Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1572
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1453
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 670
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 560
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 345
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 20/1380
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 19/426
Kimsesiz_Hisler
Xəbər sayı: 9/17
Emrah Babayev
Xəbər sayı: 4/50
_DELI_QIZ_
Xəbər sayı: 3/4
cobra_rapper
Xəbər sayı: 2/31
mp3es
Xəbər sayı: 2/69
Rihanna
Xəbər sayı: 1/229
I ♥♥♥ Allah
Xəbər sayı: 1/14
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
Reklam
Sayğac


 
"Qoy "Qarabağ" hamıya qalib gəlsin, bircə "Neftçi"dən başqa"


"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Premyer Liqamızın 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirilmiş oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

SENINEM.az-ın məlumatına görə klub rəhbəri söhbətə başlamamışdan öncə matçın son dəqiqəsində komandasının qapısına təyin edilmiş penalti epizoduna kəskin etiraz edib.

- "Qarabağ"la matçda "Neftçi"nin özünü necə göstərdiyini gördünüz. Mən 90+1-ci dəqiqədə "Neftçi"nin qapısına təyin olunmuş penaltini qəbul edə bilmərəm. Hesab edirəm ki, biz bu gün qələbə qazandıq. Nə edək ki, matçın sonunda bizi heç nədən məyus etdilər. Özünüz də hər şeyi gördünüz. Siz idman jurnalistləri gördüklərinizi düzgün yazmalısınız. Əgər gördüklərinizi düzgün yazsanız, hamı başa düşəcək ki, biz qalib gəlmişik. Şəxsən mən 100 faiz qələbə qazandığımızı düşünürəm.

- Oyun bitəndən sonra penalti epizodunun təkrarını izlədiniz?

- Bəli izlədim. Çox adam da televiziya vasitəsi ilə izləyib bizə deyir ki, siz qələbə qazandınız.

- Epizodla bağlı AFFA-ya şikayət edəcəksiniz?

- Bəli, bu epizodla bağlı mütləq şikayət edəcəyik. Səfərdə oynasaq da, bura gəlib yaxşı futbol sərgiləyə bildik. Matçdan öncə "Neftçi"nin şansının olmadığını deyirdilər. Hamı "Qarabağ"ın böyük klub olduğunu, Avropa Liqasında çıxış etdiyini danışırdı. Düzdür, yaxşı komandadır. Mənim də xoşuma gəlir. Amma "Neftçi" sübut etdi ki, onlardan pis oynamır. Hətta bu gün daha yaxşı oynadı.

- Sizə elə gəlmir ki, "Qarabağ" gücünü Avroliqada qarşılaşacağı "Anderlext"lə oyuna saxlayırdı?

- Mən buna inanmıram. Mən yazıçıyam. Yaxşı yazıçı pis nəsə yazmaz. "Qarabağ" yaxşı oynadı, amma "Neftç" daha üstün idi. Məgər siz bunu görmədiniz? Görmədinizsə, "Qarabağ"ın daha yaxşı oynadığını yazarsınız. Amma bu, belə deyil axı. Hamınız görmüsünüz.

- Penalti epizodunu çıxsaq, hakimliyi necə dəyərləndirərdiniz?

- Mən hesab edirəm ki, penalti epizodu "Neftçi"yə qarşı haqsızlıq idi. Bütün peşəkarların həmin məqama baxmasını istərdim. Sizin yazıları gözləyirəm, görək nə qiymət verəcəksiniz. Doğru yazmaq istəyirsinizsə, onda "Neftçi"nin "Qarabağ"dan zəif olmadığını yazın.

- Ola bilərmi "Azərsun Arena"nın açlışına görə "Qarabağ"a güzəştə getdilər?

- Mən istəmirəm bunu deyim. Çox gözəl stadion tikiblər. Buna görə onları təbrik edirəm. Mənim atam ağdamlıdır. Uşaqlıqda "İmarət" stadionunu görmüşdüm. "Qarabağ"la "Neftçi" oynayanda, təbii ki, ürəyim bölünür. Qoy "Qarabağ" hamıya qalib gəlsin, bircə "Neftçi"dən başqa. Bir daha təkrar edirəm bunu qəbul edə bilmərəm. Çox şadam ki, gənc futbolçularımız, məşqçimiz var. 2-3 il sonra komandamızın daha yaxşı nəticələr qazanacağına əminəm.

- Sizcə, "Neftçi" bu oyundan sonra Azərbaycan Premyer Liqasında geri dönüş edə biləcəkmi?

- "Neftçi" həmişə birinci yer uğrunda oynamalıdır. Belə oyunla niyə də çempion olmayaq? Sizi əmin etmirəm ki, mütləq çempion olacağıq. Amma inanıram ki, komandamız bundan sonra da belə yaxşı oynayacaq.

- Amma bu matça kimi "Neftçi" çox zəif təsir bağışlayıb.

- Bizim futbolçuların əksəriyyəti gənclərdir. Demək olar ki, çempionatda ən gənc komandayıq. Biz "Neftçi"yə rəhbərlik edəndən sonra çox dəyişiklik olub. O vaxt yığmamızın baş məçqçisi Robert Prosineçkidən xahiş etdik ki, milliyə komandamızdan heç olmasa bir futbolçu dəvət etsin. Amma indi yığmalara 9 futbolçu veririk. Bu barədə yazan yoxdur. Biz gələcəyi düşünürük. Bu gün yaxşı oynadıq deyib işimizi yarımçıq qoya bilmərik. 18-19 yaşlı futbolçular üçün şərait yaratmağa çalışırıq. Onların necə oynadığını gördünüz. Kubokun finalında "Qarabağ"a uduzduğumuz oyunu yada salın. Həmin oyunla indiki matçı müqayisə edin.

- "Neftçi"dən 9 futbolçunun milliyə çağırıldığını dediniz. Amma əsas heyətə nəzər yetirdikdə, klubunuzdan 1-2 futbolçunu meydanda görürük.

- Mən təlim-məşq toplanışına aparılan futbolçularımızı nəzərdə tuturam. Halbuki əvvəllər bir futbolçumuzu da toplanışa aparmırdılar.Amma bir müddət əvvəl birini də aparmırdılar. Demək bizim futbolçular əziyyət çəkir, çalışır ki, Robert Prosineçki də onları milliyə dəvət edir. Əgər pis oynasalar, onları ehtiyyata da götürməzlər.

- "Qarabağ"a "Anderlext"lə oyunda dəstək olacaqsınız?

- Biz hamımız Azərbaycanlıyıq. Azərbaycanın uğurlarına hər birimiz sevinirik. Çünki bu, ölkəmizin, ölkə futbolunun uğurudur. Buna necə sevinməmək olar? Oktyabrın 1-də "Qarabağ"ı dəstəkləyəcəyəm.

- Deyəsən, jurnalistlər xətrinizə çox dəyib. Müsahibə ərzində idman mediasının qərəzli mövqeyindən danışdınız.

- Açığı, jurnalistlərin yazdığı bəzi məlumatlardan xoşum gəlmir. Ona görə hesab edirəm ki, qərəzli olublar. Mən bunu bütün jurnalistlərə aid etmirəm.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Taleh
Şərhlər : 2    Baxış: 14679
Tarix: 28-09-2015, 10:05

0 Bəyənməyib

Saytdakı şərh sayı: 115
Saytdakı xəbər sayı: 51

#2 Leyla)

28 sentyabr 2015 22:58 | Qeydiyyat Tarixi: 26.07.2015
Heç marağım yoxduye)marağsız şeydi






Mikro Blok:
Saytdakı şərh sayı: 2806
Saytdakı xəbər sayı: 15

#1 milawkam

28 sentyabr 2015 15:24 | Qeydiyyat Tarixi: 3.08.2015
melumata gore saol


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251776
Şərhləri:: 4068
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
V_L
Xalları: 51403
Şərhləri:: 251
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42496
Şərhləri:: 1496
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39735
Şərhləri:: 2188
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 60
_DELI_QIZ_
Şərh sayı: 33
Я..
Şərh sayı: 26
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 24
1337
Şərh sayı: 23
Rihanna
Şərh sayı: 10
Moonlight
Şərh sayı: 7
:Peri:
Şərh sayı: 5
milawkam
Şərh sayı: 5
Kate
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2437 İstifadəçimiz Var!