məfkurədir, keçmişdə reallaşan o müsbət hadisələr bu gün niyə reallaşmasın ki?! Hələ sözü və özü bir olan, həsrətini çəkdiyimiz o işıq saçan təmsilçilər müxtəlif fitrətlərə görə səslərini az-çox çatdırsalar, çatdırıb səlim düşüncə və ruhları öz dəyərlərinə göz açdırsalar, bax o zaman əsrlərdən bəri işıq gözləyən bütün insaflı vicdanlar o dünyəvi darlıqdan sıyrılaraq bu işıq saçan ruhların səfalı iqlimlərinə can atacaq və çox fərqli bir həyatla tanış olacaqlar.

Bu da bir həqiqətdir ki, bu dövrdə buna bənzər dirçəliş hərəkatlarına qarşı bəzi maddiyyata məftun insanlar müsbət hər fəaliyyəti qaralamağa, ləkələməyə çalışırlar.. xüsusilə, tamamilə dünyaya qapılmış, hər şeyə qarşı çıxan azsaylı oliqarx zümrə var ki, nə sən soruş, nə mən deyim. Bəli, belələri öz düşüncə dünyalarına - ona da düşüncə demək mümkünsə-zidd olan ən müsbət fəaliyyətləri belə ayaqaltına alır və ən günahsız hərəkatları belə qaralamaqdan çəkinmirlər. Bunlar bəzən “mürtəcelik”, bəzən də “irtica” və “mürtəce” kimi həzəyanlarla din və diyanət adına ortaya qoyulan hər şeyə hücum edib hər gün yeni bir fitnəyə səbəbkar olmağa davam etsinlər, həqiqi insani dəyərlərə oyanmış təmiz vicdanlar bütün bunları da həmişə təbəssümlə qarşılamış və belələrinin belə -insan olaraq yaradılmış olmanın kəraməti - bir gün əməllərindən peşman olub üzr diləyəcəkləri günü “Ya Sabur” deyə gözləyirlər.

Hal-hazırda bizə Allaha güvənmək, əzmimizə əzm qataraq doğru bildiyimiz yolda getmək və əlimizdən gəldiyi qədər hər kəsə şəfqətlə qucaq açıb onlara içimizdə köpürən insani məhəbbəti duyurmaq düşür ki, bundan sonrası Haqqın təqdirinə riza və zamanın dözülməzliyinə qarşı da aktiv səbir və təmkinə qalır.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:mia
Şərhlər : 3    Baxış: 15399
Tarix: 5-03-2016, 20:17

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3026
Saytdakı xəbər sayı: 70

#3 menim meleyim

12 mart 2016 11:46 | Qeydiyyat Tarixi: 29.04.2015
Yarisini oxudum hovselem catmadi axira kimi oxuyam cox sagol paylawdigina gore


Mikro Blok:
Saytdakı şərh sayı: 1046
Saytdakı xəbər sayı: 133

#2 Göz_Yaşı

8 mart 2016 09:56 | Qeydiyyat Tarixi: 22.02.2016
xeber gozeldir oxudum saq ol






Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#1 Balaca_Sahzade

5 mart 2016 20:42 | Qeydiyyat Tarixi: --
Xebere gore twk amma uzun idi oxuyamadim


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251651
Şərhləri:: 4049
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42493
Şərhləri:: 1495
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39608
Şərhləri:: 2170
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 22
_DELI_QIZ_
Şərh sayı: 21
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 6
Я..
Şərh sayı: 6
Moonlight
Şərh sayı: 6
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
milawkam
Şərh sayı: 3
Nakam Sevgim
Şərh sayı: 2
Ona mexsuz
Şərh sayı: 1
AgLaMa_GoZlErIm
Şərh sayı: 1
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2428 İstifadəçimiz Var!