Diqqət! Hər sayta daxil olduqda sağdakı reklama 1 dəfə vuraraq saytımızın sürətli və daim işləməsinə köməklik edə bilərsiniz.
Saytda digər userləri təhqir etmək, söyuş, reklam tipli yazılar yazmaq, digər saytların adın yazmaq olmaz. Əks halda saytdan qovulacaqsınız.
Mini Çat

Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn

Saytda hal hazırda olan istifadəçiləri və online-ni görmək üçün saytda Qeydiyyatdan keçin.

Forumda aktivlər
Я..
ICQ: Yoxdur
Forum şərhi: 1500
milawkam
ICQ: Yoxdur
Forum şərhi: 1361
_Yene_Tenha_
ICQ: Yoxdur
Forum şərhi: 1003
SaFFron
ICQ: Yoxdur
Forum şərhi: 687
menim meleyim
ICQ: Yoxdur
Forum şərhi: 660
Miss_Vampirka
ICQ: 18
Forum şərhi: 585
Rihanna
ICQ: 999
Forum şərhi: 492
Prenses93
ICQ: Yoxdur
Forum şərhi: 490
.:SecreT:.
ICQ: Yoxdur
Forum şərhi: 367
Bellada
ICQ: Yoxdur
Forum şərhi: 342
Reklam
Wap.Seninem.Az
Top yazarlar/ay
 Keçən ayın qalib yazarı
V_L
Xəbər sayı: 108
Я..
Xəbər sayı: 8/1368
ღ ς Կαςτλหßαค ヅ
Xəbər sayı: 7/414
_DELI_QIZ_
Xəbər sayı: 2/3
Kimsesiz_Hisler
Xəbər sayı: 2/11
Emrah Babayev
Xəbər sayı: 2/48
_ULYA_
Xəbər sayı: 1/9
AgLaMa_GoZlErIm
Xəbər sayı: 1/105
Reklam
Sayğac


 
Paleolit



Paleolit dövrü (yun.παλαιός paleo - qədim və λίθος litos — daş) — ən qədim daş dövrü. Bu termini İngilis bioloqu və arxeoloqu John Lubbock (1834-1913) özünün 1865-ci ildə işıq üzü görmüş "Pre-historic Times" ("Tarixöncəsi zamanlar") adlı kitabında daxil (kəşf) edib.

Bəşər tarixi işlətdikləri əsas alətlərə görə üç dövrə ayrılır: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. Daş dövr özü də qədim, orta və yaxın daş dövrlərdən ibarətdir; bunlar yunancadan götürülmüş terminlərlə uyğun olaraq paleolit, mezolit və neolit dövrləri adını almışlar.

Paleolit dövrü daş alətlərin hominidlər tərəfindən işlənməsindən (təqribən 2,6-2,5 milyon il əvvəl) əkinçiliyin başlamasına qədər (təqribən 12-10 min il əvvəl) olan dövrü əhatə edir. Bu, bəşəriyyətin mövcud olduğu zamanın 99%-i deməkdir.

Paleolit dövründə insanlar daş alət düzəldir, lakin onu cilalamağı bilmirdilər. İlk primitiv əmək alətləri məhz Paleolit dövründə yaradılıb. Bu dövrdə insanlar bütün alətlərini daşdan, ağacdan və sümükdən hazırlamışlar.

Bu dövrdə insanın əsas məşğuliyyəti ovçuluq və yığıcılıq olmuşdur. Odun kəşf edilməsi çiy yeyilə bilməyən qidaları bişirməyə, qızınmağa, yırtıcı heyvanlardan qorunmağa imkan vermişdir.

Paleolit dövründə insanlar gil qablar (keramika) ilə tanış deyildilər. Bu dövrdə əkinçilik və heyvandarlıq yoxdu. Paleolit dövründə həyatın sosial təşkili haqqında elmin əldə etdiyi nəticələr azdır və aydın deyil.

Mağara və qaya sığınacaqlarının divarlarına çəkilən şəkillər bu dövrün nəzərə çarpan xüsusiyyətlərindəndir.

Paleolit dövrü alt paleolit (təqribən 300 min il bundan əvvəl və daha qədim zaman), orta paleolit (təqribən 300 min il əvvəl ilə 30 min il əvvəlin arası) və üst paleolit (təqribən 40 min il əvvəl ilə 10-12 min il əvvəlin arası) olaraq üç hissəyə ayrılır.

1.Alt paleolit ilk insan tipinin yaranmasından 100 min il bundan əvvələ qədər davam etmişdir. Ən qədim insan aşağıdaki əlamətlərə görə insanabənzər meymundan fərqlənirdi: sadə işlər görə, əmək alətləri hazırlaya bilirdi. Odur ki onu "bacarıqlı insan" adlandırırdılar. İlk əmək alətləri dəyənək, sivri daş, itiuclu ağaç idi. "Bacarıqlı insan" iki ayaq üzərində hərəkət edə bilirdi; beyinləri nisbətən inkişaf etmişdi.

Ancaq ən qədim insan müasir insandan fərqli olaraq: xeyli qabağa əyilməklə iki pəncə üzərində yeriyirdi, danışa bilmir, qırıq-qırıq səslər çıxarırdı. Alət hazırlamaq, oddan istifadə, sonralar nitqin yaranması insanları heyvanlar aləmindən ayıran əsas amillər oldu. Ən qədim insanlar şüurlu surətdə deyil, təbiət qarşısında aciz qalmamaq və heyvanlardan qorunmaq üçün kiçik qruplarda birləşirdilər. Bu dəstələrin tərkibi sabit deyildi, tez-tez dəyişirdi. Belə kiçik insan kollektivi ibtidai insan sürüsü (ulu icma) adlanırdi. "Bacarıqlı insanlar" iti daş ucluqları ağaç dəstəyə bərkidərək nizə düzəldirdilər, ovladıqları heyvanların sümüklərini parçalayır, alınan itiuclu qəlpələrdən iynə, biz hazırlayırdılar, sümük və buynuzdan balıq ovu üçün qarpunlar düzəldirdilər.

2.Orta paleolit 100 min il bundan əvval başlayıb e.ə. 40 min il bundan əvvələ qədər davam etmişdir. Orta paleolitə aid alətlər ilk dəfə Fransada Müstye adlı yerdən tapıldığından bu dövr "Müstye mədəniyyəti" də adlanır.

3.Üst paleolit 40 min il bundan əvvəl başlayıb, b.e.ə. XII minilliyə qədər davam etmişdir. Bu dövrdə nəhəng maral və mağara ayılarının nəsli kəsildi, müxtəlif növlü qaşovlar geniş yayıldı, "ağıllı insan"ın (Homo sapiens) yaranması başa çatdı.

Paleolit dövründə ibtidai incəsənət yarandı. Bunu buynuzdan yonulmuş heykəllər, sümük üzərindəki təsvirlər və mağara rəsmləri sübut edir.

İbtidai insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Onlar yabanı meyvə giləmeyvə,quş yumurtası toplayır,yeməli bitkilərin köklərini,torpaqda olan cücülərin süfrələrini qazıb çıxarırdılar. Yığıcılıqla qadınlar məşğul olurdular. İnsanların ilk əmək alətləri dəyənək,itilənmiş ağac və çapacaqlar olmuşdur. Bunlarla silahlanmış insan qrupları xırda heyvanları, iri heyvanların balalarını, xəstə və sürüdən geri qalan heyvanları ovlayırdılar.Ovçuluqla əsasən kişilər məşğul olurdular.Ən qədim insan sadə işlər görür, əmək alətləri hazırlaya bilirdi. Onların hazırladıqları ilk əmək alətləri dəyənək, sivri daş, iti uclu ağac idi.Ən qədim insanlar müasir insanlardan fərqli olaraq xeyli qabağa əyilməklə iki pəncə üzərində yeriyir, danışa bilmir, qırıq-qırıq səslər çıxarırdılar.Ən qədim insandan fərqli olaraq “bacarıqlı insan” iki ayaq üzərində gəzə bilirdi, beyinləri nisbətən inkişaf etmişdi. İbtidai insanlar kiçik qruplar, dəstələr halınada yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan sürüsü və ya ulu icma adlanır. Ulu icma kortəbii şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Belə kollektivlər daimi olmadığı kimi,ibtidai icma quruluşunun ilk pilləsində yaranmış, qəbilə icması yaranana qədər mövcud olmuşdur.

Qədim insanları heyvanlardan ayıran əsas məsələ onların əmək alətləri hazırlaması və oddan istifadə etmələri olmuşdur. Heç bir heyvan ən adi primitiv alət hazırlaya bilmədiyi kimi, oddan da qorxmaqdadırlar. İnsanlar ilk vaxtlar şimşək çaxması,vulkan püskürməsi, üzvi maddələrin öz-özünə yanması zamanı yanan odu götürərək istifadə edirdilər. Odu heç bir zaman sönməyə qoymudular. Oddan isinmək, vəhşi heyvanlardan qorunmaq, yemək hazırlamaq üçün istifadə olunurdu. Odu sönməməsi üçün böyük tonqallar qalanır və qadınlar daim odun keşiyində dururdular.

Redakə etdi:


Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
Yazar:Taleh
Şərhlər : 3    Baxış: 122686
Tarix: 11-10-2015, 09:45

0 Bəyənməyib

Saytdakı şərh sayı: 2804
Saytdakı xəbər sayı: 15

#3 milawkam

12 oktyabr 2015 11:42 | Qeydiyyat Tarixi: 3.08.2015
redaktayi beyenmedim dogrusu xebercun saol


Mikro Blok:
Saytdakı şərh sayı: 3158
Saytdakı xəbər sayı: 0

#2 Prenses93

11 oktyabr 2015 17:07 | Qeydiyyat Tarixi: 12.09.2015
gozum cixdi şrift boyuy olub)) maraqliydi yada salmaq) cox sagol


Mikro Blok:
Saytdakı şərh sayı: 705
Saytdakı xəbər sayı: 63

#1 Miss Ağali

11 oktyabr 2015 10:02 | Qeydiyyat Tarixi: 28.09.2015
ozumu tarix dersinde hiss eledim o derece aciq gozel anladilib tsehkurler






Mikro Blok:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli
Sorğu
Sayta hansı brauzerlə daxil olursunuz?
Internet Explorer
Mozilla Firefox
Google Chrome
Opera
Safari

Balanslar
Я..
Xalları: 251668
Şərhləri:: 4053
Fatmanur
Xalları: 51844
Şərhləri:: 462
ღɴαrιɴ_yαɢιѕнღ
Xalları: 46978
Şərhləri:: 104
кαмкα
Xalları: 42493
Şərhləri:: 1495
SaFFron
Xalları: 41533
Şərhləri:: 1038
ღ ς Կαςτλหßαค ヅ
Xalları: 39613
Şərhləri:: 2170
V_L
Xalları: 38403
Şərhləri:: 251
Miss_Vampirka
Xalları: 34779
Şərhləri:: 1044
KindeR..
Xalları: 34018
Şərhləri:: 530
...::AliCe::...
Xalları: 33748
Şərhləri:: 1355
Top şərhçilər/ay
 Keçən ayın qalib şərhçisi:
Ona mexsuz
Şərh sayı: 308
Kimsesiz_Hisler
Şərh sayı: 34
_DELI_QIZ_
Şərh sayı: 21
Я..
Şərh sayı: 10
Moonlight
Şərh sayı: 6
ღ ς Կαςτλหßαค ヅ
Şərh sayı: 6
Gunewi_Olmaz_Adam
Şərh sayı: 4
milawkam
Şərh sayı: 3
Nakam Sevgim
Şərh sayı: 2
Rihanna
Şərh sayı: 2
Ona mexsuz
Şərh sayı: 1
Son şərhlər

Created by: XH ( QUB3RN4T0R )
Dizayn eXclusiv Seninem.az saytı üçün Hafiz Hacıyev Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.
Bizim Artıq 2428 İstifadəçimiz Var!