Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1535
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1385
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 665
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 508
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 342
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 15/426
Я..
Xəbər sayı: 14/1373
Kimsesiz_Hisler
Xəbər sayı: 5/11
Emrah Babayev
Xəbər sayı: 3/49
_DELI_QIZ_
Xəbər sayı: 2/3
I ♥♥♥ Allah
Xəbər sayı: 1/14
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
1337
Xəbər sayı: 1/2
Reklam
Sayğac


 
Mayda toy etməkdən niyə çəkinirik?


"May ayında toy etməzlər", "May boş aydır", "Bu ayda evlənənlərin sonu olmur" kimi "məsləhətlərlə", yəqin ki, toy etmək istəyən hər kəs qarşılaşıb. Xüsusən də orta və yaşlı nəsil nümayəndələrinin bu tövsiyələrinin əslində heç bir elmi, tibbi əsası da yoxdur, batil bir inancdır. Buna baxmayaraq, keçmişdən bu günümüzə qədər gətirilən bu qəribə ənənəyə bu gün də çoxları əməl edir. May ayı ərzində tək-tək adamlar olar ki, toy etsinlər.

Maraqlıdır, bu inancın kökü haradan gəlir? Niyə may ayında toy etmək olmazmış? Bunun Azərbaycana, islama bir aidiyyəti varmı?

Belə iddialar da var ki, guya ermənilərin qondarma soyqırımından sonrakı ay may ayına düşdüyündən - onlar mayda da yas saxlayıb toy etməyiblər. Sovetlər dönəmində isə bu kütləvi hala çevrilib. Bir başqa mənbələrdə deyilir ki, xristian ayinlərinə görə, may ayı ağır ay kimi qiymətləndirilir. Maraqlı burasıdır ki, əgər lap belədirsə, sovet imperiyası dağıldıqdan sonra niyə biz hələ də bu ənənəni yaşadırıq?! May ayında toy edilməməsinin bir səbəbini də may ayında yağışların çox olması ilə əlaqələndirirlər və bu dövrü təbiətin ağlayan dövrü adlandırırlar. Təbiət ağlayarkən şadlıq etmək olmazmış. Bəzi mənbələrdə isə bu adətin köklərinin Qədim Romaya gedib çıxdığı deyilir. Bəzi fikirlərə görə, "may" sözü "Maius" latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada "Mayi ilahəsi"nin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında "Lemuriya" deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi. Bəzi ekspertlər isə may ayında toy olmamasının səbəbini yasəmənin çiçək açması ilə izah edirlər. Yasəmən gülü isə uğursuzluq gətirir...
Maraqlıdır, may ayının uğursuz bir ay olduğunu sübut edən hansısa psixoloji, astroloji əsas varmı?

Astroloq Firudin Qurbansoy bunun başqa xalqların batil inancları olduğunu dedi: "Bunun yeni düşüncə tərzimizə, əxlaqımıza qətiyyən dəxli yoxdur. Bu, sırf insanlarla bağlıdır. Qədim yunanların kökləri ilə bağlı bir düşüncədir. May ayı qədim Misirlə bağlı bir vaxtdır. Ona görə də qədim zamanlarda dediyim ərazilərdə toy eləmirdilər. Toy edəndə bolluq olmalıdır. Ona görə də onlar həmin vaxtlarda toy eləmirdilər. Çünki bütün ərzağı yeyib qurtarmış olurdular. Bu səbəbdən də toyları əsasən sentyabr ayında edirdilər. Bu ənənə bütün xristian aləminə yayılmışdı. Ruslar vasitəsilə gəlib bizə də çatmışdı. Əslində may ayı Buğa bürcünə düşür. Bu ayda evlənənlər dünyaya qəşəng uşaq gətirirlər. Mən insanlara məsləhət bilərdim ki, mənasız inanclara uymasınlar. May ayında toy eləmək əslində xeyir gətirər, nəinki ziyan. Belə bir inanc da var ki, guya may ayında evlənənlər axırda peşman olurlar. Bu boş bir deyimdir. Bizim xalqımız başqa xalqların batil inanclarına uymasın və may ayında toy etsin".

Psixoloq Dəyanət Rzayev bu düşüncəni insanları başından çıxartmağın çətin məsələ olduğunu dedi: "Bu ənənə Azərbaycana aid deyil. Biz sovet məkanında rusların tərkibində yaşamışıq. Bu söz də ruslarda "mayetsa", yəni avaralanmaq mənasındadır. May ayı da "avara ay" sayıldığına görə bu ayda toy etmirdilər. Biz də bunu özümüzə təlqin etmişik. Amma bu absurd bir şeydir. Halbuki may ayı toylar üçün çox yaxşı ay olardı. Bunu insanların başından çıxartmaq çətin məsələdir. Bəlkə, kimlərsə inanmır belə şeylərə. Amma öz-özünə düşünür ki, birdən mayda toy edər, camaat gəlməz, "nə deyərlər" kimi yanaşmalar yaranır. Mənə elə gəlir ki, bir neçə nəfər mayda toy etsə, gələcəkdə bu geniş tendensiya halını alacaq. Kütləvi informasiya vasitələri bu istiqamətdə maarifləndirmə işi aparmalıdır".
Yeri gəlmişkən, müxtəlif xalqlarda bundan başqa bu günümüzə qədər gəlib çıxan toyla bağlı digər batil inanclar da mövcuddur. Məsələn iki bacının iki qardaşla evlənməsinin həmişə uğursuzluq gətirdiyi düşünülürdü. Bəziləri gəlinin və ya bəyin öz ad günündə evlənməsinin də uğursuzluq gətirəcəyinə inanırlar.

Meksikada isə belə bir inanc var: gəlin toy günündə mirvari taxsa, evliliyi boyunca ağlayacaq, çünki mirvari göz yaşlarının işarəsidir.

Bolqar dağının ətəklərində belə bir inanc mövcuddur: nişanlanacaq oğlan qız evinə gəldikdə evlilik həyatı uğurlu olsun deyə qızın qardaşları tərəfindən döyülərmiş.

Yaponiyada nə gəlin, nə də bəy evliliyin qısa sürməsini istəmədiyi müddətdə bənövşəyi rəngli geyimdən istifadə etmir.

Braziliya, Meksika, Kolumbiya və daha bir çox yerdə bəyin gəlini toydan əvvəl görməsinin gəlinə şanssızlıq gətirəcəyinə inanılır.

Türkiyədə isə gəlin ayaqqabısının altına rəfiqələrinin adını yazır, bu adlardan hansı silinsə, onun qısa zamanda evlənəcəyinə inanılır.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Attention
Şərhlər : 4    Baxış: 12180
Tarix: 4-05-2016, 12:38

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3
Saytdakı xəbər sayı: 0

#4 TURUSH64_hate

4 may 2016 22:44 | Qeydiyyat Tarixi: 4.05.2016
Məlumata görə çox sağolunn


Mikro Blok:
Saytdakı şərh sayı: 4063
Saytdakı xəbər sayı: 1373

#3 Я

4 may 2016 21:00 | Qeydiyyat Tarixi: 29.04.2015
ermənilərin yas saxladıqlarına görə sövət dönəmində kütləvi hal alıb və o vaxtdan bu günə qədər mənasız bir ənənəyə sadiq qalır camaat amma mənasızdı..Məlumatım var idi Təşəkkür






Mikro Blok: Время ответит на все вопросы
Saytdakı şərh sayı: 973
Saytdakı xəbər sayı: 90

#2 _::AşK MeVSiMi::_

4 may 2016 16:08 | Qeydiyyat Tarixi: 5.09.2015
Bu qeder aciq melumatim yox idi ele bilirdim may ayinda toy elemesler.Ama bezi insanlar toy edirler mayda'






Mikro Blok: Qαdıɴ Öтəʀi Həvəs Deyiʟ, - Lαyiq Oʟαɴα Nəfəsdi.Beybi
Saytdakı şərh sayı: 1046
Saytdakı xəbər sayı: 133

#1 Göz_Yaşı

4 may 2016 13:37 | Qeydiyyat Tarixi: 22.02.2016
Həqiqətən çox maraqlıdır görəsən niyə? məlumatım yox idi bu barədə məlumata görə təşəkkür can)






Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251707
Şərhləri:: 4061
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42496
Şərhləri:: 1496
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39694
Şərhləri:: 2181
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 40
_DELI_QIZ_
Şərh sayı: 25
Я..
Şərh sayı: 21
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 19
Moonlight
Şərh sayı: 6
Rihanna
Şərh sayı: 6
:Peri:
Şərh sayı: 5
1337
Şərh sayı: 5
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
milawkam
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2430 İstifadəçimiz Var!