Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1530
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1380
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 665
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 508
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 342
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 13/1371
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 12/426
Kimsesiz_Hisler
Xəbər sayı: 5/11
_DELI_QIZ_
Xəbər sayı: 2/3
Emrah Babayev
Xəbər sayı: 2/48
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
1337
Xəbər sayı: 1/2
Reklam
Sayğac


 
Qurban Qurbanov onların duasını eşidəcəkmi?


Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına sentyabrın 25-də start veriləcək. Turun oyunları yenə də 3 gün ərzində keçiriləcək.

seninem.az-a istinadən 6-cı turun afişasını təqdim edir.

"Qəbələ" özü onlara bu şansı verməsə...

İlk oyun günündə Avroliqa iştirakçısı "Qəbələ" də meydana çıxacaq. Əslində bu qarşılaşma sentyabrın 27-də keçirilməliydi. Ancaq klub rəhbərliyi Krasnodara səfər edəcəklərini nəzərə alaraq, oyunun iki gün əvvələ çəkilməsi xahişilə PFL-ə müraciət etmişdi. Qurum isə onların bu xahişini yerinə yetirdi. Heç şübhə olmasın ki, Roman Qriqorçuk "Rəvan"la oyunda "Krasnodar"la qarşılaşmanı düşünəcək. Avropa Liqasının qrupundakı 2-ci qarşılaşma "Qəbələ" üçün çox vacibdir. Komanda səfərdən ən azı bir xalla qayıda bilsə, qrupdan çıxmaq şansını artıracaq. Güman ki, Qriqorçuk "Krasnodar"la oyunda da legionerlərin xidmətindən yararlanacaq. Ola bilsin ki, ukraynalı mütəxəssis əsas silahlarından sayılan legionerlərə "Rəvan"la oyunda dincəlmək şansı versin. "Rəvan" yalnız bu halda "Qəbələ"dən xal almaq şansı qazana bilər. Emin Quliyevin çalışdırdığı komandanın günü-güzəranı hər kəsə bəllidir. Qələbə üzünə həsrət qalan komanda "Qəbələ"yə qalib gələcək gücdə deyil. Təbii ki, "Qəbələ" özü onlara bu şansı verməsə...

Statistika nə deyir?

"Rəvan" son 5 qarşılaşmada qalib gəlməyib. "Qəbələ" səfərdəki bütün matçlarda qələbə qazanıb.

Rəvan - Qəbələ: 8 oyun, 2 qələbə, 1 heç-heçə, 5 məğlubiyyət, top fərqi - 8:16.

"Kəpəz" "autsayder" statusu ilə barışmalıdır?

Günün digər qarşılaşmasında "İnter" "Kəpəz"i qəbul edəcək. Ağır maliyyə durumuna rəğmən, "İnter" hər kəsi təəccübləndirir. Bankirliyindən əsər-əlamət qalmayan "Bankirlər" liderlər qrupunda qərarlaşıblar. "Kəpəz" isə hələ də statusunu müəyyənləşdirmək üçün çabalayır. "Qarabağ"la oyun göstərdi ki, Gəncə klubu iddialılarla mübarizə aparmaq gücündə deyil. Bu komanda olsa-olsa ortabab ola bilər. Amma bunun üçün də "İnter"lə oyundan ən azı bir xalla ayrılmaq vacibdir. "İnter" liderlər qrupunda olsa da, etiraf edək ki, "Qarabağ" deyil. "Kəpəz" bu komandaya da müqavimət göstərə bilməyəcəksə, onda "autsayder" statusu ilə barışmalıdır.

Statistika nə deyir?

"İnter" son 3 qarşılaşmada qalib gəlib. "Kəpəz" 5 oyundur qalib gələ bilmir. Paytaxt təmsilçisi tarixi ərzində evdə gəncəlilərə uduzmayıb.

İnter - Kəpəz: 18 oyun, 12 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət, top fərqi - 38:18.

"Neftçi"ni biabırçı təslimçilikdən nə xilas edə bilər?

Sentyabrın 26-da daha bir Avroliqa iştirakçısı - "Qarabağ" da meydana çıxacaq. Rəqib isə "Neftçi"dir. Heç şübhə olmasın ki, "Neftçi"nin bəxti gətirib. Bəxti gətirib ki, "Qarabağ" "Neftçi" ilə oyunu yox, "Anderlext"lə qarşılaşmanı düşünəcək. Yoxsa, "Neftçi" o dünyanı görüb, qayıtmalı olacaqdı. Cəmisi 14 futbolçusu olan, meydanda da azlıqda qalan bir komandaya - "Xəzər Lənkəran"a qalib gələ bilməyən "Ağ-qaralar" "Qarabağ"a neynəyə bilər? Güman ki, şanslarının olmadığını elə Samir Əliyev də bilir. "Neftçi"ni biabırçı təslimçilikdən bir şey xilas edə bilər - Qurban Qurbanovun meydana eksperimental heyəti buraxması. Güman ki, indi "Neftçi" rəhbərliyi və məşqçilər korpusu yalnız bunun üçün dua edirlər. Qurban Qurbanov onların duasını eşidəcəkmi?

Statistika nə deyir?

"Qarabağ" son 8 qarşılaşmada uduzmayıb. "Neftçi" bu qarşılaşmalarda cəmi 3 xal əldə edib. Ağdam təmsilçisinin son 5 ev oyunundan 4-də hər iki komanda qol vurub.

Qarabağ - Neftçi: 60 oyun, 20 qələbə, 23 heç-heçə, 17 məğlubiyyət, top fərqi - 59:57.

AZAL hansı məqamdan yararlanmalıdır?

Günün digər qarşılaşmasında isə çempionatın autsayderləri - "Sumqayıt"la AZAL qarşılaşacaq. Hər iki komanda qələbə üzünə həsrətdir. "Sumqayıt" heç olmasa 3 heç-heçə ilə 3 xal qazana bilibsə, AZAL nə xal əldə edib, nə də qol vurub. "Təyyarəçilər" biabırçı statistikadan qurtulmaq üçün "Sumqayıt"la oyuna ümid bağlamalıdır. Bu komanda qeyri-sabit oyunla bərabər, düşərgədəki gərgin əhval-ruhiyyə ilə də fərqlənir. AZAL da məhz bu məqamdan yararlanmalıdır. AFFA-nın baş katibi Elxan Məmmədovun "möhtəşəm" layihəsi isə ildən-ilə üz qızardır. "Sumqayıt" bu oyunda da qalib gələ bilməsə, Elxan Məmmədov belə layihəyə görə üzr istəməlidir.

Statistika nə deyir?

Ardıcıl 2 matçda heç-heçə qeydə alınıb. AZAL son 4 qarşılaşmada uduzmayıb. "Sumqayıt" son 6 ev görüşündə yalnız 1 dəfə qələbə qazanıb.

Sumqayıt - AZAL: 16 oyun, 3 qələbə, 7 heç-heçə, 6 məğlubiyyət, top fərqi - 17:23.

"Zirə"nin dizi "fırtınalar meydanı"nda yerə gələcək?

Çempionatın son oyunu Lənkəranda baş tutacaq. "Xəzər Lənkəran" "Zirə"ni qəbul edəcək. "Ağ-yaşıllar"ın durumu hər kəsə bəllidir. FİFA-nın tətbiq etdiyi qadağa ucbatından Yunis Hüseynov gənclərə güvənmək məcburiyyətindədir. Amma bununla belə, "Xəzər Lənkəran" hələ ki, mütəxəssisləri təəccübləndirir. Elə çempionatın debütantı da hamını təəccübləndirir. Hələ ki, "Zirə"nin dizini bükən olmayıb. "Xəzər Lənkəran" "Neftçi" ilə oyundakı əzmkarlığı bu dəfə də göstərə bilsə, "Zirə"nin dizinin "fırtınalar meydanı"nda yerə gələcəyi şəksizdir.

Bu komandalar indiyədək qarşılaşmayıblar.

Azərbaycan Premyer Liqası. 6-cı tur

25 sentyabr

19:00 İnter - Kəpəz

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Ziya Nəsirov.

AFFA nümayəndəsi: Arif Fərəcov.

Hakim-inspektor: Vüsal Əliyev.

"İnter Arena"

20:00 Rəvan - Qəbələ

Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rahil Ramazanov, Mehman Mahmudov.

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Murad Məmmədov.

"Bayıl Arena"

26 sentyabr

Qarabağ - Neftçi

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov.

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Namiq Məstanov.

Hakim-inspektor: Gülağa Cabbarov.

Qeyd: "Qarabağ" - "Neftçi" görüşünün yeri və vaxtı dəqiqləşdikdən sonra bu barədə məlumat veriləcək.

19:00 Sumqayıt - AZAL

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev.

AFFA nümayəndəsi: Adil Nadirov.

Hakim-inspektor: Xaqani Məmmədov.

"Kapital Bank Arena"

27 sentyabr

21:00 Xəzər Lənkəran - Zirə

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev.

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Hakim-inspektor: Fazil Mürşüdov.

"Xəzər Lənkəran" mərkəzi stadionu

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Taleh
Şərhlər : 3    Baxış: 17362
Tarix: 25-09-2015, 11:32

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#3 Prenses93

30 noyabr 2015 11:11 | Qeydiyyat Tarixi: 12.09.2015
cox sagol paylasimcun)


Mikro Blok:
Saytdakı şərh sayı: 327
Saytdakı xəbər sayı: 0

#2 Alik_Ramazanov

26 sentyabr 2015 02:12 | Qeydiyyat Tarixi: 1.08.2015
Gence kamandasini cox deyisib . Yeqin oyunlarina baxaniniz varsa ,. Goreceysiz . indi uduzursa . Oynayib narmal uduzur . Mence bu kamandan geleceyi var heyqiden






Mikro Blok:
Saytdakı şərh sayı: 3026
Saytdakı xəbər sayı: 70

#1 menim meleyim

25 sentyabr 2015 12:58 | Qeydiyyat Tarixi: 29.04.2015
futboldan zda olsa xowum gelirdise indi gelmir senin sayende taleh 53 az paylawda bu xeberleri


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251707
Şərhləri:: 4061
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42496
Şərhləri:: 1496
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39694
Şərhləri:: 2181
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 40
_DELI_QIZ_
Şərh sayı: 23
Я..
Şərh sayı: 18
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 18
Moonlight
Şərh sayı: 6
Rihanna
Şərh sayı: 6
1337
Şərh sayı: 5
:Peri:
Şərh sayı: 5
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
milawkam
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2430 İstifadəçimiz Var!