Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1523
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1373
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 660
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 504
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 342
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 12/1371
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 12/420
Kimsesiz_Hisler
Xəbər sayı: 5/11
_DELI_QIZ_
Xəbər sayı: 2/3
Emrah Babayev
Xəbər sayı: 2/49
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
1337
Xəbər sayı: 1/2
Reklam
Sayğac


 
"Qarabağ"a dırnaqarası baxmaq düzgün deyil"



Məşhur "For For Two" jurnalı "Qarabağ"la bağlı maraqlı yazı dərc edib.

"seninem.az"ə istinadən həmin yazını təqdim edir:

"Tottenhem"in qrup mərhələsindəki rəqibinin çətin və iztirablarla dolu keçmişi onlara meydanda güc və motivasiya verir...

Onlar kimdir?

Qarabağdan danışarkən onların özünəməxsus və kədərli keçmişlərini qeyd etməmək mümkün deyil. "Qarabağ"ın əsası Qarabağda, zəngin tarixə malik Ağdam şəhərində qoyulub. Sovet dönəmində Azərbaycan çempionatında oynayırdı. İmperiyanın dağılmasından sonra onlar 1993-cü ildə Azərbaycan çempionu oldular, ancaq eyni zamanda bölgədə dəhşətli etnik münaqişə də baş verdi.

Erməni qoşunları Ağdamı işğal edir, stadion da daxil olmaqla bütün şəhəri dağıdır, müharibə cinayətləri törədir. Yerli azərbaycanlı əhali məcburiyyət qarşısında qalaraq ölkənin digər bölgələrinə köç etməli olur. Ağdam hazırda dünyanın ən böyük xarabalığı və kabus şəhəridir və hələ də orada heç kim yaşamır. Komanda Bakıda oynadığı müddətdə də öz adını saxlayır, onlar hələ də Qarabağ bölgəsini təmsil edirlər və 20 ildən sonra belə bir gün geriyə qayıdacaqlarının şövqü ilə yaşayırlar. Meydandakı uğurları, xüsusilə 2014 və 2015-də Azərbaycan çempionu olmaları və Avropada fenomenal uğurlar qazanmaları onlar üçün böyük qürur mənbəyidir. Oyunçular və tərəfdarlar Avropa klubları ilə qarşılaşarkən bir savaş abu-havasına köklənirlər, sanki onlar öz vətənləri uğrunda döyüşürlər. Bu, xüsusilə yarımmüdafiəçi Qara Qarayev üçün keçərlidir. O, 1992-ci ildə Füzuli şəhərində doğulub və onun ailəsi də müharibə səbəbindən öz yurdlarını tərk etmək məcburiyyətində qalıb.

"Qarabağ"ın uğurları, millinin keçmiş hücumçusu Qurban Qurbanovun məşqçi postuna keçməsindən sonra başlayıb. O, millidə 67 oyun keçirib və Azərbaycanda taktiki dahi olaraq qəbul olunur. Onun sadəcə 43 yaşı var, ancaq 2008-ci ildən bəri "Qarabağ"ın baş məşqçisidir. 2009-da "Rusenburq" və 2010-da "Visla" Krakovu məğlub etdikdən sonra onlar, "Tvente"ni rəqib meydanında vurduqları bir qolla məğlub edərək, nəhayət ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana bildilər. "Sent Etyen"lə iki dəfə heç-heçə etməklə, "Dnepr"i Ukraynada məğlub etməklə mətbuatın diqqətini öz üzərinə çəkməyi bacardılar. Son oyunda onlar İtaliya "İnter"i ilə qarşılaşdılar. Matçdan öncə bilirdilər ki, qalib gəlməklə 1/16 finala çıxaracaqlar. Ancaq tamamilə haqlı olan qol sayılmadı və sirli şəkildə qrup mərhələsində qaldılar. 0-0 hesabı "Dnepr"ə növbəti mərhələyə keçməyə imkan verdi və onları "azərilər"in yerini tutdular. Daha sonra ukraynalılar finala qədər irəlilədi. Bu mövsüm Qurbanovun ordusu ÇL-ə çıxmaq xəyalları qururdu, ancaq onlar "Seltik"ə cəmi bir topla məğlub oldular, daha sonra "Yanq Boyz"u iki oyunda 4-0 məğlub edərək sübut etdilər. Bununla da "Qarabağ" keçən mövsümdəki uğurlarının heç də təsadüfi olmadığını sübuta yetirdi. "Qarabağ" Avropa standartlarına uyğun komandadır və onlar misilsiz təcrübə sahibdir. Bu mövsüm püşkün nəticələri onlarçün heç də uğurlu olmadı - "Monako", "Anderlext" və "Tottenhem"lə eyni qrupa düşüblər və bu qrup onlar üçün çox çətindir. Ancaq "Qarabağ"a dırnaqarası baxmaq düzgün deyil, onlar istənilən rəqibə çox ciddi başağrısı ola biləcək bir komandadır.

Güclü tərəflər

Siyasi keçmiş "Qarabağ"a xüsusi motivasiya verir, onlar keçmişdə baş verən səbəblərdən ötrü döyüşürlər və bütün Qarabağ bölgəsinin gücünü öz arxalarında hiss edirlər. Hətta legioner oyunçular belə anlayır ki, Avropadakı hər oyunun xüsusi əhəmiyyəti var. Azərbaycan çempionunun etibarlı müdafiə xətti var. 33 yaşlı kapitan Rəşad Sadıqov müdafiə xəttinin lideridir, o, indiyə qədər yüzlərlə oyunda forma geyinib, çox böyük təcrübəyə malikdi. O, həmin mövqedə gənc, sürətli Bədavi Hüseynova da kömək edir. "Qarabağ" Avropa Liqasının 6 oyununda cəmi 5 qol buraxıb, daha önəmlisi isə odur ki, onlar bu yay "Rudar", "Seltik" və "Yanq Boyz"la keçirdikləri 6 oyunda cəmi bir qol buraxıblar.

Zəif tərəflər

Qol vəziyyətlərindən yararlanma komandanın ən zəyif cəhətidir. Statistika fərqli ola bilər, ancaq "Qarabağ", əsasən hücum futbolu oynamağa çalışır - hətta güclü rəqiblərlə qarşılaşmalarda belə. "İnter"ə qarşı oyunda onlar çoxlu qol vəziyyətləri yaratsalar da, heç birini reallaşdıra bilmədilər. Başqa bir problem isə komandanın sürətinin aşağı olmasıdır, xüsusilə mərkəz xəttində. Onların bu zəyifliyi Son Hyunq Min üçün üstünlük ola bilər.

Taktika

Qurbanov Pep Quardiolanın çoxdankı azarkeşidir və 2012-ci ildə o, "Barselona"ya səyahət edərək öz idealından öyrənmək şansı qazanıb. "Qarabağ" bəzən "Qafqazın Barselona"sı olaraq da tanınır. Onların oyun tərzi çox cəlbedicidir. Qısa ötürmələrlər, səbirli oyun, topla ağıllı rəftar.. Və nə vaxt ki, sürətli oyun lazım olur, onda "Qarabağ"ın qanad oyunçuları - Reynaldo və Əfran İsmayılov işə düşür. Yarımmüdafiəçiləri mərkəz müdafiəyəyə yaxın oynamaqla Qarabağ 4-5-1 düzülüşündə keçir və oyunun gedişində düzülüş 4-3-3 olaraq də dəyişə bilir.

Əsas oyunçular

Bəzi fanatlar tərəfindən "Azəri Ronaldo" ləqəbi verilmiş Reynaldo həm qanad oyunçusu, həm də hücumçu olaraq oynaya bilir və komandanın ən texnikalı üzvüdür. O, 18 yaşında "Anderlext"lə müqavilə imzalayıb, "Cercle Brügge" və "Vesterlo"da icarədə oynayıb. Ancaq Belçikada öz potensialını göstərə bilməyib. Braziliyalı 2013-cü ildən "Qarabağ"a qoşulduqdan bəri Qurbanov onun potensialından tamamilə yararlana bilir. 26 yaşlı futbolçu çıxdığı 97 oyunda 49 qol vurmağı bacarıb. O, yaradıcı, sürətli və böyük driblinq bacarığı olan futbolçudur.

Populyar tərəfləri

"Qarabağ" avrokuboklardakı ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirir. Tofiq Bəhrəmov yan xətt hakimi olub və Azərbaycan futbol simaları arasında ən məşhurudur. O, 1966-cı ildə DÇ-də Cof Hörstün mübahisəli qolunu qeydə almışdı. Referi 1993-cü ildə dünyasını dəyişsə də, onun adı hələ də yaşayır.

Klub əfsanələri

Bir çox fanat Sadıqovu klubun canlı əfsanəsi olaraq qəbul edir , ancaq çox güman ki, bu, mübaliğədir. Bu şərəf Allahverdi Bağırova aid olmalıdır. Dağlıq Qarabağ münaqişəsi başlamadan öncə o klubun baş məşqçisi idi. Müharibə vaxtı Bağırov öz batalyonunu yaradır və onlarla insanın həyatını xilas edir. Bağırov maşını ilə 1992-ci ildə tank əleyhinə minaya düşərək vəfat edir və ölümündən sonra Azərbaycanın milli qəhramanı adını alır. Əgər nə vaxtsa "Qarabağ" öz doğma şəhərinə qayıtsa, çox güman ki, orada tikiləcək yeni stadion Allahverdi Bağırovun adını daşıyacaq.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Taleh
Şərhlər : 5    Baxış: 16078
Tarix: 19-09-2015, 14:29

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#5 Prenses93

30 noyabr 2015 01:55 | Qeydiyyat Tarixi: 12.09.2015
paylasimcun cox sagol


Mikro Blok:
Saytdakı şərh sayı: 327
Saytdakı xəbər sayı: 0

#4 Alik_Ramazanov

26 sentyabr 2015 03:31 | Qeydiyyat Tarixi: 1.08.2015
Kim idiki dirnaq arasi baxan . yixma gozel sastavdi ama qarabax deyende orda 1 oyuncu efqan narmaldi Azerileriden yeni . Gedib negirleri almaqla deyil . oz cavanlarimiza xerslensedyi o pullar . yeiqn olardan hec secilemzdi oyunamaqda






Mikro Blok:
Saytdakı şərh sayı: 3026
Saytdakı xəbər sayı: 70

#3 menim meleyim

24 sentyabr 2015 15:31 | Qeydiyyat Tarixi: 29.04.2015
Azerbaycanda fovorisi odugum kukubdu qarabag cox sagol melumata gore


Mikro Blok:
Saytdakı şərh sayı: 2805
Saytdakı xəbər sayı: 15

#2 milawkam

19 sentyabr 2015 18:24 | Qeydiyyat Tarixi: 3.08.2015
melumata gore cox saol cnm


Mikro Blok:
Saytdakı şərh sayı: 108
Saytdakı xəbər sayı: 13

#1 cuppuw

19 sentyabr 2015 15:17 | Qeydiyyat Tarixi: 13.09.2015
Qarabag yekdi ve tekdi)))) melumata gore twkler


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251693
Şərhləri:: 4058
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42493
Şərhləri:: 1495
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39674
Şərhləri:: 2181
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 34
_DELI_QIZ_
Şərh sayı: 23
Я..
Şərh sayı: 18
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 17
Moonlight
Şərh sayı: 6
Rihanna
Şərh sayı: 6
1337
Şərh sayı: 5
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
milawkam
Şərh sayı: 4
Nakam Sevgim
Şərh sayı: 3
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2429 İstifadəçimiz Var!