Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1515
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1365
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 660
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 504
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 342
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 11/1370
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 7/414
Kimsesiz_Hisler
Xəbər sayı: 5/11
_DELI_QIZ_
Xəbər sayı: 2/3
Emrah Babayev
Xəbər sayı: 2/49
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
1337
Xəbər sayı: 1/2
Reklam
Sayğac


 
Unutma ki, bir zamanlar kim idin


Qəznəvilər sülaləsinin qüdrətli hökmdarı Sultan Mahmudun Ayaz adlı bir xidmətçisi vardı. Ayaz sultanın ən sadiq sirdaşı idi.

Hökmdar vəzirlərə etibar etmədiyi sirlərini ona deyər, ondan məsləhət alardı. Ayaz bir an da sultanın gözündən kənar olmazdı. Bu münasibət o qədər məşhur idi ki, hətta orta əsrlər Şərq ədəbiyyatında Mahmud və Ayaz misalı dostluq və sədaqətin rəmzi sayılırdı.

Sultan Mahmud Qəznəvinin Ayazla tanışlığı bu şəraitdə baş vermişdi. Sultan bir gün ova çıxır, onu müşayiət edənlərdən ayrı düşür. Həm özü, həm də atı yorulub susamışdı. Çöldə bir ev görərək yaxın gəldi, evin qapısını döyüb soyuq su istədi. Qapını açan yeniyetmə oğlan ədəblə salamlaşıb dedi ki, atam yaxınlıqdakı quyudan su gətirməyə gedib. Evdə su olmadığı üçün gərək atamın gəlməyini gözləyək.

Sultanın gözləməkdən savayı çarəsi yox idi, çünki yaxınlıqda başqa ev gözə dəymirdi. Həyətdə oturub oğlanla söhbət etməyə başladı. Tezliklə hiss etdi ki, həmsöhbətinin yaşı az olsa da, ədəbi çox, zehni itidir.

Bir neçə dəqiqədən sonra oğlan evə keçib, buz kimi soyuq su ilə qayıtdı. Suyu hökmdara təqdim etdi. Sultan Mahmud qəzəb qarışıq təəccüblə soruşdu:

Evdə su ola-ola niyə mənə vermirdin? Niyə atanın su dalınca getdiyini söylədin?

Oğlan cavab verdi:

Mən sizin uzun yol gəlib tərlədiyinizi gördüm. Soyuq su içsəydiniz, mütləq xəstələnərdiniz. Ona görə sizi bir müddət yubatmağa çalışdım ki, təriniz asta-asta soyusun. İndi bu suyu içsəniz, ziyanı olmaz.

Sultan oğlanın qağıkeşliyini və fərasətini bəyəndi. Saraya çatan kimi adam göndərib onu öz yanına xidmətə götürdü. Beləcə, Ayaz hökmdarın ən inanılmış adamı oldu.

Vəzir-vəkillər sultanın Ayaza olan etibarına paxıllıq edirdilər. Buna görə dəfələrlə sultanın yanında Ayazdan söz salıb onu ləkələməyə çalışırdılar. Bir gün sultan onların cavabını vermək qərarına gəldi. Sarayın pəncərəsindən baxıb, şəhərə daxil olan bir karvanı yanındakılardan birinə göstərdi:

Get soruş ki, bu karvan haradan gəlir?

Adam getdi, bir azdan qayıdıb dedi:

Hökmdar, karvan Rey şəhərindən gəlir.

Sultan ondan soruşdu:

Bəs hara gedir?

Adam susdu, çünki bunu soruşmaq ağlına gəlməmişdi. Sultan başqa bir əyana tapşırıq verdi:

Sən get öyrən ki, karvan hara gedir?

Adam qayıdandan sonra məlumat verdi:

Yəmənə gedirlər.

Hökmdar xəbər aldı:

Görəsən, yükləri nədir?

Amma göndərilən adam bu suala cavab gətirməmişdi. Padşah üçüncü adamı yolladı. O da gəlib, karvanın yükünün parçadan ibarət olduğunu söylədi. Hökmdar bu dəfə də kifayətlənməyib xəbər aldı:

Qayıdanda Yəməndən nə almaq fikrindədirlər?

Bu sualın da cavabı naməlum qaldı. Bu minvalla otuz adam karvanın yanına gedib-gəldi, amma heç birinin cavabı sultanı qane etmədi. Axırda Sultan Mahmud Ayazı çağırmağı əmr etdi. Ayaza birinci adama verdiyi tapşırığı verdi:

Get soruş ki, bu karvan haradan gəlir?

Ayaz gedib karvanbaşı ilə görüşdü, qayıdıb bayaq sultanı maraqlandıran bütün məsələlər haqqında ətraflı məlumat verdi. Sultan üzünü yanındakılara tutub dedi:

İndi bildinizmi Ayazı niyə sizin hamınızdan üstün tuturam? Sizin otuz dəfəyə gördüyünüz işi o bir dəfəyə görür.

Sultan Mahmud saray xəzinələrinin açarını da Ayaza etibar etmişdi. Saray əyanları yenə dözməyib sultana xəbərçilik etdilər: “Ayaz xəzinədən oğurluq edir. Öz otağında bir sandığı var. Tez-tez otağına gedib xəlvətcə sandığı açır, orada eşələnir. Yəqin ki, sizdən oğurlayıb sandığa yığdığı qızılları sayır”.

Hökmdar deyilənləri yoxlamaq qərarına gəldi. Bir gün Ayaz otağına çəkiləndə Sultan Mahmud qəfildən qapını açıb içıri girdi. Gördü ki, Ayaz həqiqətən sandığın qabağında oturub. Amma qızılları saymır, ağlayır. Hökmdar soruşdu:

Ayaz, niyə ağlayırsan?

Ayaz sandığın içindən bir dəst nimdaş paltar, bir cüt çarıq çıxarıb ona göstərdi:

- Hökmdar sağ olsun, bunlar siz məni saraya gətirməzdən əvvəl geyindiyim libaslardır. Onları bu sandığın içində saxlayıram. Hər gün sandığı açıb, bu libasları çıxarır, onlara baxıb öz-özümə deyirəm: “Ayaz, bu günkü vəziyyətinlə qürrələnmə. Nəfsin səni aldadıb xəyanətə doğru sürükləməsin. Hökmdarın yanındakı hörmətin səni qudurğanlığa aparmasın. Yaddan çıxarma ki, bir zamanlar kim idin. Səni o səviyyədən bu məqama yüksəltmiş Allahı unutma, Ona şükr et”.


Unutma ki, bir zamanlar kim idin

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:mia
Şərhlər : 5    Baxış: 26361
Tarix: 24-02-2016, 17:46

0 Bəyənməyib

Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#5 Balaca_Sahzade

9 mart 2016 17:23 | Qeydiyyat Tarixi: --
cox idi oxumaga heves yox idi amma tsk


Mikro Blok:
Saytdakı şərh sayı: 0
Saytdakı xəbər sayı: 0

#4 Bəy Oğlan :)

25 fevral 2016 10:19 | Qeydiyyat Tarixi: --
əvvəlini oxumadım yarıdan başladım oxumağa sonu maraqlı və qəşəng bitdi


Mikro Blok:
Saytdakı şərh sayı: 12
Saytdakı xəbər sayı: 0

#3 123456789

24 fevral 2016 20:36 | Qeydiyyat Tarixi: 23.02.2016
Xebere gore tesekkurler


Mikro Blok:
Saytdakı şərh sayı: 2170
Saytdakı xəbər sayı: 414

#2 ღ ς Կαςτλหßαค ヅ

24 fevral 2016 19:02 | Qeydiyyat Tarixi: 21.01.2016
Mən bu hekayeni basqa ad altinda olan insan sujetləri olanini oxumusam.. bəli insan dunənini unutmamalidi bu gununə isə qurrələnməməlidi






Mikro Blok:
Saytdakı şərh sayı: 1046
Saytdakı xəbər sayı: 133

#1 Göz_Yaşı

24 fevral 2016 18:39 | Qeydiyyat Tarixi: 22.02.2016
hamisini oxumaxa vaxt catmadi ama xebere gore twk






Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251690
Şərhləri:: 4057
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42493
Şərhləri:: 1495
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39613
Şərhləri:: 2170
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 34
_DELI_QIZ_
Şərh sayı: 23
Я..
Şərh sayı: 14
Rihanna
Şərh sayı: 6
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 6
Moonlight
Şərh sayı: 6
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
Nakam Sevgim
Şərh sayı: 3
milawkam
Şərh sayı: 3
Seninem.az.li
Şərh sayı: 1
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2429 İstifadəçimiz Var!