Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1547
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1404
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 665
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 517
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 342
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 16/1376
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 15/426
Kimsesiz_Hisler
Xəbər sayı: 5/11
Emrah Babayev
Xəbər sayı: 3/49
mp3es
Xəbər sayı: 2/69
cobra_rapper
Xəbər sayı: 2/31
_DELI_QIZ_
Xəbər sayı: 2/3
I ♥♥♥ Allah
Xəbər sayı: 1/14
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
1337
Xəbər sayı: 1/2
Reklam
Sayğac


 
“Qadın hər dəfə uşaq dünyaya gətirəndə orqanizmi təmizlənir” - “Uşaq doğulub, amma süd yoxdur” demək gülüncdür”


K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev körpələr üçün nəzərdə tutulan süni qidalarla bağlı Modern.az saytının suallarını cavablandırıb:

- Hazırda dünyada, eləcə də ölkəmizdə süni qidalara üstünlük verildiyi müşahidə olunmaqdadır. Mütəxəssis kimi bunu necə qiymətləndirirsiniz?

- Mən pediatr olaraq süni qidaları tövsiyə etmirəm. Təbiətin elə qanunları var ki, onu pozmaq olmaz. Məsələn, biologiyanın böyük qanununda göstərilir ki, tarixi təkamül prosesində canlıların öz balası üçün hasil etdiyi qida maksimum spesifikləşib və adekvatlaşıb. Spesifikliyi ondadır ki, həmin qida onun balasına aiddir və yalnız ona yarayır. Adekvatlığı isə canlının öz balası üçün hasil etdiyi qida qədər ikinci qidanın yoxluğundadır. Nəzərinizə çatdırım ki, təbiətdə olan canlıların heç biri biologiyanın bu qanunu pozmur. Təəssüf ki, qanunu pozan yeganə varlıq şüurlu insandır.

- Süni qidadan istifadə hansı fəsadlara yol aça bilər?

- Bir çoxları dərk etmir ki, yeni doğulan körpə ana südünə möhtacdır. Onu dünyaya gətirən doğma ana bundan maksimum dərəcədə uzaqlaşmağa çalışır və inək südünün bazasında hazırlanan süni qidalara üstünlük verir. Bu da təbii olaraq müxtəlif xəstəliklər, xoşagəlməz hallar və problemlərlə qarşılaşmaya səbəb olur. Ana dərk etmir ki, nəticədə əziyyət çəkən özü olacaq. Bunu əslində heç kəs etməməlidir.

- Ana südü yetərli olmadığı halda hansı addım atılmalıdır?

- Bilirsiniz, tibbin araşdırmaları, qayda-qanunları var. Biz hansısa möcüzələrə əsaslanmırıq. Həmin qanunlarda göstərilir ki, hər yüz nəfər dünyaya uşaq gətirən ananın ikisində bu və digər səbəbdən südün çatışmazlığı ola bilər. Buna tibbdə hipoqalaktiya deyilir. Bu gün Azərbaycanda anaların cəmi 50 faizi 1 yaşa qədər öz övladlarına süd verir, bu yaşdan sonra faiz kəskin azalır. Bu zaman belə nəticə hasil olur ki, anaların 50 faizi süd verir, 50 faizi süd vermir. Süd verməyənlərin 2 nəfərini obyektiv səbəblərdən çıxırıq. Məlum olur ki, dünyaya uşaq dünyaya gətirən 100 anadan 48-i əsassız olaraq körpəsinə süd verməkdən imtina edir. Bu paradoksal səbəbdir. Əslində ana qədər övladını istəyən ikinci şəxs ola bilməz. Eyni zamanda, onun doğma anası bilərək balasının sağlamlığına laqeyd yanaşır və ona süd vermir. Bizim vəhşi saydığımız şir, pələng, canavar öz balasına başqa canlının qidasını heç vaxt verməz. Ana isə bunu edir...

İnsan dərk etməlidir ki, süd vermədiyi körpəsinin hüquq və haqlarını kobudcasına pozur, sağlamlığına qəsd edir. Görün nə qədər məntiqsiz addımdır.

Digər tərəfdən, hazırda uşaqlar bir çox inkişaf qüsurları ilə üz-üzədir. Bu da gələcəkdə valideyn üçün problemə çevrilir.

- Süd azlığı zamanı ana südü ilə paralel süni qidaların qəbulu necə, məqsədəuyğundurmu? Süd yoxdursa, ana nə etməlidir?

- Körpəyə süni qida verilməsinin heç bir məqsədəuyğunluğu yoxdur. Məcburiyyətdən ortaya çıxan məsələlər var. Obrazlı desək, əgər ana Allahını unudub, balasına süd vermirsə uşağın yaşaması üçün onu nə iləsə qidalandırmaq lazımdır, acından öldürmək olmaz. Ona görə biz deyirik ki, süni qidalar adaptasiya olunmuş, uyğunlaşdırılmış şəkildə verilsin.

- Hazırda bir çox gənc analar südün artırılması üçün müxtəlif dərman preparatlarından istifadə edir. Bu nə dərəcədə doğrudur?

- Doğrudur, belə hallar var. Müxtəlif bitki və heyvan mənşəli preparatların qəbulu ilə südün artırılmasına çalışırlar. İstifadə zamanı maksimum dərəcədə dərmanların kimyəvi tərkibli olmamasına diqqət etmək lazımdır. Südün normal olması üçün ananın normal yatması, düzgün qidalanması də vacibdir. Dərmanlardan istifadə əks göstəriş sayılmır. Ən böyük problem anada körpəsinə süd vermək üçün istəyin olmamasıdır. Tibbdə aparılan elmi araşdırmalar göstərdi ki, ana südünün çatışmazlığı səbəbləri arasında ilk yerdə hamilə, yaxud doğmuş qadının süd verməkdə istəksiz olmasıdır. Bunun qarşısını almaq lazımdır.

- Süd vermək istəməyən gənc ana bir çox bəhanə də sadalayır...

- Bilirsiniz, hansısa rəfiqənin “süd versən fiquran pis olacaq”, “kökələcəksən”, “sinən gözəl görünüşünü itirəcək”, “yoldaşının sənə istəyi azalacaq” və s. kimi fikirlərinə uyaraq öz balasına süd verməkdən imtina edən analar çoxdur. Onlar dərk etmir ki, əslində süd verməyin 50 faizi uşağa, 50 faizi qadına xeyirdir. Süd verən ananın orqanizmi baharda açan çiçəklər kimi təzələnir. Ümumiyyətlə, qadın hər dəfə uşaq dünyaya gətirəndə orqanizmi təmizlənir. Bu da ananın qazancıdır. Doğmayan qadınlarda müxtəlif xəstəliklər, o cümlədən döş xərçəngi riski çoxdur. Nəzərə almaq lazımdır ki, süd verməyən qadının döş xərçənginə yoluxma riski süd verənlərə nisbətdə 7 dəfə artıqdır. Bunların bilərək riayət etməmək insanın öz günahıdır.

- İdxal edilən süni qidaların istifadəsinin əksəriyyətinin uzunmüddətli olduğu müşahidə edilməkdədir. Bunun nə kimi zərərləri mövcuddur?

- Süni qida qarışıqlarının təlimatı var. Onlar təlimata uyğun gətirilməli, ekspertizadan keçirilməli və qaydalara uyğun da saxlanmalıdır. Uzun müddət günəş şüası altında qalan qidalar xarab ola bilər.

- Süni qida istehsalı ilə məşğul olan şirkətlər iddia edir ki, onların məhsulu ana südünün tərkibi ilə eynidir, yaxud tərkibə çox yaxındır...

- Süni qidalar əsasən ana südünə uyğunlaşdırılır. Elm və texnikanın sürətli inkişafı dövründə belə, dünyada heç kəs ana südünü olduğu kimi yarada bilmir. Çox cəhdlər edilməsinə baxmayaraq, bu mümkünsüz olub. Çünki ananın südü canlı laboratoriyada yaranır. Ana südü körpəsini bətnində daşıdığı 9 ay ərzində əmələ gəlir. Qadınlar bilir ki, hamilə qalan andan etibarən döş vəzilərində müəyyən dəyişikliklər baş verir və onlar bunu daim hiss edir. Ona görə də “uşaq doğulub, amma süd yoxdur” demək gülünc və məntiqdən kənar məsələdir. Necə ola bilər ki, döş vəzi müxtəlif etaplar keçsin amma nəticə hasil olmasın... Döş vəzi mamogenez, qalaktogenez, laktogenez və laktosiya mərhələsindən keçdi, doğuş baş verdi, amma süd yoxa çıxdı düşüncəsi çox əsassızdır. Elmdə belə bir şey yoxdur.

Hazırda anada südün olmama səbəbləri subyektivdir. Ana südünün az olduğu müddətdə süd artırmağın ən doğru üsulu uşağın tez-tez döşə qoyulmasıdır. Çünki uşaq hər dəfə döşə qoyulanda növbəti dəfə üçün özünə süd “sifariş” edir. Alimlər də bu istiqamətdə çox düşünülər, onun sintezi, artırılması üçün müxtəlif variantlara əl atdılar. Nəticədə məlum oldu ki, ana südünün artırılmasının “açar”ı uşağın ağzıdır.

- Bir çoxları süni qidaların baha olmasını onun keyfiyyətinin zəmanəti kimi qiymətləndirir. İstənilən səbəbdən süni qidaya üz tutan valideyn nəyə diqqət etməlidir?

- Süni qidaların istehsalı və yayılması ilə bağlı beynəlxalq qanunlar toplusu var. Bu işlə məşğul olan hər kəs həmin qanunlar toplusuna riayət etməlidir. Kim riayət etmirsə, cəza almalıdır. 2003-cü ildə Azərbaycanda “Körpələrin, erkən yaşlı uşaqların qidalanması ilə bağlı qanun qəbul olunub. Qanunun 3-cü bölməsi bütövlükdə ölkəyə gətirilən süni qida qarışıqlarına nəzarətin təşkili və idarə olunmasına həsr olunub. Hər kəs də bu qanuna riayət etməlidir.

- Doğru olsa da, olmasa da valideynlər öz körpələrinə süni qida verir. Ən azından bu qida həkim resepti əsasında təyin olunmalı deyilmi?

- Ümumiyyətlə, uşağın süni qidaya keçirilməsi, ona hər hansı yeni qida təyin edilməsinə dair göstəriş həkim-pediatr tərəfindən aydınlaşdırılmalıdır. Hər ana tibb işçisi deyil ki, ağlı necə kəsir elə də etsin. Bu qeyri-professionallıqdır. Heç kəsə belə addım atmağı məsləhət görmürəm. “Süni qida nədir, hansı zərurətdən uşağa veriləcək?” Bu, birmənalı şəkildə həkim resepti əsasında təyin edilməlidir.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Şərhlər : 6    Baxış: 58051
Tarix: 23-08-2015, 20:17

0 Bəyənməyib

Saytdakı şərh sayı: 1072
Saytdakı xəbər sayı: 82

#6 Prosta Sirinka

17 yanvar 2016 16:15 | Qeydiyyat Tarixi: 10.01.2016
Məlumat üçün təşəkkür.






Mikro Blok:
Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#5 Prenses93

30 noyabr 2015 17:45 | Qeydiyyat Tarixi: 12.09.2015
Xebere gore saol


Mikro Blok:
Saytdakı şərh sayı: 530
Saytdakı xəbər sayı: 324

#4 KindeR

24 avqust 2015 19:12 | Qeydiyyat Tarixi: 16.05.2015
Melumata gore tewekur))






Mikro Blok:
Saytdakı şərh sayı: 1355
Saytdakı xəbər sayı: 95

#3 .::AliCe::.

24 avqust 2015 00:28 | Qeydiyyat Tarixi: 2.08.2015
Məlumat üçün saol






Mikro Blok: oɴυ вoş veʀ,вυɴυ вoş veʀ, -вoş veʀə-veʀə çüʀüdüм αʀтıq..!
Saytdakı şərh sayı: 2806
Saytdakı xəbər sayı: 15

#2 milawkam

23 avqust 2015 23:13 | Qeydiyyat Tarixi: 3.08.2015
soru ve cevaplara göre tşk:=)


Mikro Blok:
Saytdakı şərh sayı: 3026
Saytdakı xəbər sayı: 70

#1 menim meleyim

23 avqust 2015 22:35 | Qeydiyyat Tarixi: 29.04.2015
melumata ve xebere gore cox sagol


Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yeni İl
Yeni ilə qədər qalıb!

İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251734
Şərhləri:: 4065
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
V_L
Xalları: 51403
Şərhləri:: 251
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42496
Şərhləri:: 1496
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39715
Şərhləri:: 2183
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 43
_DELI_QIZ_
Şərh sayı: 25
Я..
Şərh sayı: 22
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 19
Rihanna
Şərh sayı: 8
Moonlight
Şərh sayı: 6
:Peri:
Şərh sayı: 5
milawkam
Şərh sayı: 5
1337
Şərh sayı: 5
Kate
Şərh sayı: 4
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2434 İstifadəçimiz Var!