Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1571
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1449
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 670
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 560
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 345
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 20/427
Я..
Xəbər sayı: 20/1380
Kimsesiz_Hisler
Xəbər sayı: 9/15
Emrah Babayev
Xəbər sayı: 4/50
_DELI_QIZ_
Xəbər sayı: 3/4
cobra_rapper
Xəbər sayı: 2/31
mp3es
Xəbər sayı: 2/69
Rihanna
Xəbər sayı: 1/229
I ♥♥♥ Allah
Xəbər sayı: 1/14
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
Reklam
Sayğac


 
Yayda sağlam və canlı saçlar üçün 8 qızıl tövsiyə


DS Laboratories-in saç mütəxəssisləri yayda sağlam, baxımlı və canlı saçlara sahib olmaq üçün 8 qızıl qaydanı açıqlayıb.

ABŞ-da saç və cildə qulluq sektorunun qabaqcıl markalarından olan DS Laboratories-in saç mütəxəssisləri hava temperaturunun yüksəldiyi yay aylarında sağlam və canlı saçlara sahib olmaq üçün tətbiq edilməsi gərəkli olanları və tövsiyələrini açıqlayıb.

Daha həcmli, canlı, parlaq və gözəl saçlar üçün müntəzəm qulluğun əhəmiyyətinə toxunan mütəxəssislər kənardan tətbiq olunan müalicə, qulluq və müxtəlif vasitələrlə birlikdə sağlam qidalanmanın da çox önəmli olduğunu vurğulayır.

Yay aylarında saçın və saç dərisinin qüvvətləndirilməsi və çətin günlərə hazırlanması lazımdır. Bunun üçün düzgün məhsullardan istifadə, stressdən uzaq durmaq, yuxu nizamına diqqət etmək və lazımi baxım prosedurlarının aparılması tövsiyə edilir.

DS Laboratories-in saç sağlamlığı mütəxəssislərinin tövsiyələri bunlardır:

1. Havalar çox qızmadan saç fenindən istifadəni azaldın

İsinməyə başlayan havalar saçların da daha çox və sürətlə qurumasına, kövrək quruluşa malik olmasına və solğun görünüş qazanmasına səbəb olur. Hava temperaturunun və havadakı nəm nisbətinin artmağa başladığı yayın ilk ayında saçqurutma cihazından mümkün qədər uzaq durulmalı, daha az fendən istifadə etməli və saça itirdiyi nəmliyi qaytarmaq üçün qulluq məqsədli prosedurlar aparılmalıdır.

2. Saç rənginizi qoruyun

Yay ayları ilə birlikdə hovuz və dənizə girmə halları da artır. Xüsusilə təbii olmayan və qoruyucu maddələrin sıxlıqla istifadə olunduğu hovuz suyu saçın kimyəvi tərkibini pozur, rəngini açır və saçlara zərər verir. Hovuzun bu zərərli təsirlərindən qorunmaq üçün yayın əvvəlində saçlara xüsusi qulluq olunmalı, həm saçın sağlamlığı, həm də canlı rəngini saxlaması zəmanət altına alınmalıdır.

3. Qidalanmanıza diqqət edin

Sağlam saçlara sahib olmaq sadəcə müntəzəm qulluq və kənardan tətbiq olunacaq vasitələrlə mümkün deyil. Canlı, parlaq və gur saçlar üçün nizamlı və sağlam qidalanma da bir o qədər əhəmiyyətlidir. Bunun üçün saçın ehtiyacı olan vitamin, mineral, amin turşusu, protein və yağlarla zəngin qidalara üstünlük verilməlidir.

4. Yuxunuzdan qalmayın

Yuxu bədənin özünü dincəltməsi və gərəkli enerjini yenidən toplaması üçün ən önəmli amillərdən biridir. Nizamlı və bölünməyən yuxu sağlam saçlar üçün də əhəmiyyətlidir.

5. Stressdən uzaq durun

Stress qadınların və kişilərin günümüzdə ən böyük problemlərindən biri olan saç tökülməsinin əsas səbəbləri sırasındadır. Yaz yorğunluğu, yaz depressiyası kimi fərqli səbəblərlə ortaya çıxan stress yay aylarında saç sağlamlığına da mənfi təsir göstərir. Bu səbəblə yaya daha sağlam və canlı saçlarla girmək üçün stressdən uzaq durmanız lazımdır.

6. Şampun seçiminə diqqət

Yaz ayları da daxil olmaqla yay ərzində istifadə olunan şampunları seçərkən daha diqqətli olmaq lazımdır. Saç növləri və quruluşları bir-birindən fərqli olduğu üçün şampun seçimində də saçın rəngini, növünü, keyfiyyətini və təbii strukturunu nəzərə alaraq qərar vermək lazımdır. Saçlarınızı kənar təsirlərdən qoruyan məhsullara üstünlük verə bilərsiniz. Saç dərisinə güc və canlılıq qazandıran, spesifik anti-DHT, antioksidant və anti-iltihabi təsirlərə malik şampunlardan istifadə etmək tövsiyə edilir.

7. Saçlarınızı yuma zamanını dəyişdirin

Yazda və yayda istifadə etdiyiniz şampun və saça qulluq vasitələrindən daha yüksək səviyyədə fayda əldə etmək üçün saçlarınızı axşam yumaq məsləhətdir. Bu halda saçı günəş işığı, toz, isti hava kimi təsirlərdən qoruyaraq daha az elektriklənməsini təmin edə və daha dalğalı, həcmli, parlaq və canlı saçlara qovuşa bilərsiniz.

8. Yayın əvvəlində saçlarınızı kəsdirin

Saç telləri uzandıqca qırılma, zəifləmə və tutqunlaşma səviyyəsi də artır. Saç tellərindəki qırılmalar və haçalanmalar uclardan başlayaraq ən üst nöqtəyə qədər çata bilir. Bunun üçün ilk əvvəl saç ustasına müraciət edərək qırılan hissələri götürməli, saçlarınızı kəsdirməli və saçınızın uzunluğunu sağlam hissələrə qədər qısaltmalısınız.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Şərhlər : 4    Baxış: 23508
Tarix: 20-06-2015, 14:35

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#4 Prenses93

25 oktyabr 2015 21:39 | Qeydiyyat Tarixi: 12.09.2015
saclarima cox qulluq eliyenem cox sagol melumatlar ucun de


Mikro Blok:
Saytdakı şərh sayı: 1496
Saytdakı xəbər sayı: 32

#3 кαмкα

8 sentyabr 2015 11:11 | Qeydiyyat Tarixi: 9.05.2015
ela melumat ucun sagol






Mikro Blok:
Saytdakı şərh sayı: 1038
Saytdakı xəbər sayı: 98

#2 SaFFron

29 avqust 2015 04:54 | Qeydiyyat Tarixi: 15.08.2015
Problem birce yuxumdadı,az yatmıram elede,ancaq gece yatmıram,bunun tesiri olur yeqin saçlara.






Mikro Blok: Həyanın zirvəsi, insanın özü-özündən həya etməsidir.(Hz.Əli)
Saytdakı şərh sayı: 3026
Saytdakı xəbər sayı: 70

#1 menim meleyim

22 iyun 2015 12:46 | Qeydiyyat Tarixi: 29.04.2015
maraqli idi cox sagol beyendim


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251759
Şərhləri:: 4065
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
V_L
Xalları: 51403
Şərhləri:: 251
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42496
Şərhləri:: 1496
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39715
Şərhləri:: 2183
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 53
_DELI_QIZ_
Şərh sayı: 33
Я..
Şərh sayı: 26
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 24
1337
Şərh sayı: 23
Rihanna
Şərh sayı: 10
Moonlight
Şərh sayı: 7
:Peri:
Şərh sayı: 5
milawkam
Şərh sayı: 5
Kate
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2435 İstifadəçimiz Var!