Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1829
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1005
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 678
..::Рианна::..
ICQ: 999
Forum şərhi: 609
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 375
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
KuMsaL
ICQ: Yoxdur
Forum şərhi: 355
❥SeKeRciK...
ICQ: Yoxdur
Forum şərhi: 314
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
A.AxmedLi
Xəbər sayı: 11/19
OrxanXanlaroglu
Xəbər sayı: 1/16
_ULYA_
Xəbər sayı: 1/42
Reklam
Sayğac


 
Kosmosda olan ilk bakılı - FOTO


Sovet kosmonavtikasının inkişafında bir çox soydaşlarımızın danılmaz rolu olub. Məsələn, kosmosu ilk fəth edən insan Yuri Qaqarinin uçuşunun təşkil edilməsində azərbaycanlı alim Kərim Kərimovun xüsusi xidməti var. Kosmonavtların uçuşaqədərki hazırlığına cavabdeh olan K.Kərimov buna görə "Lenin" ordeni ilə mükafatlandırılıb. Bundan başqa, o, Sosialist Əməyi Qəhrəmanı, Stalin və SSRİ Dövlət Mükafatına layiq görülüb.

Azərbaycanı kosmonavtikada layiqincə təmsil edən başqa həmvətənlərimiz də az olmayıb.Onlardan biri də Sovet İttifaqı Qəhrəmanı, hazırda Vahid Rusiya Partiyasından Rusiya Dövlət Dumasının üzvü Musa Manarovdur.

22 mart onun doğum tarixidir.

Adı daha çox yaşlı və orta nəslə tanış gələn Musa Manarov fəzaya qalxan ilk Azərbaycan doğumlu şəxs kimi tarixə düşüb. İlk növbədə onun tərcümeyi-halından məlumat verək. Onun valideynləri Qafqaz əsilli lak xalqının nümayəndələri idi. Atası Xiraman Musa oğlu Manarov Böyük Vətən müharibəsinin iştirakçısı idi. Hərbi xidmətini müharibədən sonra da davam etdirən Xiraman Manarov hərbi mühəndis kimi sovet ordusunda xidmət göstərirdi.

Ailə başçısının təyinat yeri tez-tez dəyişdiyi üçün Manarovlar ailəsi tez-tez Sovet İttifaqının müxtəlif şəhərlərində olurdular. Bakıdakı hərbi hissələrdən birində xidmət göstərən zaman Xiraman Manarovun oğul övladı dünyaya gəlir. Bu əlamətdar hadisə 1951-ci il martın 22-də baş verib. Gələcəkdə məşhur kosmonavt olacaq körpə babasının şərəfinə Musa adlandırılıb. Lakin anadan olduğu Bakıda yaşamaq Musa Manarova qismət olmur. Cəmi bir neçə il sonra ailə Ukraynanın Xarkov şəhərinə - Xiraman Manarovun yeni xidmət yerinə köç edir.

8-ci sinfə qədər Xarkov məktəblərindən birində oxuduqdan sonra Musa Manarov bu dəfə ailəsi ilə Rusiyanın Çuvaşiya Muxtar Respublikasındakı Alatır şəhərinə köçür. 1968-ci ildə 17 yaşlı Musa Manarov 8 saylı Alatır orta məktəbini qızıl medalla bitirir. O hələ məktəb vaxtlarından uçuşlara, kosmonavtikaya həvəs göstərir. Bu həvəs onu Moskva Aviasiya İnstitutunun Uçuş Aparatlarının Radioelektronikası fakültəsinə gətirir. İnstitutu "radiomühəndis" ixtisası ilə bitirdikdən sonra mühəndis kimi "Energiya" elmi-tədqiqat institutunda mühəndis olaraq çalışan Musa Manarov müxtəlif uçuş aparatlarının sınaqlarında iştirak edir.
1978-ci ildə lazımi tibbi yoxlanış keçdikdən sonra Musa Manarov kosmonavtlar dəstəsinə qəbul olunur. 1979-1982-ci illər ərzində "Buran" proqramı çərçivəsində hərtərəfli hazırlıq keçir. Müxtəlif ekstremal şəraitlərdə gələcək kosmonavtların dözümlülüyü və reaksiyaları yoxlanılır. Manarov "Mir" orbital stansiyası və "Soyuz" kosmik gəmilərində uçuş üçün lazımi ümumkosmik hazırlıq təlimi keçir. Nəhayət uzunmüddətli hazırlıqlarıdan sonra Musa Manarov 1987-ci il dekabrın 21-də "Soyuz TM-4" kosmik aparatında fəzaya qalxır. Və yalnız 1 il sonra 1988-ci il dekabrın 21-də Yerə qayıdır.
365 gün 23 saat davam edən kosmik səyahəti zamanı (davamlılığına görə dünya rekordu sayılır) göstərdiyi qəhrəmanlığa və cəsarətə görə Musa Xiraman oğlu Manarov 21 dekabr 1988-ci ildə Sovet İttifaqı Qəhrəmanı adını alır. Bundan başqa, o "Böyük Ulduz" və "Lenin" ordenləri ilə də təltif olunur. Kosmosda olan ilk bakılı kimi Manarov həm də Azərbaycan tarixinə də öz adını salır. Amma kosmik səyahət onun üçün sonuncu olmur. Təcrübəli kosmonavt 1990-cı il dekabrın 2-də bu dəfə "Soyuz TM-11" kosmik aparatında "Mir" orbital stansiyasına səfər edir. Bu dəfə uçuşun davamlılığın 175 sutka və 2 saat təşkil edir.
Musa Manarov 1991-ci ilin 26 mayında Yerə növbəti eniş edir. O ümumilikdə 14 il davam edən (1978-1992) kosmonavt karyerası boyu 7 dəfə açıq kosmosa çıxaraq burada 34 saat 23 dəqiqə vaxt keçirib. Unutmaq olmaz ki, kosmonavtikadakı xidmətlərinə görə Musa Manarov xarici dövlətlər tərəfindən də mükafatlandırılıb.

1989-cu ildə bakılı Manarov Fransanın ən yüksək mükafatı olan Şərəfli Legion Ordeni ilə mükafatlandırılır. Bundan başqa, o , Əfqanıstan,Bolqarıstan, ABŞ və s. ölkələrin orden və medalları ilə təltif olunub.

Sovetlər İttifaqının dağılmasında az öncə Musa Manarov siyasi fəaliyyətə başlayır. 1990-cı ildə Dağıstanın Dərbənd milli-ərazi dairəsindən Rusiya Sovet Respublikasının xalq deputatı seçilir. 1992-ci ildə isə SSRİ-nin dağılması ilə kosmonavtikada başlanan böhrana görə öz ərizəsi ilə polkovnik rütbəsində kosmonavt dəstəsindən ayrılır.

1993-cü ildə prezident Boris Yeltsin və parlamentin deputatları arasında baş verən səlahiyyət qarşıdurması zamanı deputat mandatı əlindən alınır. Lakin siyasətdən getmir. Paralel olaraq kommersiya fəaliyyəti ilə məşğul olmağa başlayır. 1995-ci ildə "Ayrılmış inteqral şəbəkələr" QSC-nin direktoru olur. Şirkət yaxın ərazilərdə radioəlaqənin qurulması ilə məşğul olur. Həmin ilin dekabrında Manarov "Sidr" ekoloji hərəkatından Rusiya Dövlət Duması deputatlığına namizədliyi irəli sürülür. Lakin seçkilərdə qələbə qazana bilmir.

Nəhayət, 2007-ci ildə Musa Manarov Rusiya Dövlət Dumasına keçirilən 5-ci çağırış seçkilərdə "Vahid Rusiya" Partiyasının Dağıstan regional bölgəsinin nümayəndəsi kimi deputat mandatına yiyələnir.

Musa Manarov hazırda Moskva şəhərində yaşayır. Evli və iki övlad atasıdır. Lakin onlar kosmonavtikadan çox uzaqdırlar. Manarovun oğlu mühəndis, qızı isə həkim ixtisaslarına yiyələnib. Bakılı kosmonavt uşaq yaşlarından aktiv idmanı sevib. O, tennis və dağ xizəyi ilə aktiv şəkildə məşğul olub. Bundan başqa, Musa Manarovun radiotexnikaya böyük marağı var. Hətta Moskvanın Xovanka səmtindəki evində onun qısa və ultraqısa dalğalarda çalışan radiostansiyası da olub.

Moskvada yaşayan Dağıstan mənşəli Manarov Bakıda ömrünün yalnız ilk bir neçə ilini keçirməsinə baxmayaraq çoxsaylı müsahibələrində anadan olduğu Bakı şəhərini böyük sevgiylə xatırlayır. Maraqlıdır ki, onun həyat yoldaşı da Bakıda, onunla eyni doğum evində anadan olub. Buna görə Musa Manarov Bakının onun taleyində yalnız pozitiv rol oynadığını düşünür və fəzaya qalxan ilk bakılı olmağından böyük qürur duyur.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Attention
Şərhlər : 3    Baxış: 34365
Tarix: 22-03-2016, 22:05

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3034
Saytdakı xəbər sayı: 70

#3 menim meleyim

23 mart 2016 15:37 | Qeydiyyat Tarixi: 29.04.2015
Melumata gore cox sagol


Mikro Blok:
Saytdakı şərh sayı: 4333
Saytdakı xəbər sayı: 1631

#2 Я

23 mart 2016 11:11 | Qeydiyyat Tarixi: 29.04.2015
1-ci dəfə xəbərdən oyrənmiş oldum kosmosda olan ilk bakilini..Təşəkkur






Mikro Blok: Время ответит на все вопросы
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#1 .:SecreT:.

22 mart 2016 22:53 | Qeydiyyat Tarixi: --
Bu gun dogum gunudu. 23


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 310588
Şərhləri:: 4333
V_L
Xalları: 101380
Şərhləri:: 280
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 61058
Şərhləri:: 127
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 58935
Şərhləri:: 2271
LeYLa^_^
Xalları: 53927
Şərhləri:: 343
Fatmanur
Xalları: 52371
Şərhləri:: 471
кαмкα
Xalları: 44401
Şərhləri:: 1531
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Reklam
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Barbaris
Şərh sayı: 20
LeYLa^_^
Şərh sayı: 8
Sol Meleyim
Şərh sayı: 1
Attention
Şərh sayı: 1
MeLeK_sima
Şərh sayı: 1
Bellada
Şərh sayı: 1
Son şərhlər
Top şərh xəbər/ay

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2815 İstifadəçimiz Var!