Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1572
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1453
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 670
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 560
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 345
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 20/1380
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 19/426
Kimsesiz_Hisler
Xəbər sayı: 9/17
Emrah Babayev
Xəbər sayı: 4/50
_DELI_QIZ_
Xəbər sayı: 3/4
cobra_rapper
Xəbər sayı: 2/31
mp3es
Xəbər sayı: 2/69
Rihanna
Xəbər sayı: 1/229
I ♥♥♥ Allah
Xəbər sayı: 1/14
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
Reklam
Sayğac


 
Damdan aşağı..




Damdan aşağı..



O, uca binanın damından aşağı baxırdı. Sevgilisi Əli dünən avtomobil qəzasında ölmüşdü. Əli 10 ilin idmançısı , yeni yaranmış rock qrupun başçısı idi. Bir neçə universiteti bitirmiş və öz biznesini qurmuşdu. Əgər Ayselə desəydilər ki , sabah Eifel qülləsini Tokyoya aparacaqlar, o inanardı. Amma desəydilər ki, sabah Əli öləcək, Aysel gülümsəyib deyərdi " Deyəsən siz mənim sevgilimi yaxşı tanımırsınız – ölüm özü ondan qorxur”. Lakin Əli ölmüşdü. Aysel də onun yanına hazırlaşırdı. O uzundaban ayaqqabılarını çıxarıb damın qırağına yaxınlaşdı. Son məktubunu anasının yastığının üstünə qoymuşdu. Yazmışdı ki, Əlinin yanına gedir. Hər zaman çıxdıqları damdan. Əli ilə bu dama tez-tez çıxardılar. Birlikdə şəhərin gözəl mənzərəsinə saatlarla tamaşa edib danışardılar. İndi Əli yoxdu. Əlisiz Ayselin də həyatı ola bilməzdi. Çantasını qırağa qoyub damın kənarına çıxdı. Diqqətlə aşağı baxdı , insanlar nöqtə kimi görünürdü. Onu sevgilisindən cəmi bircə addım ayırırdı. Elə o addımı atmaq istəyəndə sol tərəfdə nə isə bir qaraltı gördü. Bu başqa bir qız idi. Saçları səliqə ilə yığılmış mavi köynəkli bir qız. O ağlayırdı. Deyəsən o da özünü atmaq istəyirdi.
Qız Ayseli görüb bir addım da kənara yaxınlaşdı. Aysel də özünü atmaq istəyirdi. Amma bu qız.. Bu qız.. Onun burda olması yersiz idi..Əgər polis gəlib desəydi ki, "özünü atma” Aysel o dəqiqə tullanardı. Əgər Valideynləri desəydi, fikirləşmədən atılardı. Bu qız da nə isə desəydi Aysel özünü öldürəcəkdi. Amma o heç nə demirdi. O Ayseli elə bil ki, heç görmürdü. Başı özünü atmağa qarışmışdı. Aysel gücünü toplayıb tullanmağa hazırlaşdı. Amma yox..Alınmır..Heç cürə fikrini toplaya bilmirdi. O qız ..O qız..!! Növbəti dəfə Aysel cəhd edəndə qız qışqırdı: - Axı niyə ? Ay Allah niyə ? Rahat ölmək də olmaz?! Burada da insanlar mənə mane olur ?!!! Aysel diksinib geri çəkildi. Görəsən o qız niyə özünü öldürmək istəyir? Niyə ? Bu Ayseli maraqlandıran sonuncu şey idi. Ona görə soruşdu: - Sən niyə özünü öldürmək istəyirsən ? Qız Ayselə tərs-tərs baxıb dedi : - Sənə qalmayıb. Sən kimsən ki, mənə sual verirsən. Özü də mənə mane olursan. Sən burada olanda özümü ata bilmirəm. Mənim sevgilim dünən avtomobil qəzasında ölüb. Mən də onun yanına gedirəm. Aysel çaşdı. Bu xəbər onu doğrudan da təəccübləndirdi. Ola bilməzdi! Belə təsadüf ola bilməz. Aysel dedi : - Mənim də sevgilim dünən avtomobil qəzasında ölüb. Qız ona diqqətlə baxıb ağzı açılı qaldı: - Ola bilməz. Dünən avtomobil qəzasında bir nəfər ölüb o da mənim Əlim. Aysel bir addım geri çəkildi. Bütün bədəni əsməyə başladı. - Necə yəni ? Sən niyə bu dama çıxmısan? Niyə məhz bu dama? Qız əlini üzünə tutub ağlamağa başladı. - Biz Əli ilə həmişə bu dama çıxardıq. O mənə yenicə yazdığı mahnıları oxuyardı. Bəsdir məni saxlatdın – bu sözləri deyib qız bir addım da kənara yaxınlaşdı. Onda Aysel qızın əlindən tutub onu geri çəkdi: - Dayan bir dəqiqə. Nə mahnıları? Sən kimdən danışırsan? Qız dizləri üstə yıxıldı, saçları üzünə töküldü. Sakitcə dedi: - Mən Əlidən danışıram. Mənim sevgilim Əlidən. Onun rok qrupu var idi- Fırtına. Mənə də mahnı yazmışdı, "Leyla”…mənim adım Leyladır. O həmişə mənə bu mahnını oxuyardı. Ayselin gözləri doldu: - Ola bilməz! Əli mənim sevgilimdir. Onun Fırtına qrupu var. Amma Leyla mahnısını heç kimə yazmayıb. Leyla dedi: - Bağışla, bilirəm sən kimsən, amma görürəm ki, sənin özünü öldürməyə səbəbin daha çoxdu. Sən dəlisən!!! Əli mənim sevgilimdir. Bu üzüyü də o mənə verib. Bir ay əvvəl nişanlanmışdıq. Aysel dözməyib ağlamağa başlayır. Hadisələrin bu qədər qarışıq bir vəziyyətə gəlməsini o təsəvvür edə bilməzdi. - Necə yəni ? Bir ay əvvəl o İstanbula getmişdi. Mən özüm onu yola salışdım. Leyla kinayə ilə gülümsədi : - Biz İstanbulda nişanlanmışıq. Amma görürəm ki, o Bakıda da boş durmayıb. Mənim sevglimi əlimdən almaq istəyirdin? Bilə- bilə ki, onun nişanlısı var yenə də onunla gəzirdin ? Aysel dedi : - Əli, mənim sevgilim idi. Amma hər şey çox qarışdı. Nə isə bir səhv baş verib. Neçə il onu tanıyırsan ? Leyla: - Üç il tamam olacaq. Biz həftənin cüt günləri bu dama çıxardıq. Tək günləri işə gedəri. Aysel : - Mən də onunla bir ildir tanışam. Onunla tək günlər görüşürdüm. Cüt günlər güya işi var idi. Amma əslində səninlə görüşürdü! O bizim ikimizi də aldadırdı. Leyla : - Əclaf !!! Keçən həftə demişdi ki, yeni mahnı yazmaq istəyir adı "Aysel” . Sənin adın nədi ? Aysel başı ilə təsdiqlədi. Leyla dedi : - Deməli ikimizlə də oynayırdı. Əclaf! Mən də ona görə özümü atmaq istəyirdim. Alçaq!! Yalançı ! Fırıldaq! Deyirdi ki, evlənəcəyik .Özü də sənin kimi qızlarla fırlanırdı. Leyla damın ortasında oturub dizlərini qucaqlayıb ağlamağa başladı: - Hhh..hhh … Həmişə belə olur. Gözəl oğlanlar sadəlöv qızları aldadır. Necə ona inanırdım? Elə bilirdim ki, ən yaxşı oğlan odur. Elə bilirdim ki, sevir məni. Amma əslində yalançının biri idi. O mənə layiq deyildi. Zibil ..Yaxşı oldu, öldün. Yaxşı oldu sənə..Məni oyuncaq kimi oynadırdın. Aysel də hönkürüb ağlamağa başladı. Bir anın içində bir illik sevgisi nifrətə çevrilmişdi. O Əliyə nifrət edirdi. Əli ona layiq deyildi. Onu aldatmışdı. Zibil yerinə qoymuşdu. Aysel göz yaşlarını silib ayağa qalxdı. Sonra Leylaya baxıb dedi: - Axmaqlıq eləmə ! Özünü atma ! O buna layiq deyil ! Sonra çantasını götürüb yavaş –yavaş pilləkənləri enməyə başladı. Addım səsləri getdikcə uzaqlaşıb blokun sükuta qarışdı. Bir az da gözləyəndən sonra Leyla gözlərini silib gülməyə başladı. Bu an telefonuna zəng gəldi. - Alo - Alo Nərgiz , haradasan, qızım ? - Damdayam, ata . Binamızın damında. - Nə edirsən orada ? Düş gəl evə . - Heç , quşlara baxırdım. İndi gəlirəm. Nərgiz telefonu bağladı. Əslində Nərgiz bu binanın sonuncu mərtəbsində qalırdı. Hər dəfə damlarına kimsə çıxanda evlərindəki çilçıraq əsirdi. Nərgiz bir ildən çox idi ki, eyvanlarında oturub, həmişə damlarına çıxan iki gəncin söhbətini dinləyirdi. Onlar Nərgizi tanımasalar da Nərgiz onlara çox bağlanmışdı. Dünən televizorda Əlinin öldüyünü eşidəndə bildi ki, Aysel yenə bu dama qalxacaq. Qalxacaq ki, özünü atsın. Ona görə Nərgiz belə bir nağıl fikirləşdi. Düzdü, Əli yaxşı oğlan idi. Damlarında oxuduğu mahnılar da, Ayselə dediyi sözlər də, danışdığı əhvalatlar da çox maraqlı idi. Amma Ayselin yaşaya bilməsi üçün o Əliyə nifrət etməli idi. Ayseli güclə də damdan qırağa çəkmək olardı. Amma o bu yenidən dənəyərdi. Alınana qədər. Bu nağıldan sonra isə o bir də özünü öldürmək istəməz. O daha Əliyə görə ağlamayacaq. Onun yanına getmək istəməyəcək. Həyatını yenidən başlayıb Əlini kiçik bir səhv kimi unudacaq. Bəlkə belə daha yaxşıdır ? Bəlkə itirməkdənsə nifrət etmək daha yaxşıdır ? Bilmirəm. Bircə onu bilirəm ki, bəzən tanımadığımız insanlar bizə bizdən də yaxın olur...



Damdan aşağı..

P. S.Meqale Qaraqana mexsusdu..




Damdan aşağı..





Redakə etdi: AyKa^^


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Şərhlər : 5    Baxış: 19835
Tarix: 19-08-2015, 20:38

0 Bəyənməyib

Saytdakı şərh sayı: 1496
Saytdakı xəbər sayı: 32

#5 кαмкα

9 sentyabr 2015 10:36 | Qeydiyyat Tarixi: 9.05.2015
ELA HEKAYEDI NERGIZIN FIKRI MENCE DUZ DEYIL AMA ISE YARADIYSA AYSELI GUNAHA SOXMADIGI UCUN YAXSIDA SAYMAQ OLAR NE BILIM BASIM QARISIDI XEBER UCUN TWK






Mikro Blok:
Saytdakı şərh sayı: 945
Saytdakı xəbər sayı: 235

#4 ::Sirin AyanKa

20 avqust 2015 12:05 | Qeydiyyat Tarixi: 30.04.2015
Oxudu m biraz kovreldim heykayede cox soaql
mp3de ela


Mikro Blok: doze .bilmirem!
Saytdakı şərh sayı: 1038
Saytdakı xəbər sayı: 98

#3 SaFFron

20 avqust 2015 01:54 | Qeydiyyat Tarixi: 15.08.2015
Düzgün deyil axı,bir insanı,xüsusilə sevdiyi və onu sevən insanı səhv tanıması.Ancaq bəlkədə qızın yaşaması üçün belə bir yalan lazım idi..Maraqlıydı.Çox sağol bölüşdüyünçün






Mikro Blok: Həyanın zirvəsi, insanın özü-özündən həya etməsidir.(Hz.Əli)
Saytdakı şərh sayı: 3026
Saytdakı xəbər sayı: 70

#2 menim meleyim

19 avqust 2015 22:35 | Qeydiyyat Tarixi: 29.04.2015
maraqli idi cox sagol hekayeye gore


Mikro Blok:
Saytdakı şərh sayı: 2806
Saytdakı xəbər sayı: 15

#1 milawkam

19 avqust 2015 21:33 | Qeydiyyat Tarixi: 3.08.2015
beuu oxumadım çok tşk:=)


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251776
Şərhləri:: 4068
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
V_L
Xalları: 51403
Şərhləri:: 251
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42496
Şərhləri:: 1496
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39735
Şərhləri:: 2188
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 60
_DELI_QIZ_
Şərh sayı: 33
Я..
Şərh sayı: 26
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 24
1337
Şərh sayı: 23
Rihanna
Şərh sayı: 10
Moonlight
Şərh sayı: 7
:Peri:
Şərh sayı: 5
milawkam
Şərh sayı: 5
Kate
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2437 İstifadəçimiz Var!