Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1563
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1419
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 670
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 528
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 345
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 19/1379
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 18/427
Kimsesiz_Hisler
Xəbər sayı: 9/15
Emrah Babayev
Xəbər sayı: 4/50
mp3es
Xəbər sayı: 2/69
_DELI_QIZ_
Xəbər sayı: 2/3
cobra_rapper
Xəbər sayı: 2/31
Rihanna
Xəbər sayı: 1/229
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
1337
Xəbər sayı: 1/2
Reklam
Sayğac


 
Azərbaycanda dəhşətli istilər gözlənilirmi?


İsti hava şəraiti daha çox Pakistanın Kəraçi şəhərində müşahidə edilir. Temperaturun 45 dərəcədən aşağı enməməsi ölənlərin sayının hər gün artmasına səbəb olur. Bu ilin mayında Hindistanda dəhşətli istilər 2 mindən artıq insanın həyatına son qoymuşdu.

Son günlər Azərbaycan ərazisində də isti havalar müşahidə edilir. Bu, insanlarda müəyyən narahatlığa səbəb olub.

Pakistanda, Hindistanda müşahidə olunan istilər Azərbaycana təsir edə bilərmi? Azərbaycanda belə istilər gözlənilirmi?


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevaçıqlamasında bildirib ki, son günlər müşahidə olunan isti hava şəraiti iyunun 26-dək davam edəcək. Lakin növbəti həftə üçün baş hidroloq xoş proqnoz verib:

“İyunun 26-dan 28-dək ötən günlərlə müqayisədə temperatur bir qədər aşağı enəcək. Şimal-qərb küləyinin gündüz saatlarında bir qədər güclənməsi ilə əlaqədar temperatur 27-32 dərəcə olacaq. Ayın 28-də də 30-35 dərəcə isti olacaq. Bölgələrdə də ayın 26-27-də əsasən yağmursuz, axşam və gecə saatlarında qısa müddətli yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Aran rayonlarında 35-40, dağlıq rayonlarda 24-29 dərəcə isti gözlənilir. Ümumiyyətlə, növbəti həftə hava şəraiti nisbətən mülayimləşəcək”.

A.Verdiyev son günlər Hindistan və Pakistandakı hava şəraitinin ölkə ərazisindəki hava şəraitinə təsirindən danışıb:

“Ölkə ərazisində müşahidə olunan hava cənub küləyinin üstünlük təşkil etməsi ilə əlaqədardır. Son iki-üç gündür müşahidə edilən hava şəraiti iqlim normasından 2-3 dərəcə yüksəkdir. Lakin anomal temperatur müşahidə edilimir.

Bizə hava axını əsasən şimal-qərb və az hallarda cənubdan daxil olur. Əsasən bu istiqamətdə daxil olan hava kütlələri temperatura təsir edir. Lakin Hindistan və Pakistanda müşahidə olunan hava şəraitinin Azərbaycana təsiri olacağı ilə bağlı narahatlığa əsas yoxdur. İyun ayının əvvəlində də adıçəkilən ölkələrdə belə istilər olmuşdu, lakin biz təsirini müşahidə etmədik. Ümumiyyətlə, yaxın günlər ərzində elə də kəskin istilər gözlənilmir”.

A.Verdiyev onu da əlavə etdi ki, ölkəmizdə bu yay ilin ən isti günləri iyul və avqust aylarında müşahidə ediləcək.

“Konkret gün demək mümkün olmasa da, həmin aylarda temperaturun iqlim normasından 1-2 dərəcə yüksək olacağını proqnozlaşdırırıq. Lakin bu istilər uzunmüddətli olmayacaq. Bir neçə gün davam edəcək. Son illər ərzində ən güclü istilər 2000-ci ilin avqust ayında və 2011, 2014-cü illərdə müşahidə edilmişdi. Həmin günlərdə belə temperatur bir neçə gün yüksək olmuşdu, qısa zamanda isti hava küləkli hava şəraiti ilə əvəzlənmişdi. Bu baxımdan deyə bilərik ki, ölkəmizdə isti hava şəraiti qısamüddətli olacaq”.

Bəs isti havalar kimlər üçün təhlükəlidir? Temperaturun normadan yüksək olduğu günlərdə necə davranmalıyıq?

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, may ayından bu günə qədər günvurma ilə əlaqədar 12 nəfər müraciət etsə də, havaların isti keçməsi ilə əlaqədar olaraq müraciətlərin sayında artım qeydə alınmayıb. Stansiyadan bildiriblər ki, günvurma yalnız günəş şüası altında qalan insanlarda baş vermir. Uzun müddət isti havada qalan, hətta birbaşa günəş şüasının təsirinə məruz qalmayanlarda belə günvurma ola bilər. Xüsusən də mayenin bərpa edilməməsi prosesi daha da ağırlaşdırır. İlkin əlamət yorğunluq hissi, baş ağrısıdır. Özündə narahatlıq hiss edənlər mütləq həkimə müraciət etməlidir. İlkin tibbi yardım kimi zərər çəkən şəxsi sərin yerə yerləşdirmək və ona çoxlu maye vermək lazımdır. Ümumiyyətlə, gün ərzində kalorisi az olan qidalar qəbul etmək və 2 litr su içmək lazımdır ki, bədənin su ehtiyatı tükənməsin. Xüsusən ürək-qan-damar sistemi xəstəliyi olanlar bu cür hava şəraitində açıq havada çox qalmamalı, dərmanlarını vaxtında qəbul etməlidirlər.

Həkimlər həmin günlər açıq havada uzun müddət qalmamağı tövsiyə edir. Zərurət olduqda kölgə yerlərdə hərəkət etmək olar. Xüsusən saat 11:00-dan 17:00-dək açıq havada qalmaq təhlükəlidir. Bundan başqa, məcbur qalıb küçəyə çıxanların yanında hər zaman ehtiyat su olmalıdır. Xüsusən xroniki xəstəliyi olanlar daha diqqətli olmalıdır

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Şərhlər : 1    Baxış: 16113
Tarix: 26-06-2015, 18:03

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#1 Prenses93

30 noyabr 2015 16:16 | Qeydiyyat Tarixi: 12.09.2015
Sagol xebere gore


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251759
Şərhləri:: 4065
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
V_L
Xalları: 51403
Şərhləri:: 251
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42496
Şərhləri:: 1496
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39715
Şərhləri:: 2183
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 53
_DELI_QIZ_
Şərh sayı: 31
1337
Şərh sayı: 23
Я..
Şərh sayı: 22
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 19
Rihanna
Şərh sayı: 8
Moonlight
Şərh sayı: 7
milawkam
Şərh sayı: 5
:Peri:
Şərh sayı: 5
Kate
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2435 İstifadəçimiz Var!