Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1572
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1453
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 670
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 560
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 345
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 20/1380
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 19/426
Kimsesiz_Hisler
Xəbər sayı: 9/17
Emrah Babayev
Xəbər sayı: 4/50
_DELI_QIZ_
Xəbər sayı: 3/4
cobra_rapper
Xəbər sayı: 2/31
mp3es
Xəbər sayı: 2/69
Rihanna
Xəbər sayı: 1/229
I ♥♥♥ Allah
Xəbər sayı: 1/14
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
Reklam
Sayğac


 
Televiziyaların sosial reklam qorxusu...


Yaxud, şadlıq evini təbliğ etmək olar, davranış mədəniyyətini yox?
"Övladımın türk kanallarına baxmasına daha çox üstünlük verirəm. Ən çox da reklamlara. Bilirsiniz niyə? Reklamlarda yer alan çarxlar çox maarifləndirici olur. İstər xəstəliklərlə, istər məişətlə, istərsə də yaşlılara münasibətlə bağlı. Müşahidələrim göstərir ki, övladım bu reklamlardan çox yararlanır. Hətta bəzən evdən çıxarkən oğlum bir neçə dəfə məndən qazı, işığı söndürüb söndürmədiyimi soruşub. Onun belə diqqətli olmasına çox sevinmişəm. Bunu hardan öyrəndiyini soruşduqda isə türk kanallarının birində yayımlanan reklamda bunu gördüyünü deyib mənə".

Bu sözləri "Bizim Yol"a 35 yaşlı Bakı sakini, valideyn Leyla Əliyeva deyib. O, iki övlad anasıdır. Həmsöhbətimiz bu gün uşaq tərbiyəsində maariflənmənin daim gərəkdiyini deyir: "İşlərim həddindən artıq çox olur. Ancaq buna baxmayaraq bəzi məsələlərə, xüsusi ilə də uşaqlarla bağlı məsələlərə diqqət ayırmağa çalışıram. Bir müddət öncə balaca oğlumla metrodan çıxarkən mənə divarlarda yer almış lövhədə nə yazıldığını soruşdu. Düzü əvvəllər diqqət etməmişdim. Baxdım ki, piyada keçidi ilə bağlı məlumatlandırmadır. Çox sevindim. Övladıma da lövhədə yazılan məlumatı izah etdim. Ancaq onu deyim ki, təkcə yazı xarakterli lövhələr bəs etmir. Sosial çarxlara ehtiyac var. Xüsusi ilə də insanlar videolarda gördüklərini unutmurlar. Özümdən bilirəm bunu. Televiziyada reklam fasilələrində hər hansı firmanın məhsullarının reklamı ilə birgə maarifləndirici reklamların da yer almasını istərdim. Valideyn ehtiyatsızlığından gündə bir hadisə yaşanır. Valideyni qınamıram. Gündəlik işlər o qədər olur ki... ancaq maarifləndirici çarxlar olsa, ən azından hər kəsin yaddaşında qısaca da olsa qalar".

Azərbaycanda müxtəlif mövzularda maarifləndirici istiqamətdə sosial çarxlara böyük ehtiyac var. Psixoloqlar hesab edir ki, sosial çarxlarda tanınmış simaların çəkilməsi insanlarda daha inandırıcı effekt yaradır. Bəzi tədqiqatçıların fikrincə, reklam dünyanın ən güclü sənət sahəsidir. Amerika psixoloqları belə hesab edirlər ki, 8 yaşınadək olan uşaqlar reklamları obyektiv tənqid etmək bacarığına malik deyillər və ona görə də orada bütün göstərilənlər onlara inandırıcı və həqiqət kimi gəlir. Azərbaycanda sosial çarxlar qanunvericiliyə əsasən, kanalların yeganə gəlir mənbəyi olan reklam blokunun içində təqdim olunur. Ona görə də efirə gedən belə pulsuz çarxların yayımlanması kanalların maddi marağında deyil.

"Təklif etmişdim ki, Maliyyə Nazirliyi müvafiq qurumlara, məsələn, təhsil, səhiyyə nazirlikləri, eləcə də ailə və qadın məsələləri ilə məşğul olan komitələrə vəsait ayrılsın. Bunun müqabilində onlar sosial xarakterli roliklər hazırlasınlar ki, bu roliklər özəl telekanallarda nümayiş etdirilsin. Əlbəttə ki, telekanalların gücü çatmır ki, bu rolikləri hazırlasın. Məsələn, Türkiyə və Rusiyada sosial səpgidə roliklər vaxtaşırı nümayiş etdirilir. Nəticədə bu roliklərin çox böyük müsbət təsiri olur", -deyə millət vəkili Elmira Axundova anspressə açıqlamasında bildirib.

Reklamçılar İttifaqının vitse-prezidenti Səyalı Səfərova isə qeyd edib ki, telekanalın büdcəsində vəsait çatmırsa və verilən reklamlara onun ehtiyacı varsa, telekanal necə öz cibindən pul verə bilər: "Televiziya özü-özünü maliyyələşdirdiyinə görə, onun büdcəsinə pul gəlmədiyinə görə, dövlət tərəfindən verilən hər hansı bir sosial reklam dövlət tərəfindən verilirsə, dövlət tərəfindən maliyyələşməlidir".

"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova "Bizim Yol"a açıqlamasında bildirdi ki, əslində sosial çarxlar təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkələrində əhalinin müxtəlif sosial problemlərlə bağlı məlumatlanması, o cümlədən yararlanması üçün istifadə olunan geniş vasitədir: "Azərbaycanda bu hal niyə geniş vüsət almayıb deyə hər dəfə bu sualın cavabını axtarırıq. Çünki əksər televiziyalar özəldir. İctimai TV qismən ödənişli bu sosial reklam çarxlarına yer verə bilir. Lakin əhəmiyyətli məqamda veriləcək sosial reklam çarxlarının ödənişi baha başa gələ bilir. Ölkədə sosial çarxlar əsasən biznes strukturları və QHT-lər tərəfindən hazırlanır. Bizness çarxları təbii ki, istənilən verilişin fasiləsində və ya verilişdən sonra nümayiş etdirilə bilir. Lakin QHT-nin imkanları olmadığı üçün buna elə də yer ayırmırlar".

M.Zeynalovanın sözlərinə görə, məsələnin mahiyyəti odur ki, televiziyalar sosial çarxlara yer vermək arzusunda deyillər: "Belə qənaət yaranır ki, TV rəhbərləri insanların daha məlumatsız olmasına elə bil ki, maraqlıdırlar. Biznes sahəsində kifayət qədər eybəcər və tərkibində seksual elementlər olan sosial roliklər ödənişli olduğu halda heç bir qadağa qoyulmadan verilə bilər. Yadınıza salın, südün reklamı ilə bağlı... Əgər əhali buna qarşı çıxmasa idi, bəlkə hələ də həmin rolik televiziya kanallarında gedəcəkdi. Bütün məsələlərin çox sadə cavabı var. Televiziya rəhbərləri istəsələr, bu sosial roliklər üçün pulsuz imkanlar yaradıla bilər və əhali bundan yararlana bilər".
Rejissor Elcan Məmmədov da "Bizim Yol" əməkdaşı ilə söhbətində bildirdi ki, büdcə baxımından bu sosial çarxlara xərclənəcək pulları çox hesab etmir, amma baxır kim çəkir: "Məsələn, tanınmış xarici şirkət çəkirsə, onlar heç vaxt az büdcəyə razı olmazlar. Niyə? Çünki əksər ölkələrdə bizim tutalım sifarişçilərə çox görünə bilən büdcə mövzusu təbəssüm doğurur. Ancaq heç bu da vacib deyil. Təki istək olsun. Yəni sosial çarxların nə qədər dəyərli və vacib bir mədəniyyət, əxlaq elementi olması, onun təsiri televiziya tərəfindən qəbul edilsin. Türkiyə məncə bu istiqamətdə Avropanı da bəlkə də qabaqlayır".

E.Məmmədovun sözlərinə görə, QHT-lər bu sahədə fəal idilər. Son illər rejissor özü də bu layihələrin iştirakçısı olub: "Ancaq büdcə azlığı tam istədiyimi çəkməkdə çətinliklər yaradıb. Bununla belə mən belə layihələrin uğuruna inanıram. On dəfələrlə kolbasanın, sementin və başqa məhsulların bəsit reklamına pul xərcləyincə,həmin şirkətlər elə sosial mövzularda müraciət etsələr, daha çox rəğbət qazanarlar. Dünya bu yolla gedir. Məsələn, məşhur qısa film var sosial yönümlü. Adı "LG Momentos"dur. Bütün xərcini LG şirkəti özü çəkib. Özü də film boyu reklamı gedir dramaturgiya baxımından. Gələcəkdə əlbəttə,geniş vüsət alacaq".

Azərbaycanda bütün reklam yayımçıları ümumi reklam vaxtının, nəşrlərdəki reklam yerlərinin, reklam qurğularının ən azı 8 faizini sosial reklamlar üçün ayırmağa məcbur ediləcək. Bunu isə "Reklam haqqında" qanun layihəsinin ikinci oxunuşunda Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib. Qeyd edək ki, mövcud qanunvericilikdə bu rəqəm 5 faiz müəyyən edilmişdi. O əlavə edib ki, təqdim olunan layihədə sosial reklam anlayışına, onun hazırlanması və yayınmlanması qaydalarına aydınlıq gətirilib.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:QUB3RN4T0R
Şərhlər : 4    Baxış: 14352
Tarix: 14-08-2015, 22:29

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#4 Prenses93

30 noyabr 2015 17:58 | Qeydiyyat Tarixi: 12.09.2015
Evvelını oxudum) duz deyır turk reklamları qeweng olur


Mikro Blok:
Saytdakı şərh sayı: 2806
Saytdakı xəbər sayı: 15

#3 milawkam

4 noyabr 2015 13:25 | Qeydiyyat Tarixi: 3.08.2015
oxumadım sora oxuyacam çox teşekürelr


Mikro Blok:
Saytdakı şərh sayı: 1355
Saytdakı xəbər sayı: 95

#2 .::AliCe::.

24 avqust 2015 22:11 | Qeydiyyat Tarixi: 2.08.2015
bizdeki reklamlar etimi tokur :D cox saol xeber ucun






Mikro Blok: oɴυ вoş veʀ,вυɴυ вoş veʀ, -вoş veʀə-veʀə çüʀüdüм αʀтıq..!
Saytdakı şərh sayı: 1038
Saytdakı xəbər sayı: 98

#1 SaFFron

20 avqust 2015 22:29 | Qeydiyyat Tarixi: 15.08.2015
Bizdə fərli başdı reklam çəkə bilmirlər.1 reklam bəyənmişəm oda ki Ramazan aylarında çəkilmiş bir reklam idi,o yaxşıdı idi.






Mikro Blok: Həyanın zirvəsi, insanın özü-özündən həya etməsidir.(Hz.Əli)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251776
Şərhləri:: 4068
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
V_L
Xalları: 51403
Şərhləri:: 251
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42496
Şərhləri:: 1496
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39735
Şərhləri:: 2188
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 60
_DELI_QIZ_
Şərh sayı: 33
Я..
Şərh sayı: 26
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 24
1337
Şərh sayı: 23
Rihanna
Şərh sayı: 10
Moonlight
Şərh sayı: 7
:Peri:
Şərh sayı: 5
milawkam
Şərh sayı: 5
Kate
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2437 İstifadəçimiz Var!