Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1829
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1005
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 678
..::Рианна::..
ICQ: 999
Forum şərhi: 609
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 378
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
KuMsaL
ICQ: Yoxdur
Forum şərhi: 355
❥SeKeRciK...
ICQ: Yoxdur
Forum şərhi: 314
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Reklam
Sayğac


 
Saçqıranla mübarizə aparmağın üsulları

Əvvəla, gəlin öyrənək, saçqıran necə əmələ gəlir?
Dünyada hər şeyin olduğu kimi, saçların da ömrü var. Saç telləri də bir müddət sonra korlanır, solğunlaşır, qırılır və tökülür. Saç uclarının haçalanması nəticəsində saçqıranlar meydana gəlir. Saçqıran düşən saçlar isə baxımsız görünür. Təəssüf ki, saçqıranları müalicə edən hər hansı bir formul yoxdur. Saçqıranları hazır satılan krem, losyon, xüsusi maskalarla, zərdablarla aradan qaldırmaq mümkün deyil. Bu cür qulluq yalnız yeni saçqıranların əmələ gəlməsinin qarşısını alır.

Saçqıranlarla necə mübarizə aparmaq olar?
Saçqıranların əmələ gəlməsinin qarşısını almaq üçün saçınızı tez-tez boyamayın, düzləşdirici fenlərdən çox az istifadə edin və bu cihazları istifadə etməzdən əvvəl saçı nəmləndirən, qurumasının qarşısını alan qoruyucu laklardan istifadə edin. Saçları hamamdan çıxan kimi daramayın. Saçqıranların yaranmaması üçün saçların qurumasını gözləyin.
Saçları dəsmalla sərt şəkildə ovxalayaraq silməyin. Nəm saçları dəsmala bürüyün və suyun tədricən sorulması gözləyin. Sərt hərəkətlərin və zərbələrin saçların korlanmasına və qırılmasına yol açdığını unutmayın. Metal saç sancaqları, iti dişli sancaq və daraqlar, rezinlər, çox sıx toplanmış saç düzümləri və ya balerina toppuzları da saça saçqıran salır.

Kosmetika şirkətləri saçqıranları aradan qaldıran bir çox məhsul istehsal edir. Bu zərdabların saçqıranları aradan qaldırıb, daha hamar hala gətirdiyi, saç uclarını bəslədiyi iddia edilsə də, trixoloqlar bu tip məhsulların saçın xilaskarı olduğu fikri ilə razı deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, saçqıranlardan xilas olmağın ən yaxşı üsulu onları kəsdirməkdir.
Bəzi xanımlar saçlarını qısaltmaq istəmədiyi üçün saçqıranları kəsdirməkdən imtina edir, başqa çıxış yolları axtarır. Amma saçqıranlardan xilas olmağın yeganə həlli onları müəyyən qədər kəsdirməkdir. Saçqıranları kəsdirmək saçların qısalması deyil. Çox az kəsildiyi üçün saçların qısaldığı demək olar ki, hiss olunmur. Saçqıranları kəsdirmədikdə onlar saçın sağlam uzanmasına da mane olur. Saçqıranlar mütəmadi olaraq kəsildikdə isə saçlar daha tez və sağlam şəkildə uzanır.
Saçqıran olan saçları evdə özünüz də kəsə bilərsiniz.

Saçları təpə hissədə rezinlə toplayın. Sonra çəngə-çəngə ayıraraq gur işıq altında saç qayçısının köməyi ilə haçalanmış saç uclarını kəsin. Bunun üçün xüsusi olaraq saç qayçısından istifadə edin. Kağız, parça və başqa materialı kəsmək üçün istehsal olunan qayçılardan istifadə etməyin, onlar saçqıranları tam təmizləmir, üstəlik, daha da çox qırıq əmələ gəlməsinə səbəb olur.
4 çay qaşığı zeytun yağını, 1 ədəd yumurta sarısını və 1 desert qaşığı balı bir qabın içində yaxşıca qarışdırın və saçlarınızı çəngə-çəngə ayıraraq saçqıran yerlərə sürtün. Maskanı bütün saç uclarına çəkəndən sonra saçları dəsmalla bürüyün. 45 dəqiqə gözləyin və şampunla maskanı təmizləyin. Maskanı həftədə 1 dəfə edin.

Başqa bir resept:
1 çay qaşığı zeytun yağını, 1 çay qaşığı badam yağını, 2 xörək qaşığı avokado yağını bir qaba töküb ocaqda azca qızdırın və saç uclarına çəkin. Daha sonra saçları dəsmala bürüyün. Maska saçda ən az 6 saat qalmalıdır. Səhər qalxdıqda saçları bol şampunla yuyun. Bu maska saçların parıltısını özünə qaytaracaq, saçları yumşaldacaq və daha həcmli edəcək. Maskanı həftədə 1 dəfə təkrarlayın.
Saçqıranlara səbəb olan amillərdən uzaq durub, saçlara mütəmadi olaraq baxım maskaları çəksəniz, saçqıran əmələ gəlməsinin qarşısını ala bilərsiniz.
Saçqıranla mübarizə aparmağın üsulları

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Dilekler
Şərhlər : 3    Baxış: 10875
Tarix: 13-08-2017, 11:09

0 Bəyənməyib

Saytdakı şərh sayı: 21
Saytdakı xəbər sayı: 1

#3 Zeynep

26 avqust 2017 10:01 | Qeydiyyat Tarixi: 25.08.2017
TESEKKURLER LAZIMLI XEBERDI


Mikro Blok:
Saytdakı şərh sayı: 37
Saytdakı xəbər sayı: 0

#2 Deli_Dolu_

24 avqust 2017 09:14 | Qeydiyyat Tarixi: 24.08.2017
Sacqiranla mubarize aparmaq ucun utu fenler var Hem duz edir sacini hem temizleyir sac qirani.


Mikro Blok:
Saytdakı şərh sayı: 693
Saytdakı xəbər sayı: 96

#1 Ona mexsuz

13 avqust 2017 11:49 | Qeydiyyat Tarixi: 11.02.2016
Cox gözel melumat iydi təşəkürər əllərinizə saglık






Mikro Blok: . ✵ нəʍɨwə вʊ vaxтʟaʀ səռə ʏazıʀɖıʍ, ɨռɖɨ ɨsə səռɖəռ ʏazıʀaʍ
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 310588
Şərhləri:: 4333
V_L
Xalları: 101380
Şərhləri:: 280
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 61058
Şərhləri:: 127
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 58935
Şərhləri:: 2271
LeYLa^_^
Xalları: 53930
Şərhləri:: 344
Fatmanur
Xalları: 52371
Şərhləri:: 471
кαмкα
Xalları: 44401
Şərhləri:: 1531
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Reklam
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Mirzali_Aliyev
Şərh sayı: 1
Son şərhlər
  • Mirzali_Aliyev
    Müəllif: Mirzali_Aliyev
  • Göz_Yaşı
    Müəllif: Göz_Yaşı
  • Vusal-
    Müəllif: Vusal-
  • LeYLa^_^
    Müəllif: LeYLa^_^
  • Izzetli
    Müəllif: Izzetli
    Xəbər: Daş
  • Izzetli
    Müəllif: Izzetli
    Xəbər: Gəlmədin..!
Top şərh xəbər/ay

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2875 İstifadəçimiz Var!