Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1761
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1005
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 678
..::Рианна::..
ICQ: 999
Forum şərhi: 609
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 366
❥SeKeRciK...
ICQ: Yoxdur
Forum şərhi: 314
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 17/1621
Weher uWagi
Xəbər sayı: 5/18
Nightmare
Xəbər sayı: 5/5
_ULYA_
Xəbər sayı: 3/40
KuMsaL
Xəbər sayı: 3/3
1337
Xəbər sayı: 2/12
NAYS
Xəbər sayı: 2/60
Seymur Sonmez
Xəbər sayı: 2/63
LeYLa^_^
Xəbər sayı: 2/152
milashka66
Xəbər sayı: 2/2
Reklam
Sayğac


 

Küçələrə çıxanların narazılığı onu devirə bilməz


Bağramyan prospektindəki etiraz aksiyalarının siyasiləşməsi, hakimiyyətə qarşı protestlərə çevrilməsi gözlənilən hadisə idi. Amma olmadı. Ermənistan müxalifətinin aparıcı qüvvələri - Erməni Milli Konqresi ilə "Çiçəklənən Ermənistan" və "İrs" partiyaları hələ də proseslərə qatılmayıblar.

Deyəsən, qatılmaq da istəmirlər.

Yerevan mediasında prosesləri siyasiləşdirməmək çağırışları səslənir. Yazırlar və deyirlər ki, elektroenerji tariflərinin bahalaşması ilə bağlı vətəndaşların narazılığı sırf sosial protestdir, bunu siyasi məqsədlərə yönəltmək yolverilməzdir.
Çağırışların əksəriyyəti prezident Serj Sarkisyanın göstərişi əsasında olsa da, yerdə qalanları, düşünürük ki, səmimidir.

Prezident Administrasiyasının göstərişlərinə əməl edənlərin motivləri və istəkləri o qədər də maraqlı deyil. Çünki primitivlik səviyyəsində bəllidir.
Yerdə qalanların, yəni aksiyanın siyasiləşməsindən çəkinənlərin və qorxanların niyə belə etmələri maraqlıdır.

Ortada acı təcrübə var.

Ermənistanın orta statistik vətəndaşı dövlətin kağız üzərində olsa da, müstəqilliyinin 24 ili ərzində müəyyən siyasi təcrübə əldə edib. O, dəfələrlə görüb ki, ən radikal müxalifətçilər, hakimiyyətə qarşı çıxan adamlar mübarizədə ya uduzaraq meydanı tərk ediblər, ya da hakimiyyətlə sövdələşmələrdən sonra müxalifət ritorikasından əl çəkərək Artaşes Geqamyanlara çevriliblər.
Qarşıdurmanın ən qızğın, ən gərgin dövründə ön cəbhədən qaçanlar da az olmayıb.
Bu ilin fevralındakı hadisələrdən, müxalifət liderlərinin sözlərinə, özlərinə və onlara inanan insanlara xəyanət etmələrindən sonra Ermənistanın daxili siyasətindəki bütün fiqurlara inam itib. İqtidara xalq onsuz da nifrət edirdi, Serj Sarkisyanın dediklərinə inanmırdı.

"Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyanın radikal müxalifətçiliyə başlamaq fikrini açıqlayandan sonra "qəflətən" geri çəkilməsi, daha sonra da ümumiyyətlə, siyasəti tərk etməsi barədə bəyanatla kölgədə durmağa üstünlük verməsi müxalifətçilərin düşərgəsinə sanki gürz zərbəsi oldu.

Məhz bu səbəbdən ermənilər siyasətçilərə inanmırlar, siyasət arenası da səhranı xatırladır.
Müxalifət düşərgəsində olduqlarını və hakimiyyətə qarşı mübarizə apardıqlarını deyən partiya liderlərinə, siyasətçilərinə erməni cəmiyyətində antipatiya yaranıb.

Bu səbəbdən də Bağramyan prospektindəki gənclər aksiyalarının siyasiləşdirilməsinə qarşı çıxdıqlarını deyərkən onlar heç də Serj Sarkisyan rejiminə qarşı mübarizə aparmaq niyyətində olmadıqlarını söyləmirlər.
Əksinə, erməni gənclər Sarkisyan iqtidarının devrilməsi, hakimiyyətdən kənarlaşdırılması üçün gərəkən hər şeyi etməyə hazırdırlar.
Sadəcə, onlar indiyədək olduğu kimi, etiraz aksiyasından "siyasi leş"lərin yararlanmasına imkan vermək istəmirlər.

Onlar qorxurlar ki, müxalifət liderləri prosesləri siyasiləşdirməyə başlasalar, etirazları heç bir nəticə verməyəcək, hakimiyyət dərhal olayları siyasi aksiya kimi dəyərləndirəcək, sərt təzyiqlərə əl atılacaq, nəticədə tariflər ucuzlaşmaq əvəzinə, daha da bahalaşacaq.
Ermənistanda axı həmişə belə olub.
Bağramyan prospektinə toplaşanlar məhz bu səbəblərdən aksiyalarına siyasi partiyaları buraxmaq istəmirlər.

Bu, məsələnin bir tərəfidir.

Digər tərəfsə odur ki, siyasi partiyaların özləri Yerevanın mərkəzindəki etirazlara qatılmaq və oradakı protestlərin iştirakçısına, bəlkə də aparıcı qüvvəsinə çevrilmək istəmirlər.
Elektroenerji tariflərinin bahalaşmasıın rədd olunması bu aksiyanın başlıca məğzidir.
Tarifləri "İnter RAO EES" bahalaşdırdığından, erməni müxalifətinin əsas qüvvələri aksiyaya qatılsalar, avtomatik olaraq Rusiyanın Ermənistandakı maraqlarına qarşı çıxmış olacaqlar.
Moskva ilə münasibətləri korlamaq, "şimal hami"nin nəzərində "Ermənistanda Rusiyanın maraqlarına qarşı çıxan, antirusiya mövqeləri tutan" qüvvə qismində isə nə Levon Ter-Petrosyan, nə də Raffi Hovanisyan tanınmaq istəyirlər.

Onların ikisi də əla bilirlər ki, Ermənistanda antirus qüvvə kimi tanınmaq və beləcə Moskvanın qəzəbinə gəlmək hədəf seçiləcək struktura hansı başağrıları, necə problemlər vəd edə bilər.
Ermənistanda müxalifət partiyalarının cəmiyyətdəki obyektiv reytinqinin 0-a bərabər olduğunu gənclər bildiklərindən elektroenerji tariflərinin bahalaşmasına qarşı etiraz aksiyasının siyasi nümayişə çevrilməsinə imkan vermək istəmirlər.

Reallıq da odur ki, müxalifət partiyalarına inam iqtidardakı Ermənistan Respublika Partiyasına olan etimaddan artıq deyil.
Bütün bunlara rəğmən, gərçi erməni cəmiyyəti Serj Sarkisyanın və onun dəstəsinin hakimiyyətdən kənarlaşdırılmasını istəyirsə, Bağramyan prospektindəki aksiyanın siyasiləşdirilməsinə ehtiyac var.

Ölkədəki böhranı, artan problemləri, fəlakət səviyyəsinə çatmış situasiyanı sırf vətəndaş itaətsizliyi və ya mülki təşəbbüslər vasitəsilə həll etmək mümkün deyil.
Təbii ki, gənclər süst, ətalətə qapılmış kütləni oyatdılar, onları etirazlara səslədilər.
Etirazların davamı üçün siyasi subyektlər gərəkdir.
İndiki müxalifətlə, illərdən bəri çağırışları və şüarları, ən başlıcası isə düşüncə tərzi dəyişməmiş siyasətçilərlə məqsədə çatmaq olmaz.
Ermənistana yeni siyasi qüvvə gərəkdir. O qüvvə ki, ən müxtəlif siyasi qüvvələri və vətəndaş hərəkatlarını birləşdirərək sistem dəyişikliklərinə nail ola bilsin.

Reallıq həmin qüvvənin yoxluğudur.


Redakə etdi: mR_JoKeR


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Taleh
Şərhlər : 3    Baxış: 20976
Tarix: 6-07-2015, 13:08

0 Bəyənməyib

Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#3 Prenses93

30 noyabr 2015 16:38 | Qeydiyyat Tarixi: 12.09.2015
Xebere gore cox sagol


Mikro Blok:
Saytdakı şərh sayı: 327
Saytdakı xəbər sayı: 0

#2 Alik_Ramazanov

4 avqust 2015 23:43 | Qeydiyyat Tarixi: 1.08.2015
:) OXUMUSDUM KI XEBERLERE GULMEK OLMAZ AMA BURDA GULMELI HADISE BAW VERIB :))))))))))))






Mikro Blok:
Saytdakı şərh sayı: 3034
Saytdakı xəbər sayı: 70

#1 menim meleyim

6 iyul 2015 17:52 | Qeydiyyat Tarixi: 29.04.2015
duwmenimiz bele olsalarda onlarda bir insandirlar.xebere gore cox sagol


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 310503
Şərhləri:: 4323
V_L
Xalları: 101380
Şərhləri:: 280
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 61045
Şərhləri:: 126
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 58935
Şərhləri:: 2271
LeYLa^_^
Xalları: 53874
Şərhləri:: 328
Fatmanur
Xalları: 52371
Şərhləri:: 471
кαмкα
Xalları: 44401
Şərhləri:: 1531
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
Miss_Vampirka
Xalları: 38982
Şərhləri:: 1075
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
Reklam
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
KuMsaL
Şərh sayı: 149
Nightmare
Şərh sayı: 36
PiNe__APPLE
Şərh sayı: 20
-Anonim-
Şərh sayı: 19
_SWEET_
Şərh sayı: 17
1337
Şərh sayı: 16
Angel_Sema
Şərh sayı: 9
LeYLa^_^
Şərh sayı: 6
Kenann
Şərh sayı: 5
Я..
Şərh sayı: 4
Son şərhlər
Top şərh xəbər/ay

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2751 İstifadəçimiz Var!