Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
yuklenir...
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1689
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1641
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1005
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 675
..::Рианна::..
ICQ: 999
Forum şərhi: 609
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 355
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
V_L
Xəbər sayı: 75/715
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 25/482
Я..
Xəbər sayı: 23/1483
ღɴαrιɴ_yαɢιѕнღ
Xəbər sayı: 15/977
KamranBabayev
Xəbər sayı: 4/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 4/107
FeRiD`aZeRi
Xəbər sayı: 3/44
_SWEET_
Xəbər sayı: 3/4
QUB3RN4T0R
Xəbər sayı: 1/128
_ULYA_
Xəbər sayı: 1/11
Reklam
Sayğac


 
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür


Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar təhsili yarımçıq qalıb.

Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışıb, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləyib və general-mayor rütbəsinə yüksəlib.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışıb. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın həmin dövrdəki rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.


Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib.

1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina edib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Şərhlər : 5    Baxış: 105238
Tarix: 10-05-2015, 15:36

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#5 Prenses93

30 noyabr 2015 11:53 | Qeydiyyat Tarixi: 12.09.2015
cox sgaol melumatlarcun


Mikro Blok:
Saytdakı şərh sayı: 1523
Saytdakı xəbər sayı: 32

#4 кαмкα

24 sentyabr 2015 14:25 | Qeydiyyat Tarixi: 9.05.2015
ALLAH REHMET ELESIN






Mikro Blok:
Saytdakı şərh sayı: 614
Saytdakı xəbər sayı: 129

#3 SolniShko

10 may 2015 17:14 | Qeydiyyat Tarixi: 1.05.2015
Melumat ucun tewekkurler....






Mikro Blok:
Saytdakı şərh sayı: 148
Saytdakı xəbər sayı: 73

#2 _PrinsessA_

10 may 2015 16:53 | Qeydiyyat Tarixi: 5.05.2015
Məlumat ucun cox sagolun


Mikro Blok:
Saytdakı şərh sayı: 316
Saytdakı xəbər sayı: 26

#1 SEHRI

10 may 2015 16:43 | Qeydiyyat Tarixi: 6.05.2015
Xəbərə görə çox sağol


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 273677
Şərhləri:: 4210
V_L
Xalları: 75392
Şərhləri:: 254
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 55482
Şərhləri:: 115
Fatmanur
Xalları: 51871
Şərhləri:: 471
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 47144
Şərhləri:: 2230
кαмкα
Xalları: 44377
Şərhləri:: 1523
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
Miss_Vampirka
Xalları: 36858
Şərhləri:: 1057
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Reklam
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
_SWEET_
Şərh sayı: 29
Я..
Şərh sayı: 28
Ferqane.001
Şərh sayı: 17
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 16
KamranBabayev
Şərh sayı: 13
Ona mexsuz
Şərh sayı: 12
milawkam
Şərh sayı: 11
Fatmanur
Şərh sayı: 9
I ♥♥♥ Allah
Şərh sayı: 4
Kenan Musa
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2541 İstifadəçimiz Var!